05 Yanvar 2025 13:31
233
SİYASƏT
A- A+
YAP Mərkəzi Aparatında müşavirə keçirilib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib


Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.

YAP-dan AZƏRTAC-a bildirilib ki, müşavirədə Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinin keçiriləcəyi 118 seçki dairəsi üzrə irəli sürdüyü bütün namizədlərin qeydə alındığı vurğulanaraq onlara uğurlar arzulanıb.

Sonra YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planının icra vəziyyəti müzakirə olunub, ötən müddət ərzində nəzərdə tutulan bütün tədbirlərin vaxtında və mütəşəkkil qaydada həyata keçirildiyi qeyd edilərək yerli seçki qərargahlarının fəaliyyəti müsbət qiymətləndirilib.

Yanvarın 6-dan başlayacaq seçkiqabağı təşviqat mərhələsində qarşıda duran vəzifələrin icrasına dair fikir mübadiləsi aparılaraq müvafiq tapşırıq və tövsiyələr verilib, YAP Mərkəzi Aparatı tərəfindən hazırlanmış seçki proqramı və digər təşviqat materialları yerli seçki qərargahlarının sədrlərinə təqdim olunub.

Seçki prosesində müşahidəçilik institutunun rolu və əhəmiyyəti, müşahidə aparılması qaydaları, müşahidəçilərin hüquq və vəzifələri ilə əlaqədar maarifləndirmə məqsədilə istər məşvərətçi səs hüquqlu üzvlər, istərsə də seçki dairə və məntəqələrində səsvermə günü müşahidə aparacaq şəxslər üçün keçiriləcək təlimlərin önəmi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Magistraturanın sınaq imtahanına qeydiyyat müddəti uzadılıb

12:23
07 Yanvar

Azərbaycan millisinə yeni məşqçi təyin olunub

11:39
07 Yanvar

Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı açıqlanıb

11:29
07 Yanvar

Ə.C.Əhmədzadənin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında  

11:18
07 Yanvar

ABŞ 11 yəmənli məhbusu Quantanamodan Omana köçürür

11:16
07 Yanvar

AZAL-ın təyyarəsinin şifrəsi açılan “qara qutu”ları Qazaxıstana göndərilib

10:59
07 Yanvar

Ötən ay Dövlət Neft Fondu dollar satışını artırıb

10:32
07 Yanvar

Şimal bölgəsinin pravoslavları Milad bayramını qeyd edirlər

10:31
07 Yanvar

Nepalda 7 bal gücündə zəlzələ baş verib

10:21
07 Yanvar

Azərbaycan neftinin qiyməti 79 dolları ötüb

10:20
07 Yanvar

DİN: Ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub

10:19
07 Yanvar

Diplomat: Fransa rəhbərliyi Afrika xalqlarına hörmət etməyi öyrənməlidir

10:18
07 Yanvar

Çin şirkəti günəş panellərinin səmərəliliyinə görə dünya rekordunu yeniləyib  

10:17
07 Yanvar

Tibetdə zəlzələ nəticəsində 53 nəfər həlak olub

10:11
07 Yanvar

Bu il 61 nəfər La-Manş boğazından Britaniyaya qanunsuz yolla keçib  

09:33
07 Yanvar

Azərbaycan-İran sərhədində daha bir zəlzələ baş verib

09:12
07 Yanvar

2025-ci ilin sağlamlıq proqnozu

08:50
07 Yanvar

Avropa niyə millətçiləri seçir?

08:45
07 Yanvar

Natiq Qasımovun cəsurluq yağan məğrur baxışları

08:40
07 Yanvar

Kriptovalyuta ideal ödəniş vasitəsinə çevrilə bilər

08:35
07 Yanvar

Dəyişməz hədəf

08:30
07 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!