16 Yanvar 2025 18:02
374
İQTİSADİYYAT
A- A+
Ötən il 232 yeni dövlət standartı qəbul edilib

Ötən il 232 yeni dövlət standartı qəbul edilib


2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 232 yeni dövlət standartı qəbul edib.

AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, yeni dövlət standartlarının 67-si qida texnologiyası və kənd təsərrüfatı, 12-si tikinti materialları, 9-u idarəetmə və keyfiyyət, 25-i informasiya, telekommunikasiya və elektrotexnika, 2-si rezin və plastik sənaye, 14-ü neft-qaz və əlaqəli texnologiyalar, 6-sı zərgərlik, 16-sı ətraf mühit, 13-ü nəqliyyat, 1-i səhiyyə və tibb, 11-i tekstil və dəri texnologiyası, 56-sı əməyin təhlükəsizliyi üzrə qəbul edilib.

Bundan başqa, 105 dövlət standartının dövrü yoxlanılması aparılıb və yaxud dəyişikliklər edilib, 70 dövlət standartı ləğv edilib.

Həmçinin il ərzində sahibkarların sifarişi əsasında 136 texniki şərt hazırlanıb, ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.

Qeyd edək ki, dövlət standartları ölkənin sosial-iqtisadi inkişafı naminə həyata keçirilən məqsədyönlü tədbirlərin icrası məqsədilə prioritet istiqamətlərə dair qəbul edilmiş Dövlət Proqramlarında yer alan tapşırıqlar üzrə qarşıya qoyulmuş hədəflər nəzərə alınmaqla beynəlxalq standartlara və müasir tələblərə uyğunlaşdırılaraq qəbul edilib. Bu normativ sənədlər müxtəlif sahələr üzrə ölkəmizdə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!