02 Aprel 2025 08:55
376
Mədəniyyət
A- A+
Ömrümüzə xoş gəldin, baharın orta ayı!

Ömrümüzə xoş gəldin, baharın orta ayı!


Aprel ölkəmiz və dünyamız üçün yaddaqalan günlərlə tarixə düşüb


Hər yeni ay özü ilə yeni başlanğıclar, yeni sevinclər gətirir. Ötən mart ayı bizə Novruz  və Ramazan bayramlarını bəxş etdi.  Biz baharın və  Şərq təqviminə görə yeni ilin gəlişini Novruzun ilk günündə qeyd etdik. İndi isə aprel özünün yaz havası,  ətirli gülləri, sevimli çiçəkləri özündə əks etdirən təbiət gözəllikləri ilə ömrümüzə daxil oldu.

Dünən  1 Aprel - Ümumdünya Gülüş  Günü idi. Bu gün rəsmi bayram kimi heç bir ölkənin təqviminə daxil edilməsə də, dünyanın bir çox dövlətində qeyd olunur. Həmin günü Böyük Britaniyada "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. Məsələ ondadır ki, əvvəllər Fransada Yeni il bayramı məhz aprelin 1-də qeyd olunarmış. İnsanlar bir-birini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərmişlər. Amma XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il yanvarın 1-də bayram edilməyə başlasa  da, "Aprel balığı günü" unudulmamışdır. Həmin gün fransızların gülüş gününə çevrilmişdir. 

Bundan başqa, qədim zamanlarda bir çox ölkədə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. O gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza, öz mənfi emosiyalarını  sərgiləyə bilirdilər. Eyni zamanda "Səfehlər kralı" və ya "Zarafatlar kralı" təyin edir, şənlənir, lətifələr söyləyirdilər. "Səfehlər günü"ndə maska geyinmək mütləq idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün olurdu. İndi bütün dünyada 1 Aprel Ümumdünya Gülüş Günü kimi qeyd olunur. Azərbaycanda isə bu gün daha çox insanların zarafatla bir-birlərini aldatması ilə müşayiət olunur. Həm də bundan heç kəs incimir. Hər kəs çalışır ki, aprelin 1-i günü aldanmasın.

2 aprel 1993-cü il Kəlbəcərin işğal günü kimi Azərbaycan tarixinə yazılıb. İşğal nəticəsində 511 nəfər həlak olmuş, 321 nəfər itkin düşmüş və girov götürülmüş, rayona 761 milyon dollar məbləğində ziyan dəymişdir. Rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarca tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdılmışdır. Kəlbəcər rayonu ərazisindəki Söyüdlü (Zod), Ağduzdağ və Tutxun qızıl yataqları ermənilər tərəfindən qanunsuz şəkildə istismar olunmuşdur. Mənfur düşmən  Kəlbəcərə dünya şöhrəti qazandırmış "İstisu" bulaqlarını, qiymətli ağaclardan ibarət meşələri viran qoymuşdur. Nəhayət, Azərbaycanın  Müzəffər Ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi. 2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri rayonu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu 2020-ci il noyabrın 25-də işğaldan azad edildi.

Aprelin 12-si  Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. Bu günün ayrıca qeyd olunmasına səbəb isə 64 il əvvəl, yəni 1961-ci ilin aprelində Yuri Qaqarinin  tarixdə ilk dəfə kosmosa uçması olub. O, bəşər tarixinə  adını kosmosa uçan ilk insan olaraq yazdırıb. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu. Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı Kərim Kərimovun da adı var. O, daha çox "R-2" raketlərinin istehsalında müstəsna rol oynayıb. Kərim Kərimovun da istehsalında iştirak etdiyi belə raketlərdən birinin köməkliyi ilə 1957-ci il oktyabrın 4-də dünyada ilk dəfə olaraq yerin süni peyki kosmik fəzaya çıxarılıb və bununla da planetimizdə kosmos dövrü başlanıb. Eyni zamanda Kərim Kərimov kosmosa uçuş üzrə dövlət komissiyasının sədri olub. Kosmonavtlar uçuşlarını başa vurub yerə enəndə məhz ona məruzə ediblər. 

Azərbaycanda aerokosmik sənayenin yaradılması və bu sahənin inkişafı isə 2008-ci ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamdan sonra başlayıb. Ölkədə fəaliyyət göstərən Milli Aerokosmik Agentliyin başlıca vəzifəsi müdafiə qüdrətinin möhkəmlənməsinə və inkişafına xidmət edən layihələri icra etməkdir. 

Aprelin 18-i dünyada Tarixi Abidələrin Mühafizəsi Günü kimi qeyd olunur. Həmin gün UNESCO-nun abidələrin və diqqətəlayiq yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının 1983-cü ildə qəbul edilmiş qərarı əsasında təqvimə düşüb. Məqsəd dünya ictimaiyyətinin diqqətini maddi-mədəniyyət abidələrinin qorunmasına yönəltməkdir. Tarixi abidələr - məqbərələr, saraylar, məbədlər, məscidlər, qəbiristanlıqlar, körpülər, günbəzlər, minarələr və s. tarixi keçmişimizin yadigardırlar. Onlar zamanın sərt sınaqlarına sinə gərərək bu günümüzə gəlib çatmışlar. Hər bir ölkənin tarixinin qədimliyi onun maddi-mədəniyyət yadigarlarının çoxluğu və qədimliyi ilə ölçülür. Qobustan, Gəmiqaya, İstisu qayaüstü təsvirləri, Çıraqqala, Oğlanqala, Cavanşir, Gülüstan, Əlincə, Buğurd, "Gələrsən görərsən" kimi qalalarımız, Möminə xatun, Yusif ibn Küseyr, Olcaytu Xudabəndə məqbərələrimiz, Göy məscid, Şah Abbas, Gövhər ağa, Cümə və Təzəpir məscidləri kimi dini  ibadətgahlarımız, Həşt-behişt (Səkkiz cənnət), Şirvanşahlar, İrəvan Sərdar sarayı, Şəki xan sarayı kimi nadir memarlıq abidələrimiz bu qəbildəndirlər. 30 ilə yaxın bir zaman kəsiyində işğal altında olan dünya əhəmiyyətli mədəni-tarixi abidələrimiz - Azıx və Tağlar mağaraları dünyanın ən qədim insan yaşayan məskənlərindəndir. UNESCO-nun  mədəni irs siyahısına düşmüş bu mağaralardan tapılmış maddi mədəniyyət nümunələri hələ 1981-ci ildə Parisin İnsan muzeyində "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilmişdir.

İlin dördüncü ayının  bir maraqlı günü də var - 22 aprel. Bu tarix 1970-ci ildən dünyada  Beynəlxalq Yer Kürəsi Günü kimi qeyd olunur. Həmin gün  əvvəllər "Ağac günü" bayramı keçirilirdi. Bayramın  keçirilmə tarixi XX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-nin Nebraska ştatının sakini Corc Sterlinq Mortona yaşadığı  ərazinin yaşıllaşdırılmasına başlamaq üçün əhaliyə müraciət edib və ilk olaraq  ailəsi ilə birlikdə ağac əkməyə başlayıb. Çox keçmir ki,  bu təşəbbüs geniş əks-səda doğurur.  İlk "Ağac günü"ndə ştatın əhalisi təqribən bir milyon ağac əkmişdir. 

1882-ci ildə Nebraska ştatında Mortonanın şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatın bayramı elan olunmuşdur. 1970-ci ildə "Ağac günü"nün adı dəyişdirilərək Yer Kürəsi Günü adlandırılmışdır. Senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. 1990-cı ildən başlayaraq Yer Kürəsi Günündə milli parkların salınması, ətraf mühitin əvvəlki vəziyyətinə qaytarılması mövzusu gündəmə gətirildi. Həmin vaxtdan bu bayram beynəlxalq miqyas aldı.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində Bakı Hərbi Kollecinin, Gəncə Hərbi Kollecinin və Naxçıvan Hərbi Kollecinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 272 nömrəli Qərarında dəyişiklik edilməsi barədə  

00:21
06 Aprel

“Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi Qaydası”nın və “Şəxsin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında

00:19
06 Aprel

Nizami Kino Mərkəzində "Tağıyev: Çar" bədii filminin təqdimat mərasimi olub

00:17
06 Aprel

Akademik İradə Hüseynovaya “EkoMir - 2024” beynəlxalq ekologiya mükafatı təqdim olunub

23:08
05 Aprel

AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib

21:09
05 Aprel

Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3500-ə yaxınlaşıb

20:33
05 Aprel

Den Yoşpe COP30 üzrə BMT-nin yüksəksəviyyəli iqlim lideri təyin edilib

20:01
05 Aprel

Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb

19:39
05 Aprel

Gürcü ekspert: “Yaşıl enerji dəhlizi” haqqında Bakıda imzalanmış memorandumun böyük və xüsusi əhəmiyyəti var  

19:19
05 Aprel

Azərbaycan və Özbəkistan arasında turizm əlaqələri genişləndirilir

18:53
05 Aprel

Somali ordusu terrorçu qruplaşmanın 20-dən çox üzvünü zərərsizləşdirib

18:25
05 Aprel

Beynəlxalq Hakimlər Assosiasiyasının Bakıda keçiriləcək 67-ci Baş Assambleyasının rəsmi internet səhifəsi istifadəyə verilib

18:12
05 Aprel

İrakli Kobaxidze: Təəssüf ki, ayrı-ayrı səfirliklərin və təşkilatların fəaliyyəti dəyərlərə əsaslanmır

17:56
05 Aprel

Azərbaycanın və Bəhreynin qanunverici orqanları arasında səmərəli əməkdaşlıq qurulub

17:27
05 Aprel

Keçmiş məcburi köçkün: Suqovuşanda gözəl mənzillə təmin edilmişəm

17:16
05 Aprel

Milli Məclisin sədri Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının Daimi Komitəsinin sədri ilə görüşüb  

17:13
05 Aprel

Senat sədri: Pakistan və Azərbaycan həmişə bir-birini dəstəkləyən qardaş ölkələrdir

16:59
05 Aprel

Müdafiə naziri: Azərbaycan Ordusu Ali Baş Komandanın etimadını hər zaman doğruldub, bundan sonra da doğruldacaq  

16:49
05 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

15:56
05 Aprel

Ağdərə sakini: Bundan sonra doğma torpaqlarımızda xoş günlərimiz başlayacaq  

15:50
05 Aprel

Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq  

15:38
05 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!