17 Yanvar 2025 08:50
413
SİYASƏT
A- A+
Paşinyan hakimiyyətini çətin günlər gözləyir

Paşinyan hakimiyyətini çətin günlər gözləyir


İqtidar fraksiyasının deputatları baş nazirlə təcili görüş tələb edirlər


Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə iqtidara qarşı dərin bir etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Baş nazir Nikol Paşinyan hər vəchlə hakimiyyətini möhkəmləndirməyə çalışır. Amma ölkənin bütün sahələrində, o cümlədən sosial sferada artan problemlər insanları ciddi çətinliklərlə üzləşdirib.  

Digər tərəfdən görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dəm vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara belə gedir. Məhz belə vəziyyətdə problemlər içində boğulan Hayastan əhalisi yeni hökumətə də etibar etmir. 

Bütün bunların fonunda isə Ermənistan baş naziri avtoritar rejimlə hakimiyyətini daha da möhkəmləndirməyə çalışır. Bu barədə "The National Interest"də geniş yayımlanan məqalədə bildirilir ki, sadə ermənilər inqilab yolu ilə hərbi cani Serj Sarkisyanı devirən Paşinyanın "Məxməri inqilabı"na böyük ümidlər bəsləyirlərmiş. Amma son illərdə Ermənistanın demokratik mənzərəsi daha da qaranlıqlaşıb. Hazırda isə yarıtmaz hakimiyyət aktiv şəkildə qeyri-demokratik idarəçiliyə, hətta avtoritarizmə doğru addımlayır.

Məqalədə İrəvanın antidemokratik addımlarına dair tutarlı faktlar da göstərilib. Məsələn, siyasi fəalların və jurnalistlərin təqib olunması indi daha çox narahatlıq doğurur. Bu faktlar hətta demokratik təsisatların fəaliyyətinin qiymətləndirilməsi üzrə ixtisaslaşmış bir sıra QHT-lərin illik hesabatlarında da öz əksini tapır.

Bütün bunların fonunda Ermənistanın hakim "Vətəndaş Müqaviləsi"  partiyasının deputatları baş nazir Nikol Paşinyanla görüşü ümidlə gözləyirlər. "Joğovurd" nəşrinin yaydığı xəbərə görə, iqtidar fraksiyasının deputatları Paşinyanla görüşün təşkil olunması üçün rəhbərliyə müraciət ediblər. Baxmayaraq ki, fraksiya üzvləri zahirən hər şeyin qaydasında olduğunu, ölkənin sakit və firavan yaşam tərzini göstərməyə çalışır, Paşinyan ölkədə həyatın aktiv olduğunu vurğulayır, lakin yenə də deputatların daxili narahatlıqları və açıq qalan sualları var: "Avropa İttifaqına (Aİ) üzvlük məsələsi də havadan asılı vəziyyətdə qalıb. Paşinyan əvvəlcə referendum olmayacağını, Ermənistanın Aİ-yə yalnız onların icazə verdiyi qədər yaxınlaşacağını bildirmişdi. İndi isə tamamilə əksinə, hökumət iclasında bu məsələni müzakirə edir və bildirir ki, Ermənistanın Avropa gələcəyini 50 min imza toplayan xalq müəyyənləşdirəcək".

Məhz bu məsələləri və daxili müzakirələri aydınlaşdırmaq üçün fraksiyanın deputatları Paşinyanla görüşmək istəyirlər. Amma bu görüşün nə vaxt baş tutacağı, Paşinyanın parlamentə nə zaman gələcəyi hələ bəlli deyil. Deputatlar fraksiya rəhbərinin cavabını gözləyirlər.

Bu arada o da vurğulanır ki, Aİ-yə üzvlük layihəsinə dəstək verilməsindən sonra Rusiyadan gələn təhdidlər Nikol Paşinyanı narahat edib. Bildirilir ki, Paşinyan icra və qanunvericilik orqanlarının rəsmilərinin iştirakı ilə İcevan şəhərində müzakirələr təşkil edib. Bu müzakirələrdə Ermənistan iqtisadiyyatına gözlənilən ağır təsirlərin qarşısını almaq yolları təklif olunub. Lakin baş nazir bildirib ki, Aİ layihəsindən geri çəkilmək və onu qəbul etməkdən imtina etmək mümkün deyil. Ancaq məlum olub ki, bazar ertəsi başlayacaq parlamentin yaz sessiyasının ilk iclasının gündəliyinə Aİ-yə üzvlük layihəsi daxil edilməyib, baxmayaraq ki, bu layihə keçən ilin sonundan parlamentə təqdim edilib.

Hakimiyyət fraksiyasında isə deputatların böyük bir hissəsi bu layihənin qəbuluna qarşı çıxır. Onlar bunu "təhlükəli nəticələri olan macəra" adlandırırlar. Layihənin mətni "Vətəndaş Müqaviləsi" fraksiyasında istehza mövzusu olub. Fraksiya üzvləri Avropaya tələsənlərin savadsızlıq və sadəlövhlük səviyyəsindən heyrətləndiklərini bildirirlər.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzgüçüləri İslamiadada ikinci medalı qazanıblar

23:38
09 Noyabr

İslamiada: Azərbaycanın dörd boksçusu finala çıxıb, ikisi bürünc medal qazanıb  

23:37
09 Noyabr

Türkiyəli ekspert: Qarabağ Zəfəri Azərbaycanın regional və qlobal rolu üçün yeni imkanlar açıb ŞƏRH  

23:35
09 Noyabr

  Azərbaycanlı ağırlıqqaldıran İslamiadada üç medal qazanıb

23:34
09 Noyabr

Milli Olimpiya Komitəsinin rəsmiləri Ər-Riyadda Atletlər kəndində olublar

23:32
09 Noyabr

Qalib xalqın bayrağı

20:17
09 Noyabr

Nyu-Yorkun məşhur parkında Azərbaycanın Dövlət Bayrağı ucaldılıb  

19:03
09 Noyabr

Deputat: Hərbi parad son 5 ildə Azərbaycanın daha da gücləndiyini bir daha təsdiqlədi- ŞƏRH  

19:01
09 Noyabr

Azərbaycanın qadın cüdoçusu İslam Həmrəyliyi Oyunlarının qalibi olub

19:00
09 Noyabr

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib

18:53
09 Noyabr

Azərbaycanın İrandakı səfirliyi Zəfər Günü münasibətilə rəsmi qəbul keçirib  

18:50
09 Noyabr

Aprel döyüşlərinin qəhrəmanı Böyük Çin səddində  

18:01
09 Noyabr

Türkiyə Prezidenti: Qarabağın azad edilməsi bütün Türk dünyasının zəfəridir  

17:42
09 Noyabr

“AzerGold” “Zəfər” adlı yeni qızıl sikkə kolleksiyasını təqdim edib  

17:38
09 Noyabr

Milli kimliyin dirçəlişi və tarixi yaddaşın bərpası - ŞƏRH  

16:46
09 Noyabr

Mixail Qusmana Türkiyədə beynəlxalq media mükafatı təqdim edilib  

16:40
09 Noyabr

Zəfər, qardaşlıq və sülh paradı  

15:59
09 Noyabr

“Yeni Asır” qəzeti: Türkiyə və Azərbaycan liderlərinin qardaş münasibətləri regionda fundamental dəyişikliklər yaradıb  

15:37
09 Noyabr

Silahlı Qüvvələrimizin döyüş imkanları 5 il əvvəllə müqayisədə əhəmiyyətli dərəcədə yüksəlib  

14:31
09 Noyabr

 Güclü dövlətin güclü də ordusu olur  

14:29
09 Noyabr

Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir

13:17
09 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!