17 Yanvar 2025 19:18
160
SİYASƏT
A- A+
ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

Milli Məclisin ATƏT Parlament Assambleyasında (PA) nümayəndə heyəti ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Pekin Fəaliyyət Platforması: Parlamentlərin rolu” mövzusunda təşkil edilmiş onlayn seminarda iştirak edib.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Milli Məclisin ATƏT PA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva Azərbaycanın gender bərabərliyinin təmin edilməsi və qadın hüquqlarının gücləndirilməsi sahəsində qazandığı nailiyyətlərdən danışıb. Deputat vurğulayıb ki, ölkəmizdə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun qadınlara qarşı zorakılığın aradan qaldırılmasında, gender stereotiplərinin sarsıdılmasında və cəmiyyətdə bərabər imkanların təmin olunmasında əhəmiyyətli rol oynayır.

Həmçinin qadınların iqtisadi və sosial sahələrdə aktiv iştirakını təmin etmək məqsədilə həyata keçirilən “Məşğulluq Strategiyası (2019–2030)”, “Qadın Resurs Mərkəzləri” və “Rəqəmsal Qızlar” kimi layihələrin əhəmiyyəti xüsusi qeyd edilib. Bildirilib ki, “Məşğulluq Strategiyası (2019–2030)” qadınlar arasında işsizliyin və əməkhaqqı bərabərsizliyinin azaldılmasına, onların əmək bazarına daha aktiv inteqrasiyasına, eləcə də qadın sahibkarlığının dəstəklənməsi və rəqəmsal bacarıqların inkişafının təşviqinə mühüm töhfə verir.

Bununla yanaşı, Azərbaycanın postmünaqişə dövründə gender əsaslı mövzulara üstünlük verdiyi də diqqətə çatdırılıb. Vurğulanıb ki, işğaldan azad edilmiş ərazilərdə qadınlar minalardan təmizləmə prosesində, məcburi köçkünlərin təhlükəsiz şəkildə yenidən inteqrasiyasında və yenidənqurma layihələrində mühüm rol oynayırlar. Bu sahədə beynəlxalq əməkdaşlığın və təcrübə mübadiləsinin dayanıqlı nəticələrin əldə edilməsi üçün vacibliyindən bəhs edilib.

Sevinc Fətəliyeva Azərbaycanın Pekin Fəaliyyət Platformasının prinsiplərinə sadiqliyini və gender bərabərliyi sahəsində davamlı irəliləyişlərə nail olmaq üçün göstərilən səylərin ardıcıl şəkildə davam etdiriləcəyini söyləyib.

Xatırladaq ki, 1995-ci ildə qəbul edilmiş Pekin Bəyannaməsi və Pekin Fəaliyyət Platformasının məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, o cümlədən, onların inkişaf proseslərində yaxından iştiraklarına mane olan amilləri aradan qaldırmaq və cəmiyyətdə rollarını artırmaq üçün milli səviyyədə və beynəlxalq əməkdaşlıq çərçivəsində səylər göstərməkdən ibarətdir. Bir sıra regional təşkilatlar, o cümlədən, ATƏT bu istiqamətdə müvafiq fəaliyyət həyata keçirir. Milli Məclis beynəlxalq parlament platformalarında sözügedən sahədə həyata keçirilən proseslərdə həmişə yaxından iştirak edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell korporativ abunəçilərin nəzərinə!

00:13
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:12
18 Yanvar

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

23:35
17 Yanvar

Premyer Liqa: "Qarabağ" - "Şamaxı"- 3:2

23:09
17 Yanvar

Mbappe də Benzemanın uğuruna nail olub

23:05
17 Yanvar

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

22:42
17 Yanvar

ABŞ Ali Məhkəməsi TikTok qadağası qanununu təsdiqləyib  

22:13
17 Yanvar

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

22:01
17 Yanvar

Kvaratsxeliya:"Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır"

21:49
17 Yanvar

“44”ün çəkilişləri gedir

21:38
17 Yanvar

Dövlət Neft Fondunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü qeyd olunub

21:32
17 Yanvar

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

21:03
17 Yanvar

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

20:48
17 Yanvar

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

20:45
17 Yanvar

Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

20:44
17 Yanvar

Bayden və Blinken riyakarlıq və xəyanət nümunələri kimi xatırlanacaqlar

20:36
17 Yanvar

Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər

19:25
17 Yanvar

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

19:24
17 Yanvar

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

19:23
17 Yanvar

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:22
17 Yanvar

ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

19:18
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!