17 Yanvar 2025 08:40
232
SİYASƏT
A- A+
Erməni saxtakarlığı

Erməni saxtakarlığı


Bu, sülhə xidmət etmir və olduqca təhlükəlidir


Ermənilərin xaraktersizliyi onların ən böyük sərvətidir. Özlərini dünyanın "ən qədim" tarixi mədəniyyətinə malik milləti hesab edən hayları  fransızlar katolik, ruslar pravoslav, ingilislər isə protestant kilsəsinin himayəsinə girməyə çağırıblar. Dünyada haylara göstərilən bu "diqqət" onların xəyanətkar olmalarına, satqınlığına, şəraitə uyğun olaraq dinlərini və məzhəblərini dəyişmək xislətinə verilən "dəyər"dir. 

İllərdir ki, ermənilər utanmadan türklər tərəfindən "genosid"ə məruz qaldıqlarını uydurub, özlərini dünyaya əzilən, sıxışdırılan, dini və milli təqibə məruz qalan xalq kimi təqdim edərək maddi, mənəvi və siyasi yardımlar alırlar. Ermənilər tarixi faktları zaman-zaman saxtalaşdırıblar. Məqam düşəndə də istər Türkiyədə, istərsə də Azərbaycanda insanlığa yaraşmayan qanlı qırğınlar törədiblər. Ermənilərin istər Anadoluda, istərsə də  Bakı, Şamaxı, Quba və digər bölgələrimizdə törətdikləri qırğınları, talanları tarixi faktlar, sənədlər də sübut edir. 

Qondarma "erməni soyqırımı" iddiası tarixi həqiqətdən çox uzaq olsa da, ermənilər niyə hələ də böhtan kampaniyalarından əl çəkməmələri hayların ABŞ-dəki liderlərindən biri Ross Vartanyanın fikirlərində daha aydın görünür: "Soyqırımı layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik". 

Bu bir həqiqətdir ki, Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib.

Azərbaycanlılar 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü illərdə də indiki Ermənistan ərazisindən məqsədyönlü şəkildə didərgin salınıb və deportasiya ediliblər. Yalnız 1948-1953-cü illərdə 150 mindən çox azərbaycanlı Ermənistan SSR ərazisindəki tarixi yurdlarından kütləvi surətdə və zorakılıqla sürgün olunub. Bu zaman onların bir hissəsi, xüsusilə qocalar və körpələr ağır köçürülmə şəraitinə, kəskin iqlim dəyişikliyinə, fiziki sarsıntılara və mənəvi iztirablara dözməyərək həlak olublar.

1980-ci illərin sonlarında Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri ilə başlamış bu münaqişə Azərbaycana qarşı hərbi təcavüzlə nəticələnib. 

1987-ci ilin sonlarında Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların öz tarixi torpaqlarından qəddarlıqla deportasiya prosesi başlayıb. 1988-1989-cu illərdə Ermənistanın müxtəlif şəhər və rayonlarında yaşayan azərbaycanlılar da eyni aqibətlə üzləşiblər. Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlı öz tarixi torpaqlarından zorla qovulub, onlardan 216 nəfər vəhşicəsinə qətlə yetirilib, 1154 nəfər isə yaralanıb. Onlar erməni zorakılığından öz həyatlarını xilas etmək üçün Azərbaycana sığınmaq məcburiyyətində qalıblar.

Azərbaycanlılar 1988-ci ilə qədər Ermənistan ərazisində kompakt şəkildə yaşayıblar. Lakin sovet hakimiyyəti Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərdən fərqli olaraq, azərbaycanlıların kompakt məskunlaşdığı ərazilərə Ermənistan SSR daxilində muxtar status verməyib.

1988-ci il fevralın 13-də DQMV-nin mərkəzi Xankəndi şəhərində Qarabağ məsələsi ilə əlaqədar ermənilərin ilk nümayişi keçirilib. Fevralın 16-dan martın 2-dək DQMV-də müxtəlif mitinqlər təşkil edilib. Fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin erməniəsilli deputatları vilayətin Ermənistan SSR-ə birləşdirilməsi təklifinin lehinə səs veriblər (azərbaycanlı və digər millətlərdən olan deputatlar iclasda iştirak etməyiblər). Fevralın 21-də isə Sov.İKP MK "Dağlıq Qarabağ hadisələri haqqında" qərar çıxarıb və bu sənəddə Vilayət Sovetinin qərarı "millətçi elementlər tərəfindən təhrik edilmiş" aksiya adlandırılıb. Buna baxmayaraq, fevralın 22-də Xankəndi-Ağdam şosesi üzərində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər DQMV-nin Xalq Deputatları Sovetinin yuxarıda qeyd olunan qərarına qarşı etiraz edən dinc azərbaycanlı nümayişçilərə atəş açıblar. Nəticədə iki azərbaycanlı gənc şəhid olub. Martın əvvəlində Dağlıq Qarabağı Ermənistana birləşdirməyi qarşısına məqsəd qoyan "Qarabağ" təşkilatı maneəsiz şəkildə Yerevanda, "Krunk" təşkilatı isə Xankəndidə fəaliyyətə başlayıb.

1988-ci il fevralın 27-29-da keçmiş SSRİ-nin ali hakimiyyət orqanlarının bilavasitə rəhbərliyi ilə Sumqayıt hadisələri törədildi və bu vəhşilik aktı Azərbaycan xalqının adına yazıldı.  

Sumqayıt hadisəsinin  təşkilatçıları şəhərdə iğtişaşlar törətmək məqsədilə "xüsusi" hazırlıqlar görmüşdülər. Gənclərə, xüsusən texniki peşə məktəblərinin şagirdlərinə spirtli içkilər, müxtəlif psixotrop dərmanlar və s. paylamışdılar. Əhalinin arasında Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət olan təxribatçı qruplar yerləşdirmişdilər. Onlar  Ermənistanda və Dağlıq Qarabağda ermənilərin azərbaycanlıları kütləvi şəkildə döymələri, təhqir etmələri, azyaşlı qızları zorlamaları və öldürmələri barədə qızışdırıcı məlumatlar yayırdılar. Bu informasiyalarda Bakının dəmiryol vağzalına Ermənistanda öldürülən azərbaycanlıların cənazələrinin daşınması barədə məlumatlar yer alırdı. Sumqayıt da  isə guya içərisi meyit və yaralılarla dolu avtobusu şəhərin küçələrində nümayiş etdirirdilər. Şəhərin Lenin meydanındakı mitinqdə hətta bir nəfər qadın döşünü camaata göstərərək onun ermənilər tərəfindən anasının kəsilmiş döşü olduğunu inandırmağa çalışırdı. Hüquq-mühafizə orqanlarının səlahiyyətləri dondurulmuşdu. Ekstremist əhvali-ruhiyyəli iş aparanlara güldən ağır söz deyilmirdi. Şəhərə vaxtında ordu göndərilməsi tələbləri SSRİ DTK-nın müavini Bobkov tərəfindən  əhəmiyyətsiz məsələ kimi qulaqardına vurulmuşdu. Fevralın 28-dən 29-na keçən gecə şəhərə daxil olmuş ordu hissələri və daxili qoşunlar şəhər partiya komitəsinin binasını mühasirəyə alaraq gözləmə mövqeyində dayanmışdılar. Fevralın 29-da günorta ordunun proseslərə gözlənilməz müdaxiləsi nəticəsində 6 nəfər azərbaycanlı tankların tırtılları altında vəhşicəsinə həlak oldular, 400 nəfərə qədər adam xəsarət aldı, 200 mənzil talan edildi, 50 mədəni-məişət obyekti dağıdıldı, 40-dan çox avtomobil zədələndi və bir hissəsi yandırıldı...  

Ermənilərdən fərqli olaraq, azərbaycanlılar erməni millətindən olan qonşularını, tanıdıqlarını qoruyur, təxribatçı qüvvələrin onlara zərər verməsinin qarşısını alırdılar. Azərbaycanı tərk edən ermənilərin çoxu dəfələrlə onlara olan xeyirxah, insani münasibətlər barədə açıqlama veriblər. Ermənistan hökuməti xalqımızın başına gələn tarixi faciə ərəfəsi yalan məlumatlar yayaraq dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. Öz ənənəsinə sadiq qalan Ermənistan Xarici İşlər Nazirliyi 2025-ci il yanvarın 15 -də  guya 1990-cı ilin yanvarında Bakıda ermənilərə qarşı qırğının törədilməsi ilə bağlı əsassız bəyanatı ilə bu ölkənin Azərbaycana qarşı sistematik etnik nifrət və dözümsüzlük siyasətini  davam etdirib.

Aydın məsələdir. Əslində, Ermənistan XİN bu kimi uydurma təbliğat xarakterli məlumatlar yaymaqla tarixən Azərbaycanın dinc əhalisinə qarşı həyata keçirdiyi soyqırımını, etnik təmizləmə siyasətini, Xocalı şəhərində bir gecədə 613 mülki şəxsi vəhşicəsinə qətlə yetirdiyini, 30 ilə yaxın müddət ərzində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarını kobudcasına pozduqlarını gizlətmək məqsədini güdür. Ermənilərin saxta təbliğatının tərkib hissəsi olan uydurma "Sumqayıt qırğınları"nın azərbaycanlıların deportasiyası və kütləvi şəkildə qətlə yetirilməsinə haqq qazandırmaq üçün ermənilərin düşünüb hazırladığı və Eduard Qriqoryan vasitəsilə icra olunan bir plan olduğunu bütün dünya bilir.

Ermənistan anlamalıdır ki, tarixi kütləvi şəkildə saxtalaşdırıb təbliğat aparmaq sülhə xidmət etmir və bu, olduqca təhlükəlidir.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!