17 Yanvar 2025 10:56
256
SİYASƏT
A- A+
MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  

MSK bələdiyyə seçkiləri ilə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb  


2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi məqsədilə Mərkəzi Seçki Komissiyasının (MSK) genişmiqyaslı kampaniyası ardıcıl, sistemli və intensiv şəkildə davam edir.

MSK yanvarın 17-dən etibarən daha bir mühüm layihəyə - aşağı seçki komissiyalarının bütün üzvlərini əhatə edən treninqlərə başlayıb.

AZƏRTAC xəbər verir ki, bu məqsədlə Komissiyanın Treninq qrupu tərəfindən tam praktiki məşğələlər şəklində iki mərhələli proqram hazırlanıb.

İki gün davam edəcək “Trenerlər üçün treninq” adlı birinci mərhələyə bələdiyyə seçkiləri keçirilən 118 seçki dairəsinin hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 236 yerli trener cəlb olunur. Treninqlər ərzində iştirakçılara seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi və seçki günü müstəsna hallar da daxil olmaqla, bütün seçki günü prosedurları müxtəlif metodiki və yardımçı vəsaitlərdən də istifadə edilməklə əyani formada çatdırılır. Xüsusilə seçicilərin öz iradələrini ifadə etməsi ilə bağlı bələdiyyə seçkilərinin spesifikliyindən irəli gələrək, səsvermə, səslərin sayılması və səsvermənin nəticələri haqqında rəsmi protokolların doldurulması bütün təfsilatı ilə aydın izah olunur.

Treninqlər çərçivəsində, həmçinin seçki günü prosedurlarına dair müxtəlif məsələlər ətrafında geniş müzakirələr aparılır, meydana çıxan suallar cavablandırılır.

Treninq layihəsinin məntəqə seçki komissiyalarının üzvlərini əhatə edən ikinci mərhələsinə yanvarın 19-dan başlanacaq və treninqlər hər seçki dairəsində məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə gün davam edəcək. Bu mərhələnin də səmərəli və keyfiyyətli olması üçün treninqlərin praktiki məşğələlər şəklində və MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvələ uyğun olaraq, kiçik qruplar şəklində keçirilməsi nəzərdə tutulur.

Treninqlər zamanı aşağı seçki komissiyalarının hər bir üzvü MSK tərəfindən hazırlanan və bütün aidiyyəti prosedurları müfəssəl əks etdirən “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi, müxtəlif zəruri metodiki vəsaitlər və əyani materiallarla da təmin olunacaq.

Kifayət qədər genişmiqyaslı maarifləndirmə layihəsi olan treninqlər bələdiyyə seçkiləri keçirilən seçki məntəqələrinin bütün üzvlərini əhatə edir.

Qeyd etmək lazımdır ki, MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində əsası qoyulan və seçkilərdə müvəffəqiyyətlə gerçəkləşdirilən treninq layihəsi dairə və məntəqə seçki komissiyaları üzvlərinin bilik və bacarıqlarının artırılmasında, işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində əhəmiyyətli rol oynayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ceyhun Bayramov Serbiyanın Dövlətçilik Günü münasibətilə təşkil olunmuş qəbulda iştirak edib  

18:39
16 Fevral

Dövlət İmtahan Mərkəzi xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirib

18:33
16 Fevral

Premyer Liqa: “Turan Tovuz” son dəqiqələrdə vurulan qolla “Araz-Naxçıvan”a qalib gəlib  

18:23
16 Fevral

Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçirilib

17:34
16 Fevral

Azərbaycanla qaz sazişinin təsdiqinə dair qanun layihəsi Türkiyə parlamentinin gündəliyinə daxil edilib

16:27
16 Fevral

Xəzər dənizinin qırmızı rəngə boyanmasının səbəbi açıqlanıb

15:09
16 Fevral

Bakı-Qazax yolunda duman səbəbindən baş verən zəncirvari qəzada iki nəfər ölüb YENİLƏNİB

15:05
16 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək  

15:02
16 Fevral

Prezident İlham Əliyev: Azərbaycan ilə Litva arasında dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir  

11:31
16 Fevral

Litva Respublikasının Prezidenti Zati-aliləri cənab Gitanas Nausedaya

11:25
16 Fevral

FAKTİKİ HAVA: Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında külək güclənib

11:24
16 Fevral

Ceyhun Bayramov Latviyanın xarici işlər naziri Baiba Braje ilə görüşüb  

11:14
16 Fevral

Ordubad rayonunun dağlıq ərazisində biotexniki tədbir keçirilib  

10:18
16 Fevral

Şotlandiyada Vüqar Həşimovun xatirəsinə həsr olunmuş şahmat turniri keçirilib  

10:03
16 Fevral

Azərbaycan XİN rəhbəri Serbiyaya işgüzar səfərə yola düşüb  

09:48
16 Fevral

Bilmək istəyirəm

09:35
16 Fevral

Münxendə avtomobillə hücum nəticəsində xəsarət alanlardan ikisi ölüb

09:33
16 Fevral

Kloze də Mahir Emrelinin getmək istədiyini təsdiqlədi

09:30
16 Fevral

"Neftçi"də ciddi itkilər

09:25
16 Fevral

Boksçularımız Rumıniyada rinqə çıxırlar

09:20
16 Fevral

"Tanrı bilir ki, sən mənim ikinci atamsan" - Almeydadan Qurban Qurbanova

09:15
16 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!