17 Yanvar 2025 22:42
127
SİYASƏT
A- A+
1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

Yanvarın 17-də Konstitusiya Məhkəməsində 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Konstitusiya Məhkəməsindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib ki, 20 Yanvar faciəsi xalqımızın qürur mənbəyi, milli birlik və vətənpərvərliyin simvolu kimi Azərbaycan tarixinə həkk olunub. Bu hadisə ümumxalq faciəsi olmaqla yanaşı, tariximizin mühüm dönüş nöqtəsi, müstəqillik uğrunda mübarizəmizin başlanğıcı kimi də dəyərləndirilməlidir. 20 Yanvar faciəsi tarixi yaddaşımızda hüzn günü kimi yadda qalsa da, Azərbaycan xalqının taleyinin və tarixinin fədakarlıq, eləcə də qəhrəmanlıq səhifəsidir. XX yüzilliyin sonunda müxtəlif faciələrlə üzləşən xalqımız müstəsna iradə və cəsurluq nümunəsi göstərərək, milli ruhun sarsılmazlığı ilə müşayiət olunan tarix yazmağa müvəffəq olub.


Sədr çıxışında qeyd edib ki, 1990-cı ilin 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət ilk dəfə Ulu Öndər Heydər Əliyevin qətiyyəti sayəsində verildi. Faciənin növbəti günü Ümummilli Lider ailə üzvləri ilə birgə Moskvadakı Azərbaycanın daimi nümayəndəliyinə gedərək, verdiyi cəsarətli bəyanatı ilə faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyevin 1993-cü ildə xalqın arzusu və təkidi ilə hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin başvermə səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində dövlət səviyyəsində mühüm addımlar atıldı. Məhz onun təşəbbüsü və göstərişi ilə Milli Məclisin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarı qəbul edildi. Həmin Qərarla baş vermiş faciə hərbi təcavüz və cinayət kimi qiymətləndirilərək, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edildi.


Sədr bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin həllini dövlətin mühüm vəzifələrdən biri kimi müəyyənləşdirməklə, bu istiqamətdə böyük tədbirlərin həyata keçirilməsinə nail olub. Dövlət başçısının 2006-cı il yanvarın 19-da 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı Fərmanı şəhidlərin xatirəsinə xüsusi diqqətin təzahürüdür.


Qeyd olunub ki, tarixin müxtəlif dövrlərində xalqımıza qarşı törədilən cinayətlər onun öz müstəqilliyi, azadlığı uğrunda mübarizə əzmini qıra bilməyib. 20 Yanvar şəhidlərinin qəhrəmanlıq salnaməsi, müqəddəs amal uğrunda mübarizələri 44 günlük Vətən müharibəsi iştirakçıları tərəfindən də şücaətlə davam etdirilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etməsi respublikamızın suverenliyinin, ərazi bütövlüyünün tam bərpasına və xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrildi.


Tədbirin yekununda vurğulanıb ki, 20 Yanvar faciəsi xalqımızın azadlıq və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu. Tariximizin milli qürur günü sayılan 1990-cı ilin 20 yanvar hadisəsi ilə Azərbaycan xalqı azadlığı, suverenliyi və müstəqilliyi uğrunda mübarizəsini dünyaya sübut etdi. 20 Yanvar şəhidlərinin əziz xatirəsi millətimizin yaddaşında daim yaşayacaq və ehtiramla yad ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell korporativ abunəçilərin nəzərinə!

00:13
18 Yanvar

Azercell korporativ abunəçilərin nəzərinə!

00:12
18 Yanvar

Dini konfessiya rəhbərləri Prezidentə təşəkkür məktubları ünvanlayıblar

23:35
17 Yanvar

Premyer Liqa: "Qarabağ" - "Şamaxı"- 3:2

23:09
17 Yanvar

Mbappe də Benzemanın uğuruna nail olub

23:05
17 Yanvar

1990-cı ilin 20 yanvarı müstəqillik uğrunda mübarizənin başlanğıcı oldu

22:42
17 Yanvar

ABŞ Ali Məhkəməsi TikTok qadağası qanununu təsdiqləyib  

22:13
17 Yanvar

Şitan Cao: Azərbaycan xalqı müharibədə dağıdılmış şəhər və kəndləri bərpa edir

22:01
17 Yanvar

Kvaratsxeliya:"Nə qədər çətin olsa da, vidalaşmaq vaxtıdır"

21:49
17 Yanvar

“44”ün çəkilişləri gedir

21:38
17 Yanvar

Dövlət Neft Fondunda 20 Yanvar hadisələrinin 35-ci ildönümü qeyd olunub

21:32
17 Yanvar

İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşiddən

21:03
17 Yanvar

Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

20:48
17 Yanvar

Rusiya və İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında müqavilə imzalanıb

20:45
17 Yanvar

Elektron Təhlükəsizlik Xidməti “AzerGold” QSC-də maarifləndirmə tədbiri təşkil edib

20:44
17 Yanvar

Bayden və Blinken riyakarlıq və xəyanət nümunələri kimi xatırlanacaqlar

20:36
17 Yanvar

Türkiyənin tanınmış futbol mütəxəssisləri Azərbaycana gəliblər

19:25
17 Yanvar

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi ilə görüş keçirilib

19:24
17 Yanvar

Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri başa çatıb

19:23
17 Yanvar

İqtisadi fəal əhalinin sayı açıqlanıb

19:22
17 Yanvar

ATƏT PA-nın seminarında Azərbaycanın gender bərabərliyinin təmini ilə bağlı nailiyyətlərindən bəhs olunub

19:18
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!