05 İyul 2023 10:40
401
CƏMİYYƏT
A- A+
Narahatlığa əsas yoxdur

Narahatlığa əsas yoxdur

 

Alimlər ölkə ərazisində güclü və dağıdıcı zəlzələnin baş verməyəcəyi qənaətindədirlər

 

Məlum olduğu kimi, iyulun 4-ü saat 00:01-də Xəzər dənizində 5.7 bal gücündə zəlzələ baş verib. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzən rayonlarında 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bala qədər hiss olunub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, zəlzələ ilə əlaqədar olaraq dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Daxili İşlər Nazirliyindən də dağıntı, tələfatla bağlı hər hansı məlumat daxil olmadığı bildirilib. Həmçinin hadisə ilə bağlı əlavə qüvvə cəlb edilməklə fasiləsiz xidmət təşkil edilib. 
TƏBİB-in məlumatına görə, zəlzələ ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müraciət edib. Müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər əsasən arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtəlif hissələrində olan ağrılarla bağlı olub.
Azərbaycanda Böyük Qafqazın cənub yamacı, Şamaxı, Quba, Xızı daha aktiv seysmoloji ərazilərdir. 
Tarixdən də bəllidir ki, xüsusən Şamaxı rayonunda dəfələlərlə dağıdıcı zəlzələlər baş verib. Məsələn, 1667-ci ildə Şamaxıda zələlə nəticəsində  6-7 min ev dağılıb, 60 minə yaxın insan həlak olub. Eyni zamanda 1806-1902-ci illər ərzində şəhərdə 9 güclü zəlzələ baş verib.
Azərbaycanda hiss olunan sonuncu güclü zəlzələ isə 2000-ci ildə Bakıda qeydə alınıb. 6.8 maqnitudalı zəlzələ nəticəsində bəzi tikililər dağılıb və ziyan dəyib.
Ümumiyyətlə, ölkəmizdə hər gün hissolunmayan yeraltı təkanlar qeydə alınır. Məsələn, ötən il ərzində 12762 yeraltı təkan qeydə alınıb ki, onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələlərdir. 2022-ci ildə baş verən zəlzələlərin ümumilikdə 17-si  hiss olunub. Maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ baş verib.

 

Xırda yeraltı təkanlar nəticəsində yerin enerjisi çıxır

 

Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun şöbə müdiri, seysmoloq-alim Ənvər Əliyev qəzetimizə açıqlamasında bildirib ki, Bakının əsas iki akvatoriyasından birində - şimal-şərq hissədə zəlzələ baş verib. Onun sözlərinə görə, ikinci seysmik aktiv zona Bakıdan 30 kilometr cənubdan başlayaraq sərhədə qədər davam edir. 
Ə.Əliyev qeyd edib ki, Bakı şəhəri tarixən güclü zəlzələlər zonası olmayıb: "Min illər ərzində burada dağıdıcı zəlzələlər qeydə alınmayıb. Əsas faktlardan biri odur ki, Qız qalası kimi abidəmiz əsrlər boyu dağılmayıb. Amma Böyük Qafqazın cənub yamacı seysmik cəhətdən daha aktiv zonadır. Şəkidən başlayaraq şərqə doğru - Şamaxı, Qobustan sahillərinə qədər gələn ərazi 9 ballıq tektonik zonadır. Bu zonada tikililərlə bağlı diqqətli olmaq lazımdır. Fərdi evlərdən tutmuş çoxmərtəbəli binalara qədər hər birinin tikintisində  ərazinin seysmikliyi nəzərə alınmalıdır. Bu, bizi gələcək ziyanlardan sığortalayır". 
Kiçik Qafqaz zonasının da aktiv hesab olunduğunu deyən alim əlavə edib ki, 1139-cu ildəki Gəncə zəlzələsi buna nümunədir. Bu zəlzələ 100 minlərlə  insan itkisinə səbəb olmuşdur. Eyni zamanda 1667-ci il Şamaxı zəlzələsində də təxminən 60 min insanın həlak olduğu qeydə alınıb. 
Seysmoloqun sözlərinə görə, Naxçıvanda, Kiçik Qafqazın digər ərazilərində də seysmik aktiv zonalar var. Onlar 7-8 ballıq tektonik zonalardır. "Zəlzələnin zamanı, məkanı bəlli deyil. Paytaxt ərazisində az bal gücündə yeraltı təkanların olmasının bir üstünlüyü odur ki, bu, güclü zəlzələlərin qarşısını alır. Xırda yeraltı təkanlar nəticəsində yerin enerjisi çıxır  və dağıdıcı zəlzələlər olmur", - deyə şöbə müdiri əlavə edib.

 

Ciddi tələfatlara səbəb olacaq zəlzələlər gözlənilmir

 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, professor Qurban Yetirmişli ötən gün baş vermiş zəlzələyə dair bildirib ki, zəlzələ ölkə ərazisində şimal rayonları,  eləcə də Abşeronun müəyyən hissələri və Bakı şəhəri də daxil olmaqla, müxtəlif dərəcədə hiss olunub: "Xəzər dənizində, 65 kilometr dərinlikdə baş verən təkanın müddəti 10 saniyədən bir az çox çəksə də, təhlükəli deyil. Şimal rayonlarında, həmçinin Abşeron yarımadasında heç bir fəsad, dağıntı olmayıb.  Bakı və Abşeron ərazisi ilə bağlı zəlzələ ocaqları Xəzər dənizinin dərinliyində yerləşir. Birmənalı olaraq belə dərinlikdəki dalğanın təsiri yaşayış məntəqələrində fəsadlar törədə bilməz. Qorxulu və ciddi tələfatlara səbəb olacaq yeraltı təkanlar gözlənilmir. Əhaliyə demək istəyirəm ki, şayiələrə inanmasınlar. Güclü yeraltı təkanlar gözlənilmir". 
Direktor bildirib ki, zəlzələdən sonra baş verəcək afterşokların həmin gücdə və ya ondan daha güclü olma ehtimalı yoxdur, çünki əsas güc, enerji ilk  saniyələrdə ayrılır. "Gecə səhərə kimi zəif bir neçə təkan qeydə alınıb, amma zəlzələ episentrinə ən yaxın yaşayış ərazilərində belə hiss olunmayıb". 
Alim həmçinin vurğulayıb ki, 2000-ci il zəlzələsindən sonra Azərbaycanda seysmologiyanın yeni dövrü başlayıb, ölkəyə ən müasir avadanlıqlar gətirilib.
Eyni zamanda o bildirib ki, binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır, layihələr buna əsasən hazırlanır.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

SEC İlon Maska qarşı məhkəmə iddiası irəli sürüb

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

Ötən il Azərbaycanda neft hasilatının 58 faizi AÇG-nin payna düşüb

12:26
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!