04 Aprel 2025 12:39
472
Mədəniyyət
A- A+
Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı Sərəncam imzalanıb

Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı Sərəncam imzalanıb

Prezident İlham Əliyev aprelin 4-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 iliyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirməsi tapşırılıb.

Sərəncamda qeyd olunur ki, Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hacıqabul Sənaye Parkında Günəş Elektrik Stansiyası qurulacaq

15:50
10 Aprel

“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib  

15:49
10 Aprel

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

15:28
10 Aprel

Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib  

15:27
10 Aprel

Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:25
10 Aprel

Tədqiqat: Səudiyyə Ərəbistanının ərazisi 8 milyon il əvvəl yaşıl vahə olub  

15:01
10 Aprel

Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib  

14:46
10 Aprel

Rəvan Həsənov: Multikulturalizm dünyada sülhü təşviq etmək üçün əsas vasitədir  

14:39
10 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:17
10 Aprel

Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

14:16
10 Aprel

Azərbaycan Moldova ilə bərpaolunan enerji və dekarbonizasiya sahəsi üzrə fikir mübadiləsi aparıb  

14:14
10 Aprel

Qərbi azərbaycanlı qadınların müraciəti BMT-nin Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb  

13:46
10 Aprel

Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər  

13:27
10 Aprel

Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir  

13:19
10 Aprel

Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq PROQNOZ

13:02
10 Aprel

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb  

12:51
10 Aprel

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

12:43
10 Aprel

Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb  

12:35
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!