17 Yanvar 2025 09:10
683
İQTİSADİYYAT
A- A+
Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir

Paytaxtda müasir nəqliyyat sisteminin qurulması davam edir


Son illər Azərbaycanda  müasir nəqliyyat sisteminin qurulması, bu sektorun səmərəli idarə olunması istiqamətində böyük uğurlar əldə olunub. Xüsusən Bakının nəqliyyat sisteminin inkişafı və küçə-yol şəbəkəsinin genişləndirilməsi istiqamətində ardıcıl səmərəli tədbirlər görülüb. 

Bu cür yanaşma paytaxtın ictimai nəqliyyat sisteminin daha modern inkişafını və genişləndirilməsini, nəqliyyat yerdəyişmələrinin təmin edilməsində ictimai nəqliyyatın xüsusi payının artırılmasını, şəhərin nəqliyyat planlaşdırma strukturunun tamamlanmasını və əsas marşrutlar arasında fiziki və məntiqi bağlılığı təmin edir. Sərnişinlər üçün daha sərfəli və rahat nəqliyyat olan metronun inkişafı və genişləndirilməsi, dəmiyolu və velosiped yolları şəbəkəsinin təkmilləşdirilməsi, həmçinin xüsusi ictimai nəqliyyat zolaqları şəbəkəsinin şaxələndirilməsi və s. məhz bunun nəticəsidir. 2024-cü ildə bu sadalananlar fonunda görülən işlərlə bağlı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, Bakıda mobilliyin transformasiyası çərçivəsində görülən işlərin məqsədi vətəndaşların rahatlığı və təhlükəsizliyini təmin etməkdir. Bu proses səmərəli ictimai nəqliyyat sisteminin formalaşması, infrastrukturun yaradılması və yenilənməsini nəzərdə tutur.

Paytaxt yollarında islahatlar kompleks şəkildə aparılır, dəyişikliklər rahatlığın təmin olunmasına xidmət edir. Mühüm dəyişikliklərdən biri Bakı küçələrində xüsusi hərəkət zolaqlarının yaradılmasıdır. Aparılan monitorinqlərin nəticəsinə əsasən, bu cür zolaqların salınmasından sonra avtobusların marşrut üzrə gediş vaxtı bəzi küçələrdə 18-22 dəqiqəyə qədər azalıb, əksər hallarda interval qısalıb, sərnişinlərin sayı isə əhəmiyyətli dərəcədə artıb. Hazırda ümumi uzunluğu 100 kilometrdən çox olan xüsusi zolaqlar paytaxtın 30-dan çox küçə və prospektini əhatə edir. Bu zolaqlarla hərəkət edən avtobuslar gün ərzində 900 minə yaxın sərnişin daşıyır. 

Yeni marşrutların yaradılmasından danışan nazir müavini vurğulayıb ki, bu proses optimallaşdırma məqsədilə aparılan təhlillər əsasında davam edir: "Ötən ilin sonlarında metronun "20 Yanvar" stansiyası ilə Sumqayıt avtovağzalını birləşdirən yeni marşrut xətti fəaliyyətə başlayıb. Bunun nəticəsində təyinat məntəqəsinə orta hesabla 30 dəqiqəyə çatmaq olur. Metronun "Avtovağzal" stansiyasından Sumqayıta gedən 595 nömrəli avtobuslarla birlikdə gün ərzində 10 mindən çox sərnişin daşınır. Ötən il paytaxtda yeni müntəzəm marşrut şəbəkəsinin tətbiqi çərçivəsində isə 20, 120, 120E, 121E, 140 və 140E nömrəli avtobuslar xəttə buraxılıb. Həmin marşrut şəbəkəsinin genişləndirilməsi və daha çox əhalinin əlçatanlığının təmin edilməsi istiqamətində işlər davam etdirilir".

Qeyd edək ki, Bakının nəqliyyat mübadilə mərkəzləri (HUB) 2024-cü ildə yaradılıb. Bakıda 3  HUB-un istifadəyə verilməsi müxtəlif nəqliyyat növləri arasında keçid imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Söhbət metronun "Gənclik" və "28 May" stansiyalarının qarşısı, eləcə də "Koroğlu" stansiyasının cənub çıxışındakı qovşaqlardan gedir.  "28 May" və "Koroğlu" HUB-larını digərlərindən fərqləndirən əsas xüsusiyyət onların multimodal olması, yəni dəmiryolu, metro və avtobus dayanacaqlarını birləşdirməsidir. Eyni zamanda metronun "Koroğlu" stansiyasının şimal çıxışında və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində yerləşən nəqliyyat mübadilə mərkəzləri də səmərəli fəaliyyət göstərir.

Şəhər mobilliyinin inkişafında  Bakı Metropoliteninin rolunu danmaq olmaz. Nəqliyyat sıxlığının azaldılması üçün metropolitenin genişləndirilməsi və mövcud infrastrukturun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu çərçivədə yerli və xarici mütəxəssislərin iştirakı ilə paytaxtın nəqliyyat proqramı hazırlanır. Prezident İlham Əliyevin tapşırığına əsasən, yaxın illərdə metronun 10 yeni stansiyasının tikintisi nəzərdə tutulur. Ötən il isə COP29 tədbiri çərçivəsində 35 yeni vaqon alınaraq komplektləşdirilib və nəticədə yeni nəsil vaqonların sayı 150-yə çatdırılıb. Bu yeniliklər sərnişinlər üçün daha rahat və təhlükəsiz səfərləri təmin edəcək.

Bakıda avtobus parkının yenilənməsi, velosiped yolları şəbəkəsinin genişləndirilməsi, elektrik skuterləri üçün parklanma prosesinin başlanması 2024-cü ildə şəhər nəqliyyat sisteminin müasirliyindən xəbər  verir. COP29 ərəfəsində ölkəmizə gətirilən 160 elektrik avtobusu artıq paytaxtda müxtəlif marşrutlarda işləyir. Özəl şirkətlər də bu yaxınlarda daha 85 ekoloji təmiz texnologiyalı avtobus alıb.  Bunlarla yanaşı, 200-dən çox avtobus təmir edilərək istifadəyə verilib. İndi onların parkı rekord həddə - 2170-ə çatıb.

Ötən il əsaslı yenidənqurmadan sonra istifadəyə verilən Xaqani bağının ətrafında avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması və piyada zonasının yaradılması layihəsi də təqdirəlayiqdir. Tarixi abidələrlə zəngin Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin tam məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada ərazini Dənizkənarı Milli Parkadək genişləndirməyə imkan verir. Metronun "28 May" stansiyasının qarşısındakı meydanın abadlaşdırılması isə buranı geniş piyada zonasına çevirib. 

Nazir müavini onu da bildirib ki, şəhər mühitinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa imkan verən bu dəyişikliklər 2025-ci ildə də davam edəcək. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Oman münasibətlərinin inkişafı diqqət mərkəzində olub

19:06
10 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:04
10 Mart

Bob Blekmen: Azərbaycan Avropa ilə Asiya arasında mühüm nəqliyyat və logistika qovşağına çevrilir  

18:47
10 Mart

Gürcüstanın Apellyasiya Məhkəməsi Mixeil Saakaşvili barədə qərarı qüvvədə saxlayıb

18:17
10 Mart

Energetika naziri vətəndaşların müraciətlərini dinləyib

18:05
10 Mart

ABŞ-Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir

17:56
10 Mart

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

17:46
10 Mart

DSMF: Müavinətlərin proaktiv təyini sosial xidmətlərin daha sürətli, şəffaf və rahat göstərilməsinə kömək edəcək  

17:42
10 Mart

Birləşmiş Ərəb Əmirliklərinin ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb  

17:35
10 Mart

“ƏDV geri al” çərçivəsində 35 milyon manatadək vəsait istehlakçılara qaytarılıb

17:29
10 Mart

Energetik içkilərdə orqanizm üçün təhlükəli maddə aşkarlanıb

17:21
10 Mart

Kolumbiyanın ölkəmizdəki yeni səfiri etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib  

17:12
10 Mart

Kənd təsərrüfatı nazirinin müavini Salyanda vətəndaşların müraciətlərini dinləyib

16:58
10 Mart

Çinin idxalının kəskin artması 120 günlük neft ehtiyatını təmin edəcək

16:50
10 Mart

Keçmiş məcburi köçkünlərin azad edilmiş ərazilərə qayıdışla bağlı müraciətləri dinlənilib

16:49
10 Mart

MEDİA: Avropa Şurası Platformasının hesabatı qərəzli və spekulyativdir

16:47
10 Mart

Qlobal neft tələbatının təxminən 70%-i strateji dəniz boğazları vasitəsilə nəql olunur. Rəqəmlər və faktlar 

16:46
10 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir: Daha 3 Hindistan vətəndaşı Azərbaycan ərazisinə keçib  

16:44
10 Mart

Xankəndi və Xocalının bir sıra təhsil müəssisələrində tədris prosesi izlənilib

16:43
10 Mart

Qətər XİN: İranın enerji obyektlərinə hücumları təhlükəli presedent yaradır

16:41
10 Mart

Kreml Ukrayna üzrə danışıqların davam etdirilməsini istəyir

16:33
10 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!