17 Yanvar 2025 09:15
174
Mədəniyyət
A- A+
Mifopoetik ənənələrdə çillələr

Mifopoetik ənənələrdə çillələr


Türk xalqlarının mifik  düşüncəsində qışın  sonuna qədər davam edən müddət təbiətin "ölüb-dirilməsi"dövrü kimi qəbul edilmiş, həmin zaman kəsiyi obrazlaşdırılmış və insanların təfəkküründə canlanmışdır. Təbiətin "ölüb dirilmə" dövrü Azərbaycanda çillə və yaxud çilə, Anadoluda çilə, çilə ayı kimi xalq arasında yayılmışdır. 

Çillə sözü etimoloji  cəhətdən həm  "cehl" sözü ilə bağlı olub qırx rəqəmi ilə əlaqələndirilir,  həm də  "çillə" türk xalqları arasında əziyyət, məhrumiyyət, sıxıntı və çətinlik mənalarını ifadə edir. Təsadüfi deyil ki, qışın çətinliklərini, əzab-əziyyətini dəf etmək üçün əcdadlarımız müəyyən ayinlər, mərasimlər sistemini yaratmışlar.

Bəzi bölgələrimizdə  "Qaraqış" adlandırılan böyük çillə qırx  gün - dekabrın 21-dən yanvarın sonunadək davam edir. Böyük çillənin ilk gecəsi "Şəbi-yelda", yaxud "Yelda gecəsi" adlanır.   

İslamaqədərki bayramlarımızdan biri də dekabrın 21-dən 22-nə keçən gecə qeyd olunan Yeldadır. Yelda gecəsi Yer kürəsinin Şərq yarımkürəsində, ilin 365 gününün ən uzun qaranlıq gecəsidir. Yer kürəsinin Günəş ətrafında bir dəfə tam dövrü bir il ərzində 365 günə gerçəkləşir. Astronomik bilgilərə görə, "bu müddətdə Ay həm öz, həm də Yer kürəsi ətrafında  on iki dəfə dövr etmiş olur. Bu, Ay təqviminə görə, tam bir ilə bərabərdir. Lakin Yer kürəsi bu dövrü tamamlayıb başlanğıc nöqtəsinə gəldikdə, Ay hələ həmin nöqtəyə gəlib çatmır. Yer kürəsinin Ayla eyni başlanğıc nöqtəsində görünməsı üçün on doqquz  il keçməlidir. On doqquz illik bir müddət astronomiyada "meton oli" adlanır. Yəni Ay təqvimi on doqquz ildən bir düzəldilməlidir. Bu on doqquz  ilin yeddi  ili artıq 355 günlük, on ikisi isə tam illərdir, yəni 354 günlükdür, burada 355-in tək, 354-ün cüt ədəd olduğunu nəzərə alsaq, başqa bir həqiqət ortaya çıxır. Qurani-Kərimdə "il" mənasını verən "sənə" kəlməsindən  (tək halda) yeddi, "illər" mənasını verən "sinnin" kəlməsindən isə (cəm halda) on iki dəfə istifadə olunmuşdur ki, onların cəmi 19-dur" .

Çillələrdə ayrı-ayrı ayinlər, mərasimlər icra olunar, onların mahiyyəti, özəllikləri müvafiq nümunələrdə xalq dilində diqqətə çatdırılardı. Məsələn, Azərbaycanın bir çox bölgəsində keçirilən  "çillə kəsmək" mərasimi ağırlığı, çətinliyi aradan qaldırmaq məqsədilə icra olunurdu. Ayinə görə, birinin çilləsini kəsən çilləsi kəsilənin əl və ayaqlarının baş barmaqlarını üç dəfə ağ iplə bağlayıb deyir: 

Həzrət Süleyman eşqinə,

Çin qızı Mərcan hökmünə,

Bəni adəmdən, bəni-heyvandan,

Cindən, şeytandan, axar sudan.

Köklü ağacdan, dibli qayadan,

Yeddi yolun ayrıcından

Hər kəsin çilləsinə düşübsə,

Çilləni kəsdim... 

İnanca görə, bu ayinin yerinə yetirilməsi ilə insan əzab-əziyyətdən, müşküldən azad olur, yüngülləşir, çətinlikləri arxada qoyur, yeni həyata başlayır.

Çillələrlə, o cümlədən Böyük çillə ilə bağlı xalq arasında müxtəlif  şifahi örnəklər yaranıb formalaşmış və yaddaşlara həkk olunmuşdur:

Böyük çillə,

Boyu bir belə...

Gəldi elə

Gülə-gülə,

Getdi gülə-gülə...


Göstərilən mətndə Böyük çillə təbiətcə mülayim, insana ziyan vurmayan bir tərzdə şəxsləndirilərək folklorumuza daxil olmuşdur. Böyük çillə ilə bağlı xalq arasında müəyyən mətnlər də bu gün diqqəti cəlb edir: "Belə söyləyirlər ki, bir gün Böyük çillə deyir ki, "Mən dolu qazanlar üstə gəlmişəm. Sonra təndirləri yandırtdım, kürsüləri qurdurdum, küplərin, çuvalların ağızlarını açdırdım"...

Böyük çillə 40 gün dövran sürüb gedir. Yolda Kiçik çillə ilə rastlaşır. Hal-əhvaldan sonra Kiçik çillə soruşur ki, a Böyük çillə, de görüm, qırx gün gəlib atını çapdın, bu qırx gündə nə gördün, neynədin, işin-gücün nə oldu? Böyük çillə nə gördüyündən, nə etdiyindən söhbət açır.                                                                                                                                    Hikkəli Kiçik çillə istehza ilə gülüb cavab verir ki, eh, sən heç nə eləməmisən ki... Mən gəlmişəm, gör indi nələr eləyəcəyəm, nə tufan qoparacağam. Qazanları ağzı üstə çevirəcəyəm, adamları təndirin ağzından salıb külfədən çıxaracağam, küpləri, xaralları boşaldacağam, üzüqoylu qoyub gedəcəyəm. Onun coşduğunu görən Böyük çillə "çox da öyünmə, sən insanları tanımırsan" deyir.  Mən qırx günlük ömrümlə bir iş görə bilmədim. Sənin isə cəmi-cümlətanı iyirmi günlük ömrün var. Bu iyirmi gündə heç yel də olub onların yanından ötə bilməzsən. Çünki qabağın yazdır, ömrün də azdır. Bu yandan da Boz ay özünü irəli verib deyir ki, siz məni uzaqda görmüsünüz, hə asaram-kəsərəm deyirsiniz. Sizin acığınıza, indi baxın, görün mən gedib nə eləyəcəyəm. Buzları əridəcəyəm, torpağın donunu açacağam, əkinləri, çölləri, yamacları cücərdəcəyəm. Bağ-bağçalarda gül-çiçək açdıracağam"... Göründüyü kimi, qış fəslinin ayrı-ayrı mərhələlərini təşkil edən Böyük çillə, Kiçik çillə və Boz ayın səciyyəvi  xüsusiyyətlərini, gücünü-qüvvətini aydın şəkildə ifadə edən bədii mətnlər  təbiət hadisələrinə olan münasibəti, təbiət qüvvələrinə olan inamı bir daha əks etdirən amillərdəndir. Kiçik çillənin cəmi iyirmi gün - fevral ayının 1-dən 21-nə qədər davam etməsinə, ömrünün az olmasına baxmayaraq daha sərtdir, buna görə də həmin müddət xalq arasında "qışın oğlan çağı" adlanır. Kiçik çillənin sərt təbiəti müvafiq nümunələrdə qorunub saxlanmışdır, onlardan birini oxuculara təqdim edirik:


Kiçik çillə...

Boyu bir belə...

Hikkəsi ir belə...

Gəlişi oldu

Haynan,

Gedişi oldu

Vaynan... 


Göründüyü kimi, bu folklor  nümunəsi  Kiçik çillənin özü ilə müşküllük, əziyyət gətirməsi və nəhayət insanların qışı başa vurub yaza çıxması arzu və istəkləri ilə bağlı yaranmış, erkən təsəvvürlərdə mifik obrazlar şəklində şəxsləndirilmişdir. Qışın ilk ongünlüyündə türk xalqlarının folklorunda bolluq, firavanlıq etiqadları ilə bağlı yaranmış "Xıdır Nəbi" mərasiminin xüsusi yeri vardır. Bu, qışın çıxması münasibətilə keçirilən Novruzqabağı mərasimlərdəndir. Ümumilikdə, Xıdır xalqın şifahi yaddaşında müsbət, xeyirxah insana uğur gətirən bir obraz kimi əks olunmuşdur. İnanca görə, Xıdır Nəbi mərasimi hər evdə, hər ailədə qeyd olunmalı, Xıdırın şərəfinə məclis qurulmalı, süfrələr açılmalıdır. Əgər hər hansı bir evdə həmin gün süfrə açılmazsa, Xıdır küsüb gedəcək, baharın gəlişini yubadacaqdır. Mərasimin əsas atributlarından biri qovutdur, buğda qovrulub qovut çəkilir və süfrəyə qoyulur.  Etiqada görə, Xıdır əlini qovuta çəkir, bununla da özü ilə bolluq, bərəkət, xoşbəxtlik gətirir.

Qış fəslinin son ayı Boz aydır. Boz ay Kiçik çillənin sonuncu günündən Novruz bayramına qədər davam edir, xalq arasında həm də Boz çillə, Ala çillə, yazayağı və sair adlandırılır. Boz ayda hava dəyişkən keçir, ona görə də xalq arasında belə bir deyim yaranmışdır   ki, "Boz ay bozara-bozara keçər". Azərbaycanın bəzi bölgələrində Boz aya döl ayı da deyilir, xalq arasında "Boz ayınız bozarsa da döl ayıdır ki, döl ayı" ifadəsi buna bariz nümunədir. Həmin müddətdə xalq arasında mərasimlər keçirilər, ayinlər icra edərdilər, məsələn, bir oğlan uşağını qoçun belinə mindirib sürünün içinə buraxardılar, yaxud qoyun sürüsünün yanında vəhşi heyvandan, canavardan danışmazdılar. Bütün bunlar xalqımızın mifik  təsəvvürləri ilə bağlı yaranmış inanc və etiqadlar sisteminə daxildir. Boz ayla bağlı mifoloji təsəvvürləri əks etdirən folklor mətnlərinin birində oxuyuruq: "Çox qədim zamanlarda insanlar ay haqq-hesabını bilmirdilər, elə ona görə də günü-günə, ayı-aya qarışdırırdılar. Bu çaşbaşlıq insanları belə qənaətə gətirir ki, ili aylara, ayları isə günlərə bölsünlər. İlə 12 ay, hər aya isə 32 gün verirlər. Ancaq bölgü vaxtı Boz aya cəmi 14 gün düşür. İnciklik olmasın deyə hər aydan bir gün götürüb boz ayın günlərinə əlavə edirlər. Görürlər ki, yenə də haqsızlıq baş verdi, hər ayın 31 günü, Boz ayın isə cəmi 25 günü oldu. Onda yenidən aylara müraciət edirlər ki, hərəniz 1 gün də boz aya verin. Ayların yarısı razılaşır, yarısı isə razılaşmır; nəhayət, biri 1, digəri 2, fevral isə hətta 3 gününü verir. Beləliklə, Boz ay olur 31 gün. Ancaq öz günlərini ilin müxtəlif fəsillərindən olan aylardan aldığı üçün günün biri hava baxımından o birisinə oxşamır"...

Boz ay Novruz bayramına qədər olan mərhələdə dörd həftəlik çərşənbələri əhatə edir. Yerin Günəş ətrafında hərəkəti ilə fəsillərin bir-birini əvəz etməsi, qışdan sonra yazın gəlməsi, gecə ilə gündüzün bərabərləşməsi Şimal yarımkürəsində yaşayan xalqlar tərəfindən təntənə ilə qeyd edilir. Tarixin yaddaşından süzülüb gələn folklorumuzda çillələrlə, Boz ayla bağlı zəngin ayin və etiqadlar sistemi təbiətin oyanmasını, suyun, havanın, torpağın istiləşməsini, yeni əmək mövsümünün başlanmasını bütün etnoqrafik detallarla birgə tərənnüm edən Novruz bayram  silsiləsinin  mahiyyətini dünya xalqlarına çatdırmağa imkan verir.


Ülkər NƏBİYEVA,                     

Bakı Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan ilk yerli istehsal olan peykini kosmosa buraxıb

17:27
17 Yanvar

Prezident: Azərbaycanla Gürcüstan arasında energetika sahəsində əməkdaşlıq daha geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır  

16:59
17 Yanvar

Gürcüstanın Baş naziri Prezident İlham Əliyev haqqında: Siz fərqli bir Lidersiniz və bizim üçün də nümunəsiniz  

16:54
17 Yanvar

Prezident İlham Əliyev: Gürcüstanla Azərbaycan Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır  

16:51
17 Yanvar

Prezident İlham Əliyev: Azərbaycanla Gürcüstanın siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər  

16:46
17 Yanvar

Prezident İlham Əliyev və Baş nazir İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2

16:46
17 Yanvar

Fövqəladə hallar naziri Xızıda vətəndaşların müraciətini dinləyib

16:43
17 Yanvar

Moskvada Rusiya və İran prezidentləri arasında danışıqlar aparılır  

16:41
17 Yanvar

Türkiyə XİN: Türkiyə və Azərbaycan regional sabitlik, sülh və rifaha töhfə verməkdədir  

16:32
17 Yanvar

Azərbaycanda fəaliyyət göstərən fərdi sahibkarların 26 faizdən çoxu Bakıda qeydiyyata alınıb  

16:26
17 Yanvar

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

16:25
17 Yanvar

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

16:23
17 Yanvar

Əhalinin banklarda əmanətlərinin 66 faizi milli valyutadadır

16:23
17 Yanvar

Kür çayına balıq körpələri buraxılıb

16:22
17 Yanvar

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ağcabədidə vətəndaşların müraciətini dinləyib

16:21
17 Yanvar

Zəngilanda əhali üçün səyyar tibbi müayinələr təşkil edilib

16:01
17 Yanvar

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Qubada vətəndaşlarla görüşüb

15:37
17 Yanvar

Ağdərədə növbəti Radio-Televiziya Yayım Stansiyasının işi bərpa edilib  

15:32
17 Yanvar

Qəzzada ilk girovlar yanvarın 19-da azad edə bilər

15:18
17 Yanvar

İşə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş olub

15:17
17 Yanvar

Ombudsman 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar bəyanat yayıb  

14:51
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!