17 Yanvar 2025 08:45
350
SİYASƏT
A- A+
Fransa ölkəmizə qarşı "binokl diplomatiyası"nın lokomotividir

Fransa ölkəmizə qarşı "binokl diplomatiyası"nın lokomotividir


"Vətən müharibəsindən sonra Paşinyan hesab etdi ki, Ermənistana yeni təminat verən qüvvə lazımdır. Ona görə də regiondan qovulan Minsk qrupunun üzvləri - Fransa və ABŞ-ni fərqli ampluada regiona qaytarmaq qərarı verdi". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, bu dəfə həmin ölkələr müxtəlif missiyalarla yalnız Ermənistan ərazisində möhkəmlənməyə başlayıblar. Elə buna görə də Ermənistanla yanvarın 20-də istefaya gedəcək Cozef Baydenin səlahiyyət müddəti başa çatan administrasiyası ilə strateji tərəfdaşlıq sazişi imzalanıb. İmzalanma A.Mirzoyan və Blinkenin iştirakı ilə Vaşinqtonda baş tutub. "2024-cü ilin aprelində ABŞ-nin Bayden administrasiyasının təşəbbüsü ilə Brüsseldə Aİ və Ermənistan arasında görüş keçirilib. Bu sənəd həmin prosesin məntiqi davamıdır. Bu görüşdə də ABŞ hər vəchlə Ermənistana həm iqtisadi, həm də hərbi dəstək verilməsini dəstəkləyirdi. İlkin mərhələdə üçtərəfli sazişdən sonra məsələnin ikitərəfli formata keçəcəyini gözləyirdik və belə də oldu", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Fransa Ermənistana həm maddi, həm də hərbi yardımlarını dəfələrlə artırıb. Makron hökuməti Ermənistanı hərbiləşdirməklə oradakı revanşist qüvvələri təşviq edir, Azərbaycana qarşı yeni müharibəyə həvəsləndirir. Ermənistanı silahlandıran və ona havadarlıq edən başlıca ölkə Fransa senatorları və silahlı qüvvələr naziri 23 oktyabr 2024-cü ildə senatda keçirilən ictimai dinləmə zamanı bunu etiraf edib. Fransa hesab edir ki, regionda qalmasının tək yolu Ermənistanın daxilinə daha dərindən inteqrasiya etməsidir, çünki Azərbaycan heç bir xarici qüvvəni öz ərazisinə buraxmır və ölkənin suverenliyini hökumət yüz faiz öz təminatı altında saxlayır. 

2022-ci il oktyabrın 20-də iki ay müddətinə yaradılmış Aİ-nin Ermənistan-Azərbaycan sərhədindəki missiyasının müddəti bitdikdən sonra Fransanın öncüllüyündə və Azərbaycan tərəfinin razılığı olmadan ona 20 fevral 2023-cü ildən etibarən daha iki il müddətinə mandat verilib. Aİ Xarici İşlər Nazirləri Şurasının 11 dekabr 2023-cü ildəki iclasında Fransanın təşəbbüsü ilə təşkilatın Ermənistandakı missiyasının şəxsi heyətinin sayının 138-dən 209-a qaldırılması barədə qərar qəbul edilib. Hazırda onun əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Fransa ölkəmizə qarşı olan bu "binokl diplomatiyası"nın lokomotividir.

P.Vəliyeva vurğulayıb ki, Vətən müharibəsi təkcə işğalçı üzərində qələbə deyildi, həm də işğalçını həvəsləndirən bəzi siyasi liderlərin məğlubiyyəti idi: "Makron müharibənin ilk günlərindən Azərbaycana müxtəlif formalı təzyiqlər göstərməyə çalışdı, ölkəmiz əleyhinə BMT Təhlükəsizlik Şurasında 5 qətnamə layihəsi irəli sürdü. 2020-ci ilin oktyabrında BMT TŞ-də Fransa tərəfindən də dəstəklənən TŞ Sədrinin Bəyanatının qəbul edilməsi təşəbbüsü olub. Bu təşəbbüs həmin vaxt şuranın üzvü olan 7 Qoşulmama Hərəkatı üzvü dövlətinin mövqeyi nəticəsində baş tutmadı. Buna rəğmən dövlətimizin başçısı sonacan təzyiqlərə məhəl qoymayaraq qələbə qazandı". 

Deputat bildirib ki, Makron Ermənistanın məğlubiyyətini şəxsi uğursuzluğu kimi qəbul etdiyindən müharibədən 4 il keçməsinə baxmayaraq, Azərbaycan əleyhinə səylərini dayandırmır. O, praqmatik düşüncədən kənara çıxaraq məsələni şəxsiləşdirir. Erməni xalqı bilməlidir ki, Fransa onları uçuruma aparır və bu, onların növbəti faciəsi ilə nəticələnə bilər. Avropa İttifaqı istiqamətinə dönən Ermənistan oyunların alətinə çevrilib. 


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!