07 Yanvar 2025 08:25
246
SİYASƏT
A- A+
Terrorçu dövlətin ifşası

Terrorçu dövlətin ifşası


Törədilmiş çoxsaylı cinayətə görə Ermənistan məsuliyyət daşıyır


"Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ilin 23 iyul tarixində "Yerkrapa" terrorçularının qarşısında çıxışının yayılan videosu bu ölkənin etnik təmizləməyə və terror siyasətinə əsaslanan dövlət ideologiyasının ifşasıdır. Ozamankı prezidentin monoetnik tərkibli Ermənistan dövlətinin məhz həmin bölgənin tarixi sahibləri olan azərbaycanlıların qovulmasının nəticəsi olaraq formalaşması barədə etirafları ötən bir əsr, xüsusən son 40 il ərzində azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayətlərə görə Ermənistanın dövlət səviyyəsində məsuliyyət daşıdığını göstərir".

Bu fikirləri "Azəbaycan" qəzetinə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki,  Ter-Petrosyan etiraf edir ki, Basarkeçər, Zəngibasar, Amasya və Zəngəzur bölgələrində hətta ötən əsrin 90-cı illərinə qədər azərbaycanlılar böyük üstünlük təşkil edib. Bu isə "böyük Ermənistan" ideologiyası qarşısında əsas əngəl kimi çıxış edirdi. Regionda təcavüzkar mahiyyətə söykənən və terroru özünün milli ideologiyasına çevirən Ermənistan dövlətinin "çiçəklənməsi" üçün azərbaycanlıların öz ata-baba yurdlarından qovulması daşnaklara lazım idi. Ter-Petrosyanın ifadə etdiyi kimi, "bunu Ermənistan milli hərəkatı bacardı və erməni ümummilli hərəkatı və onun hərbi qanadı, özünümüdafiə batalyonları, bizim "Yerkrapa" dəstəsi bu işin öhdəsindən gəldi". Nəzərə alaq ki, Ter-Petrosyan hansısa sıradan ekspert, yaxud siyasətçi deyil. Bu şəxs Ermənistanın ilk prezidenti və terrorçuların qarşısında çıxış etdiyi zaman həm də erməni milli hərəkatının rəhbəri olub. Yəni bu, Ermənistanın hakimiyyətdə olan prezidentinin ölkəsinin dövlət səviyyəsində çoxsaylı cinayətini etiraf etməsidir. "Aydındır ki, Ermənistan bu tip videoyazıların yayılmasında maraqlı deyil, çünki onu idarə etmiş bir şəxsin iqtidarı dövründə dövlət səviyyəsində törətdiyi cinayətləri etiraf edən çıxışı beynəlxalq ədalət mühakiməsi üçün təkzibedilməz sübutdur. Faktiki olaraq Ermənistan dövləti azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini birinci şəxsin dilindən etiraf etməklə məhrumiyyətlərə məruz qalan "yazıq erməni" obrazını darmadağın etmiş olur. Təəssüflə qeyd etməliyik ki, Ermənistanda ən ali səviyyədə dilə gətirilən bu etiraf fonunda son il yarımda mütəmadi olaraq Azərbaycanı Qarabağda yaşamış ermənilərə qarşı etnik təmizləmədə ittiham edən çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən bir sıra məşhur "insan haqları" təşkilatları hələ ki susmağa üstünlük verirlər. Çox güman ki, onlar ikili standartlara əsaslanmaqda davam edərək bu məsələnin üzərindən keçəcəklər", - deyə siyasətçi əlavə edib. 

Deputat qeyd edib ki, bölgədən könüllü şəkildə köçmüş ermənilərin gedişi ətrafında fincanda fırtına qoparanlar Ermənistanın ali səviyyədə öz cinayətlərini etiraf etməsinə səssiz yanaşmamalı idilər. Çünki bu, yalnız Azərbaycanın məsələsi yox, bütövlükdə ümumbəşəri dəyərlərin təhdid olunması deməkdir və ötən iki əsr ərzində silahlı münaqişələr, işğal, etnik təmizləmə, zorla köçürmə və soyqırımları fonunda müasir Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, o cümlədən sülh yolu ilə öz ata-baba torpaqlarına qaytarılmasının təmin edilməsi yalnız Cənubi Qafqazda deyil, bütövlükdə dünyada insan haqları tandemi qarşısında dayanan əsas vəzifələrdən biridir. Vaxtı ilə əhalinin mütləq əksəriyyətini təşkil edən azərbaycanlıların ata-baba torpaqlarına - müasir Ermənistan ərazisinə qaytarılması ilk növbədə tarixi və hüquqi ədalətin bərqərar olunması və regionda dayanıqlı sülhün təməlində dayanan amil kimi qəbul olunmalıdır. Soydaşlarımızın Qərbi Azərbaycandan qovulması Ermənistanın dövlət siyasəti çərçivəsində, azərbaycanlılara qarşı etnik təmizləmədə ehtiva olunan çoxsaylı cinayətdə, həmçinin hərbi cinayətdə iştirak etmiş şəxslər bu ölkənin milli qəhrəmanlarına çevrilib. Azərbaycanlıların qayıdışının önlənməsi məqsədilə bizə məxsus tarixi, mədəni irs, o cümlədən məscidlər, qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb və digər vandalizm aktlarına məruz qalıb. Uzun illər ərzində bu cinayətlərin cəzasız qalması, xüsusən havadarları hesabına Qarabağ və Şərqi Zəngəzuru işğalda saxladığı dövrdə Ermənistan Qərbi Azərbaycan mövzusunun gündəmə gətirilməsinə imkan verməməyə çalışıb, əskinə, bu tip cinayətlərin arealını genişləndirmək niyyətini gizlətməyib. 

B.Məhərrəmov vurğulayıb ki, Vətən müharibəsi və antiterror tədbirləri ilə Azərbaycanın tarixi ədaləti bərpa etməsi qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına qayıtmasında ehtiva olunan tarixi ədalətin davamlılığını şərtləndirir: "Azərbaycanın müharibə tərəfdarı olmaması, qayıdışın sülh və əmin-amanlıq fonunda, insan haqlarının təmini formasında realizəsində maraqlı olması qeyri-adekvat mövqeyə malik dairələrin belə əks arqument gətirməsinə imkan vermir. Təəssüf ki, Ermənistan bu məsələdə yenə də qeyri-adekvat və təcavüzkar mahiyyətini qorumağa, hər vəchlə qərbi azərbaycanlıların müasir Ermənistan ərazisindəki ata-baba yurdlarına qayıdışını əngəlləməyə cəhd göstərməkdədir. Bu çərçivədə Qarabağdan könüllü şəkildə köç etmiş ermənilərin qayıdışı ilə bağlı "şərt"lərin irəli sürülməsi, yaxud digər hüquqi, siyasi və tarixi əsasa malik olmayan arqumentlərin irəli sürülməsi Ermənistanın qeyri-konstruktiv mövqeyini qorumağa çalışdığını və özünün monoetnik, faşist mahiyyətinə sadiq qaldığını nümayiş etdirir. Lakin sirr deyil ki, zaman Azərbaycanın lehinə işləyir və cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən konseptual fəaliyyət artıq qərbi azərbaycanlıların öz yurdlarına qayıtması üçün təməl bazisin və aydın yol xəritəsində ehtiva olunan konsepsiyanın meydana çıxması ilə nəticələnib. Bu isə o deməkdir ki, Ermənistanın hansı mövqe sərgiləməsindən asılı olmayaraq, ölkəmizin güc və imkanları, o cümlədən beynəlxalq nüfuzu prosesin uğurla realizəsinə imkan verəcək".

Deputat bildirib ki, Azərbaycan başqa dövlətlərlə münasibətini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Beynəlxalq hüquqa sadiq subyekt olaraq başqa dövlətlərin daxili işinə, dövlətlərarası münasibətlərinə qarışmırıq. Eyni zamanda Azərbaycan BMT Nizamnaməsində ifadə olunan məqsədlərə hörmətini ifadə edərək, habelə beynəlxalq hüququn dövlətlərin əməkdaşlığı prinsipini rəhbər tutaraq bütün dünya xalqlarının dostluq, sülh və əmin-amanlıq şəraitində yaşaması, bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməsini Konstitusiyamızda təsbit etmiş və dəstəkləməkdədir. Həmçinin Ermənistanla bəlli şərtlər daxilində ən qısa zamanda sülh müqaviləsinin imzalanması və mehriban qonşuluq münasibətlərinin qurulmasını arzulayırıq, lakin bunun üçün İrəvan qonşularına, onların beynəlxalq hüquqla tanınmış hüquqlarına, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşmalı, bu günə qədər törətdiyi çoxsaylı cinayətə görə məsuliyyətini dərk edərək aidiyyəti addımları atmalıdır. Ter-Petrosyanın bəyanatı da göstərir ki, beynəlxalq hüquq da, ədalət də qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdaraq özündə mülkiyyət hüququndan digər çoxsaylı təməl haqlarına qədər ehtiva olunan zəruri reallığı bərpa edə bilmələrini tələb edir. Lakin məsələ burasındadır ki, Ermənistan bu prosesə beynəlxalq hüququn aliliyi, yaxud tarixi ədalətin bərpası zəminində yox, uydurma miflər üzərində dayanan "böyük Ermənistan" xülyasının fiaskosu kimi yanaşır. Təsadüfi deyil ki, başda Nikol Paşinyan olmaqla, bu günə qədər heç bir hay rəsmisi qərbi azərbaycanlıların qayıdış hüququna müsbət yanaşma nümayiş etdirməyib, əksinə, prosesin istənilən platformada danışıqların mövzusu olmaması üçün bütün vasitələrə əl atmaqdadırlar. Lakin Azərbaycan Respublikası vətəndaşların təməl haqlarında ehtiva olunan və 30 il davam etmiş işğal və təcavüzə yol açmış tarixi ədalətsizliyin sona çatmasında və haqqın bərqərar olunmasında, qərbi azərbaycanlıların doğma yurdlarına qaytarılmasında israrlıdır. "Düzdür, Ermənistan hakimiyyəti, o cümlədən baş nazir Paşinyan dəfələrlə bu tezisi manipulyasiya edərək Azərbaycanın Ermənistana ərazi iddiaları, yaxud yeni müharibə başlamaq niyyəti kimi qlobal mühitə servis etməyə çalışır. Lakin aydındır ki, Azərbaycan Konstitusiyasının 9-cu maddəsində ifadə edildiyi kimi, ölkəmiz başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi kimi və beynəlxalq münaqişələrin həlli yolu kimi müharibəni rədd edir. Biz Ermənistanla və digər hər hansı beynəlxalq hüquq subyekti ilə müharibə və münaqişə tərəfdarı deyilik. Eyni zamanda Azərbaycan hər hansı qonşusunun beynəlxalq hüquqla tanınan ərazilərinə qarşı iddia irəli sürmək niyyətində də deyil. Təbii ki, biz tarixi reallıqların dəyişdirilməsi, saxta tarix uydurulmasının əleyhinəyik və heç bir azərbaycanlı müasir Ermənistan ərazilərinin tarixi Azərbaycan torpaqları olduğunu unutmamalıdır. Bu, bizim qan yaddaşımızdır və unudulmaması bir zamanlar AXC-nin, eləcə də Ulu Öndər Heydər Əliyevə qədər və ondan sonrakı Sovet Azərbaycanının rəhbərlərinin, eləcə də AXCP-Müsavat cütlüyünün yol verdiyi ərazi itkilərinə səbəb olan səhvlərin təkrarlanmaması üçün vacibdir. Bu, ərazi iddiası deyil və əgər Azərbaycan Ermənistanın hazırda beynəlxalq hüquqla tanınan ərazilərində iddialı olsaydı, Vətən müharibəsində şərti sərhədlərə çatdıqdan sonra irəliləməkdə davam edərdi", - deyə o əlavə edib. 

B.Məhərrəmov qeyd edib ki, Ermənistanın irəli sürdüyü qeyri-adekvat və praqmatik olmayan reallıqlar yalnız və yalnız Qərbi Azərbaycana qayıdışın əngəllənməsinə hesablanıb. Təbii ki, Ermənistan hakimiyyəti və dövləti regionda reallıqları diktə etmir və heç bir qüvvə qərbi azərbaycanlıların yurdlarına qayıtması qarşısında əngələ çevrilə bilməz. Prezident İlham Əliyevin Bakı şəhərində Aşıq Ələsgərə ucaldılmış abidənin açılışındakı tarixi çıxışında da ifadə etdiyi kimi, qərbi azərbaycanlıların özlərinin ata-baba yurdlarına qayıdacağını demək üçün kifayət qədər ciddi əsaslar mövcuddur. Dövlət başçımız qeyd etdi ki, qərbi azərbaycanlıların qayıdışının təməlində ilk növbədə Azərbaycan xalqının əyilməz ruhu dayanır. Əgər bu torpaqları heç görməyən, Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə bu bölgələrə qayıdır, yaxud Böyük qayıdış proqramının digər əraziləri əhatə edən hissələrini səbirsizliklə gözləyirlərsə, o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa böyük coşqu ilə qayıdırlarsa, heç şübhəsiz ki, eyni mənzərəni Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik. İkincisi, qərbi azərbaycanlılar artıq əvvəlki dövrlərdəki kimi ümidsiz, inamsız və məyus deyillər. Cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığında Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və soydaşlarımızın sürətlə və ləyaqətli, eyni zamanda təhlükəsiz formada ata-baba yurdlarına qayıtması Qərbi Azərbaycandan olan soydaşlarımızda ruh və inam yaradıb. Onların hər biri artıq əmindir ki, tezliklə doğma torpaqlarına qayıda biləcək. Azərbaycan xalqında Qərbi Azərbaycana qayıdışa olan inamı artıran və qətiləşdirən əsas səbəb isə, heç şübhəsiz ki, Prezident İlham Əliyevin şəxsiyyətidir. Qlobal miqyasda sözü imzası kimi tanınan möhtərəm cənab Prezident artıq illərlədir ki, Qarabağ və Şərqi Zəngəzurla bərabər, həm də Qərbi Azərbaycana qayıdışı milli, ideoloji hədəflərimizdən biri hesab edib və bu istiqamətdə yorulmaz və barışmaz fəaliyyət nümunəsi ortaya qoymaqdadır.

Deputat bildirib ki, Ermənistan və havadarları zamanın onların lehinə işlədiyini düşünərək Qərbi azərbaycanlıların ata-baba yurdlarını unudacağına, xüsusən yeni nəslin Ermənistan ərazisinə qayıtmağa maraqlı olmayacağına ümid edirdilər. Lakin Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və möhtərəm Prezidentin qətiyyətli yanaşması, həyata keçirilən ideoloji siyasət Qarabağ və Şərqi Zəngəzuru görməmiş, lakin bu torpaqlar uğrunda ölməyə hazır olan gənc nəsillər yetişdirdiyi kimi, həm də Qərbi Azərbaycanı görməmiş, lakin bu torpaqlara qayıtmaq üçün alışıb-yanan bir nəsil formalaşdırıb. "Biz müharibə arzulamırıq və Qərbi Azərbaycana uğurlu qayıdış modelini qansız-qadasız dinc köçürmə və dinc birgəyaşayışda görürük. Qərbi azərbaycanlılar ata-baba torpaqlarında təməl haqlarına sahib olmaqla təhlükəsiz və ləyaqətli formada yaşamalı, bütövlükdə regionun inkişafına öz töhfələrini verməlidirlər. Qərbi azərbaycanlı da yaxşı başa düşür ki, əgər bölgədə reallıqların yaradıcısı olan Müzəffər Lider cənab İlham Əliyev Aşıq Ələsgərin Ağkilsədəki abidəsinin bərpa olunacağını və analoji tədbirlərin orada da keçiriləcəyini bəyan edirsə, deməli, hədəfimiz bəllidir. Ermənistan ötən dövrün təcrübəsini əsas gətirərək bu prosesdə sədd, yaxud maneə kimi yox, ümumbəşəri dəyərləri və beynəlxalq hüququn aliliyini rəhbər tutaraq bizimlə birgə hərəkət edən mehriban qonşu təfəkkürünə uyğun davranmaq cəsarəti tapan beynəlxalq hüquq subyekti kimi özünü göstərməlidir.  De-fakto müstəqil olmayan, demoqrafik böhran yaşayan və xarici təsirlərdən birmənalı şəkildə asılı olan Ermənistan başa düşməlidir ki, regionda dayanıqlı sülh, sabitlik, xüsusən Azərbaycanla münasibətlərində qarşılıqlı inam və etimadın yaradılması məsələsində qərbi azərbaycanlıların ata-baba torpaqlarına qayıtması ən vacib elementlərindən biri, bəlkə də birincisi kimi çıxış edir", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, İrəvan miflər, uydurma tarixi iddialar naminə bu unikal imkanı qaçırmamalıdır. Ermənistan tərəfi unutmamalıdır ki, ən azı elə Ter-Petrosyanın etirafları fonunda və digər çoxsaylı audiovizual sübutların mövcudluğu şəraitində, habelə Azərbaycanın hərbi-siyasi zəfərləri kontekstində Azərbaycan Respublikasının istər hüququn gücü, istərsə də gücün hüququ ilə tarixi ədaləti bərqərar etməyə kifayət qədər qüvvəsi və imkanları mövcuddur.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kubada silah anbarında partlayış baş verib, 13 əsgər itkin düşüb  

12:09
08 Yanvar

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb  

12:08
08 Yanvar

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb  

12:06
08 Yanvar

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

12:03
08 Yanvar

Xaçmazda kitabxana binası yanıb, 2 mindən çox kitab məhv olub

11:11
08 Yanvar

Təyyarə qəzasında həyatını itirmiş vətəndaşların kredit borcları silinib

11:10
08 Yanvar

Ukrayna mediası Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb  

11:08
08 Yanvar

Avropanın ən yaxşısı seçilən azərbaycanlı: Mənim üçün gözlənilməz oldu

10:48
08 Yanvar

Hakan Fidan: Suriyalıların vətənlərinə qayıtmaları üçün orada bərpa-yenidənqurma işlərinə başlanılmalıdır  

10:47
08 Yanvar

“Konstitusiya və Suverenlik İli”ndə Azərbaycanı yeni uğurlar gözləyir

10:39
08 Yanvar

AZAL bugünkü Bakı-Kazan reysini ləğv edib

10:39
08 Yanvar

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:12
08 Yanvar

Faktiki hava açıqlanıb

09:56
08 Yanvar

Türkiyədə 168 siyasi partiya fəaliyyət göstərir

09:45
08 Yanvar

Elin Süleymanov Aİ-nin iqlim mövzusunda ikili standartlarını tənqid edib

09:43
08 Yanvar

Gürcüstanın XİN başçısı: Makronun Gürcüstanda seçkilərin saxtalaşdırılması barədə dedikləri həqiqəti əks etdirmir  

09:37
08 Yanvar

Yeni virus sürətlə yayılır

09:15
08 Yanvar

Fransada dövlət strukturu dəyişdirilə bilər

09:10
08 Yanvar

Gəncədə Milad bayramı qeyd olunub

09:05
08 Yanvar

Mədəniyyətimizin hamisi

09:00
08 Yanvar

Dünya etiraf edir

08:55
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!