08 Yanvar 2025 08:10
139
SİYASƏT
A- A+
Azərbaycan qəhrəmanlığı və peşəkarlığı layiqincə dəyərləndirir

Azərbaycan qəhrəmanlığı və peşəkarlığı layiqincə dəyərləndirir


"Dekabrın 25-də Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsinin kənar müdaxilə nəticəsində qəzaya uğraması, çox sayda vətəndaşımızın həlak olması və ağır yaralanması hər birimizi çox kədərləndirdi. Bu hadisə ilə əlaqədar 26 dekabr Azərbaycanda matəm günü elan edildi". 

Bu sözləri "Azərbaycan" qəzetinə BDU-nun kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, məhz pilotlarımızın və bütün ekipaj üzvlərinin peşəkarlığı və qəhrəmanlığı sayəsində təyyarə Aktau şəhərinə qəza enişi etməsi nəticəsində 29 insanın həyatını xilas etmək mümkün olub. Prezident İlham Əliyevin sərəncamları ilə ekipaj üzvləri ilə vida mərasimindən sonra iki pilot və bir bələdçi Milli Qəhrəman adına layiq görülüb, iki bələdçi isə birinci dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib. "Yanvarın 6-da Prezident İlham Əliyevin Bakı-Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış sərnişin təyyarəsinin həlak olan ekipaj üzvlərinin ailə üzvləri və qəza zamanı sağ qalmış təyyarə bələdçiləri ilə görüşməsi və dövlətimizin ən ali mükafatlarını şəxsən təqdim etməsi dövlət başçısının Azərbaycanın igid oğul və qızlarının qəhrəmanlığı və peşəkarlığını həmişə layiqincə dəyərləndirməsinə bariz nümunədir. Dövlət başçımız bir daha sübut etdi ki, həlak olanların hər biri təkcə onların yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir. Görüşdə Prezident İlham Əliyev bir sıra məqamlara da aydınlıq gətirdi. Ölkə rəhbəri açıq və qətiyyətli şəkildə cinayət törədilməsi nəticəsində qəza hadisəsi baş verdiyini  vurğuladı", - deyə Kamilə Əliyeva bildirib. 

O qeyd edib ki, əgər Qroznı şəhəri ərazisində Rusiyanın hava məkanının bağlanması üzrə vaxtında tədbirlər görülsəydi, eləcə də Rusiya Federasiyasının silahlı qüvvələri və mülki xidmətləri arasında koordinasiya olsaydı, bu dəhşətli və acı faciə yaşanmazdı. Digər bir təəssüf doğuran məsələ isə sərnişin təyyarəsinin yaxınlıqdakı hava limanlarına enməsinə icazə verilməməsidir. Bütün bunların təxribat olmasına və ya digər səbəbdən baş verməsinə "qara qutu"lar açıldıqdan sonra tam aydınlıq gətiriləcək. Təyyarə qəzaya uğradıqdan dərhal sonra Rusiyanın bəzi dövlət qurumları hadisənin guya təyyarənin quşlarla toqquşması və ya təyyarə salonunda qaz balonunun partlaması nəticəsində baş verməsi haqqında uydurma informasiya yaymağa cəhd etdilər. Prezident İlham Əliyevin hadisəyə dərhal reaksiyası, istintaq komissiyasının yaradılması və bir sıra məsələlərə vaxtında aydınlıq gətirilməsi bu cəhdlərin qarşısını aldı. 

Kamilə Əliyeva bildirib ki, "qara qutu"nun Braziliyaya göndərilməsi də dövlətimizin başçısının tələbi və qətiyyəti sayəsində baş tutub, çünki Rusiya Federasiyasının rəsmi dairələri bu hadisənin obyektiv araşdırılmasına cəhd göstərməyib: "Qara qutu" açıldıqdan sonra bütün suallara aydınlıq gətiriləcək və hadisənin törədilməsində cinayət tərkibi olması tam sübuta yetirildikdən sonra cinayətkarlar hökmən öz cəzalarını alacaqlar. Bu gün dünya Azərbaycanın oğul və qızlarının mərdliyindən, igidliyindən danışır. Onlar öz həyatlarını qurban verərək onlarla insanın həyatını xilas etdilər. Avropada, Amerikada oturub azərbaycançılıqdan, vətənpərvərlikdən dəm vuran üzdəniraq "həmvətənlərimiz" bu cür igid oğul və qızlarımıza baxıb özlərinə nə ad qoyurlar?! Azərbaycan xalqı xaricdəki riyakarları xəyanətkar kimi tanıyır. Tarixin səhifələrinə İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyeva Milli Qəhrəman, Osmanqızı və digərləri isə milli xəyanətkarlar kimi yazılacaqlar".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mərkəzi icra hakimiyyəti orqanlarının və dövlətə məxsus hüquqi şəxslərin Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin adından aldıqları qrantların reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 

00:49
09 Yanvar

“Digər dövlətdə yerləşən aviasiya personalının hazırlığı ilə məşğul olan tədris-təlim mərkəzlərinin tanınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:46
09 Yanvar

“Hava gəmisində daşınması qadağan edilən əşya və maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında

00:45
09 Yanvar

Mərkəzi Seçki Komissiyasının 2025-ci il 6 yanvar tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:43
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının məşvərətçi səs hüquqlu üzvünün təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 02 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:42
09 Yanvar

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Mərkəzi Seçki Komissiyasına daxil olmuş 6 yanvar 2025-ci il tarixli 03 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:41
09 Yanvar

Londonun mərkəzi küçəsi bomba təhlükəsinə görə boşaldılıb  

22:58
08 Yanvar

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenilənir

22:38
08 Yanvar

Azərbaycan və Avropa İttifaqı arasında çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub  

21:34
08 Yanvar

XİN: İrqçi-şovinist məfkurə hər zaman Ermənistanın ideoloji təmayülünü təşkil edib

21:33
08 Yanvar

Ukraynanın Zaporojye şəhərinə aviazərbə endirilib, ölənlər var 

21:32
08 Yanvar

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

21:31
08 Yanvar

Azərbaycan millisinin daha bir üzvü Avropanın ən yaxşısı seçilib  

21:09
08 Yanvar

AZAL Kazan istiqamətində bütün uçuşları dayandırıb

21:07
08 Yanvar

Özbəkistanla təlim sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

20:29
08 Yanvar

Bakıda növbəti yenilənmiş həyətlər istifadəyə verilib

20:11
08 Yanvar

Qahirədə Misir, Yunanıstan və Kipr liderlərinin üçtərəfli sammiti keçirilib

19:46
08 Yanvar

Azərbaycan beynəlxalq axtarışda olan Hindistan vətəndaşını Monako Knyazlığına təhvil verib  

19:23
08 Yanvar

“Rolls Royce” Britaniyada zavodunu genişləndirmək üçün 376 milyon dollar sərmayə yatıracaq  

19:10
08 Yanvar

Qırğızıstan mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini işıqlandırıb

19:08
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!