07 Yanvar 2025 15:44
159
DÜNYA
A- A+
Gürcüstanda İsa Peyğəmbərin mövlud günü “Alilo” yürüşü ilə qeyd olunub  

Gürcüstanda İsa Peyğəmbərin mövlud günü “Alilo” yürüşü ilə qeyd olunub  


Gürcüstanın pravoslav xristianları İsa Peyğəmbərin mövlud gününü - Milad bayramını “Alilo” yürüşü ilə qeyd ediblər.

AZƏRTAC xəbər verir ki, yanvarın 6-da gecə saat 23:00-dan başlayaraq pravoslav məbədlərində Baş nazir, parlamentin sədri, Tbilisinin meri və digər rəsmi şəxslər Milad liturgiyasında iştirak ediblər.

İbadəti və duaları Gürcüstan Katolikos-Patriarxı İkinci İlia, Senaki və Çxorotsku mitropoliti Şio Mujir, Müqəddəs Sinodun üzvləri və kahinlər təntənəli mərasimlə yerinə yetiriblər.

Yanvarın 7-də saat 14:00-da Tbilisidəki Respublika meydanından ənənəvi “Alilo” yürüşü başlayıb. Rustaveli prospektində, parlamentin və Tbilisi meriyasının binası önündə dövlət və hökumət üzvləri, deputatlar yürüş iştirakçılarını salamlayıb, hədiyyələr təqdim ediblər.

Rustaveli prospektində, Azadlıq meydanında, Barataşvili körpüsünün üstündə, küçələrdə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyatlar veriblər.

Toplanılan yardımlar kimsəsiz, tənha və köməyə ehtiyacı olan insanlara paylanılacaq.

Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs Troitsa kilsəsində iştirakçıları salamlayıb, onlara xeyir-dua verib. İştirakçılar Patriarx II İliaya şirniyyat təqdim ediblər.

Bununla da Gürcüstanda Pravoslav xristianların bayram tədbirləri başa çatıb.

Qeyd edək ki, “Alilo” bayramı Gürcüstanda XIV əsrdən qeyd olunur. Lakin bir müddət bu bayramın qeyd edilməsi qadağan olunmuşdu. Gürcü xalqı 2000-ci ildən yenidən bu bayramı təntənə ilə qeyd edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təhsildə özünüdərk və dəyərlər

15:17
08 Yanvar

Prezident İlham Əliyev İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibini qəbul edib YENİLƏNƏCƏK

15:02
08 Yanvar

Dünyanın mərkəzi bankları ötən ilin noyabrında 53,4 ton qızıl alıb

15:00
08 Yanvar

Çin ordusu zəlzələ zonasına 2 min köməkçi qüvvə göndərib

15:00
08 Yanvar

İtaliya mediası Azərbaycan Prezidentinin yerli telekanallara müsahibəsini diqqətdə saxlayıb  

14:54
08 Yanvar

Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb

14:53
08 Yanvar

Fransa millisinin baş məşqçisi Deşam postunu tərk edəcək

14:52
08 Yanvar

Əlcəzair parlamenti Makronu ölkənin daxili işlərinə qarışmaqda ittiham edib  

14:48
08 Yanvar

Ötən il “Azəri-Çıraq-Günəşli” yatağından 6,16 milyard dollar gəlir əldə olunub

14:37
08 Yanvar

Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

14:26
08 Yanvar

Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tanidən  

14:23
08 Yanvar

Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsi Gürcüstan mətbuatının diqqətində olub  

14:19
08 Yanvar

Suriyanın yeni lideri ilk xarici səfərini Türkiyəyə edəcək

13:51
08 Yanvar

Yanvarın 9-na olan hava proqnozu açıqlanıb

13:22
08 Yanvar

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

13:11
08 Yanvar

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

12:47
08 Yanvar

Keçmiş məcburi köçkünlər yurdlarına qayıdandan sonra işlə təmin olunmaqda çətinlik çəkməyəcəklər 

12:29
08 Yanvar

Kubada silah anbarında partlayış baş verib, 13 əsgər itkin düşüb  

12:09
08 Yanvar

Türkiyə mediası Prezident İlham Əliyevin müsahibəsinə geniş yer ayırıb  

12:08
08 Yanvar

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair bəyanat yayıb  

12:06
08 Yanvar

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

12:03
08 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!