17 Yanvar 2025 16:01
153
CƏMİYYƏT
A- A+
Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib

Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda, sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir yanvarın 17-də baş tutub. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Zəngilan rayonunun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirilib. Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Aksiya iştirakçılarına institutun fizioterapevt və reabilitoloqları tərəfindən profilaktik tövsiyələr verilib. Aksiya zamanı 250-dən artıq vətəndaş müayinələrdən keçirilib. Həmçinin məktəbyaşlı uşaqlar üçün sağlam həyat tərzi və vaxtın düzgün idarə edilməsi mövzusunda maarifləndirici tədbir təşkil olunub. Kompüterdən uzun müddət istifadənin sağlamlığa təsiri barədə məlumat verilib. Bundan əlavə, səhv seçilən məktəb çantasının uşaqların sağlamlığı üçün birbaşa təhlükə yaratdığı diqqətə çatdırılıb.

Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş həkimi Nurlana Əliyeva bildirib: “Daha öncə kollektivimiz Talış kəndində olub. Bu gün isə 175 ailə olmaqla 871 nəfərin məskunlaşdığı Zəngilan rayonunun Ağalı kəndindəyik və səhər saatlarından tibbi aksiyaya start verilib. Ölkə rəhbərinin göstərişi əsasında aksiyalarımızın Xankəndi, Şuşa və Laçında da keçirilməsi nəzərdə tutulur”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

20:48
17 Yanvar

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

20:45
17 Yanvar

Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

20:44
17 Yanvar

Bayden və Blinken riyakarlıq və xəyanət nümunələri kimi xatırlanacaqlar

20:36
17 Yanvar

Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı-məşqçisi Metin Aktaş Azərbaycanda səfərdədir. AFFA-nın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olublar. Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.

19:25
17 Yanvar

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

19:24
17 Yanvar

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

19:23
17 Yanvar

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:22
17 Yanvar

ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

19:18
17 Yanvar

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

19:17
17 Yanvar

Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib

19:16
17 Yanvar

Yağıntılı hava şəraiti ilə əlaqədar xəbərdarlıq edilib

19:15
17 Yanvar

Ötən il Azərbaycanda mobil operatorların əldə etdiyi gəlirlər 1,2 milyard manatı ötüb

18:53
17 Yanvar

Xalqımızın müstəqillik mübarizəsinin tarixi dönüş nöqtəsi

18:46
17 Yanvar

Türkiyə ordusu Suriyanın şimalında 29 terrorçunu zərərsizləşdirib

18:27
17 Yanvar

İslamabadda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

18:13
17 Yanvar

Ötən il nəqliyyat sektorunda 238 milyon tondan çox yük daşınıb  

18:09
17 Yanvar

Ötən il dövlət büdcəsinin gəlirləri 37,2 milyard manat olub  

17:49
17 Yanvar

Azərbaycan Gimnastika Federasiyası ilin ən yaxşılarını açıqlayıb

17:42
17 Yanvar

Pakistan ilk yerli istehsal olan peykini kosmosa buraxıb

17:27
17 Yanvar

Prezident: Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır  

16:59
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!