17 Yanvar 2025 09:00
493
CƏMİYYƏT
A- A+
Cəbrayıl daha 153 sakinini qarşıladı

Cəbrayıl daha 153 sakinini qarşıladı


İşğaldan azad olunmuş ərazilərimizdə dövlətimizin öz gücü hesabına həyata keçirdiyi irimiqyaslı bərpa-quruculuq işləri sürətlə davam edir. Gündən-günə abadlaşan, gözəlləşən Qarabağ və Şərqi Zəngəzur mərhələli olaraq sakinlərinə qovuşur. 

İşğaldan azad edilmiş digər şəhər və kəndlərimizlə yanaşı, el-obalarından didərgin salınmış cəbrayıllılar da dədə-baba yurdlarına qayıdırlar. Bu qayıdış karvanları həyatın ən çətin, ən ağır üzünü görmüş insanları əzəli torpaqlarına qovuşdurur.

Dünən Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə şəhərə daha 32 ailə - 153 nəfər köçürülüb. Bununla da indiyədək Cəbrayıl şəhərində 358 ailənin, yəni 1487 nəfərin daimi məskunlaşması təmin edilib.


"Dövlət başçımıza həmişə güvənmişik"


Uzun illərin həsrətindən sonra torpaqlarına qovuşan cəbrayıllıların sevinci üz-gözlərindən duyulur. Bir daha Cəbrayılı görməyəcəyini düşündüyünü söyləyən keçmiş məcburi köçkün Çərkəz Quliyev deyib ki, bu gün onun həyatının ən sevincli günüdür: "Belə gözəl günləri yaşadığım üçün özümü çox qürurlu hiss edirəm. Dövlət başçımıza həmişə güvənmişik, düz də etmişik. Həmişə də onun yanında olacağıq. Başda Ali Baş Komandan olmaqla, Milli Ordumuzun hər bir üzvünə, hər bir zabit və əsgərinə bizə bu günləri yaşatdığı üçün öz minnətdarlığımı bildirirəm. Torpaqlarımız uğrunda həyatlarını qurban vermiş şəhidlərimizə rəhmət diləyirəm. Mən öz rəhbərliyimizlə, xalqımızla, ordumuzla, mübariz oğullarımızla fəxr edirəm".

30 ildən çoxdur bu günün xəyalı ilə yaşadığını deyən Məhəmmədəli İsayev ömrünün ən gözəl çağlarını yaşadığını dilə gətirir. Keçmiş məcburi köçkünün sözlərinə görə, Cəbrayıla qayıtmaq həmişə onun namazlarında, dualarında, arzularında, xəyallarında olub: "Bu gün bütün dualarımızın qəbul olunduğu gündür. Sevincimizi sözlərlə ifadə etmək mümkün deyil. Cəbrayıla köçəndən sonra Allah ömür versə, yaşayacağam, verməsə də, bu dünyadan gözüaçıq getməyəcəyəm. Ölsəm də, dərdim olmaz, dünyadan arxayın gedərəm".

Böyük sevinc və qürurla evinə, doğma ocağına qayıtdığını deyən cəbrayıllı Şərqiyyə Abbasovanın sözlərinə görə, bu hissləri sözlərlə izah etmək mümkün deyil: "44 günlük müharibədə biz xalq olaraq "dəmir yumruq" kimi birləşməyi öyrəndik. Allah bizim xalqımızın birliyini qorusun! Azərbaycan ərazi bütövlüyünü öz gücü, qüdrəti hesabına təmin etmiş suveren, qüdrətli dövlətdir. Azərbaycanlı olduğumuz üçün qürur duyuruq. 33 yaşımda çıxmışdım Cəbrayıldan. Yoldaşımı  itirdim, dörd yetimlə 30 il köçkün həyatı yaşadım. Amma bu yaşadığım çətinlik bu qələbə sayəsində gözümdə heçə döndü. Doğma torpağımıza - Cəbrayılımıza qızım və nəvələrimlə gəldim. İgid oğullarımız sıldırım qayaları, aşılmaz sədləri aşaraq adlarını tarixə yazdılar. Bundan sonra minillər keçsə də, bizim bu şanlı tariximizi heç bir qüvvə silə bilməz".


10 min nəfərdən çox keçmiş məcburi köçkün yurduna qovuşub


Məqsədyönlü və genişmiqyaslı işlər sayəsində Qarabağ və Şərqi Zəngəzurda əhalinin məskunlaşması təmin edilir. Keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı ilə bağlı qarşıya qoyulan vəzifələr uğurla həyata keçirilir. Ermənilərin xarabalığa çevirdiyi məkanlarımızda yeni yollar çəkilir, infrastruktur layihələri həyata keçirilir, tarixi-mədəniyyət və dini abidələr bərpa olunur. 

Böyük qayıdış proqramına əsasən, ilk beşillikdə 34 min 500 ailə azad edilmiş ərazilərə köçürüləcək. Bu istiqamətdə davamlı məqsədyönlü tədbirlər həyata keçirilir. İndiyədək 175 ailə (871 nəfər) Zəngilan rayonunun Ağalı kəndində, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndində, 570 ailə (2090 nəfər) Laçın şəhərində, 823 ailə (3136 nəfər) Füzuli şəhərində, 217 ailə (823 nəfər) Laçın rayonunun Zabux kəndində, 59 ailə (215 nəfər) Laçın rayonunun Sus kəndində, 371 ailə (1396 nəfər) Şuşa şəhərində, 52 ailə (204 nəfər) Xocalı şəhərində, 358 ailə (1487 nəfər) Cəbrayıl şəhərində, Xocalı rayonunun Ballıca kəndində 68 ailə (373 nəfər) məskunlaşıb. Ümumilikdə 2713 ailə - 10685 nəfər ocağına geri dönüb. Həyata keçirilən davamlı tədbirlər sayəsində tezliklə bütün işğaldan azad edilmiş şəhər və kəndlərdə həyat yenidən öz axarına qayıdacaq.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

Rəqəmsal dünyanın kibertəhlükə bəlası

08:25
03 Mart

Ərazi iddiaları olan yerdə sülh mümkün deyil

08:20
03 Mart

Tarix yazılıb, nöqtə qoyulub, geri dönüş yoxdur

08:15
03 Mart

Azərbaycanın sabitlik və sülh modeli

08:10
03 Mart

Azəbaycanın BMT zirvəsi

08:05
03 Mart

Düşmənlərimiz İLHAM ƏLİYEVƏ nələri bağışlaya bilmirlər?!

08:00
03 Mart

Zelenski: Ukrayna 2026-2027-ci illər üçün Rusiyanın planlarını ehtiva edən sənədləri əldə edib  

01:28
03 Mart

"Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

00:49
03 Mart

Gəncə şəhərində yerləşən Cümə məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında

00:49
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!