05 Aprel 2025 15:38
318
CƏMİYYƏT
A- A+
Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq  

Muxtar Babayev: COP29 konfransı çərçivəsində bir çox tarixi addımlar atdıq  


“Ölkəmiz regionda COP konfransına ev sahibliyi edən ilk dövlət kimi xüsusi məsuliyyət daşıdığını dərk edir. Biz istəyirik ki, dünya buzlaqların əriməsindən tutmuş dənizlərin qurumasınadək insanların üzləşdiyi iqlim problemlərini anlasın. Eyni zamanda, bərpaolunan enerji potensialımız və yaşıl enerji dəhlizləri ilə bağlı planlarımız vasitəsilə bu problemlərin həllində necə əsas rol oynaya biləcəyimizi göstərmək istəyirik. COP29 konfransı zamanı bir sıra tarixi addımlar atdıq”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev Özbəkistanda keçirilən ilk Səmərqənd Beynəlxalq İqlim Forumu çərçivəsində “Qlobal iqlim çağırışları qarşısında Mərkəzi Asiya: ümumi rifah naminə birləşmə” mövzusunda çıxışı zamanı söyləyib.

M.Babayev bildirib ki, COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il azı 300 milyard ABŞ dollarının səfərbər edilməsi ilə bağlı maliyyə hədəfi razılaşdırılıb. “Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq karbon bazarları üçün struktur üzərində aparılan işləri tamamlamışıq. Zərər və ziyanların kompensasiyası fondu istifadəyə verilib. 50-dən artıq ölkə COP29-un Yaşıl enerji zonaları və Dəhlizləri Haqqında Bəyannaməni təsdiqləyib. Bu irəliləyişlər Bakıda əldə olunub və çoxtərəfli sistemi gücləndirib. Eyni zamanda, Paris Sazişindən sonrakı ikinci onillikdə trilyonlarla dollar dəyərində iqlim maliyyəsinin açılmasına şərait yaradacaq. Buna nail olmağımızda bizə kömək edən hər kəsə təşəkkürümü bildirirəm”, – deyə o qeyd edib.

M.Babayev, həmçinin bildirib ki, bu il bütün ölkələr yeni reallıqla üzləşib və müvafiq olaraq qarşıdakı vəzifələr də dəyişib: “Paris Sazişi qəbul edildiyi vaxtdan keçən 10 ildə biz çoxtərəfli iqlim sisteminin əsaslarını və arxitekturasını qurmuşuq. Hazırda isə tam həyata keçirmə mərhələsindəyik. İrəliləyiş artıq birgə razılaşdırdığımız qərarlardan deyil, ayrı-ayrılıqda atdığımız addımlardan asılı olacaq. Hər bir ölkə öz növbəsində irəliyə addım atmalıdır”.

O, daha sonra deyib: “Əvvəla, Bakıda razılaşdırılmış maliyyə hədəfini əsas götürərək, indi pakt qəbul edilməlidir. Donor ölkələr 300 milyard dollarlıq hədəfə öz ədalətli töhfələrini necə verəcəklərini müəyyən etməlidirlər. Burada iştirak edən çoxsaylı beynəlxalq maliyyə institutlarına və inkişaf banklarına fəal iştiraka görə minnətdaram. Bu, ümumi öhdəlik idi və birlikdə yerinə yetirilməlidir.

Biz 2035-ci ilə qədər iqlim maliyyəsinin illik 1,3 trilyon dollara çatdırılması üçün Bakıdan Belenə qədər olan yol xəritəsi üzərində işləməyə davam edəcəyik. Məqsəd 2035-ci ilə qədər iqlim maliyyəsini illik 1,3 trilyon dollara çatdırmaqdır. Qarşıda bizi çox önəmli bir il gözləyir, belə ki, bu müddət ərzində hər bir ölkə öz milli iqlim planlarında daha yüksək ambisiyalar nümayiş etdirməlidir.

Hamımız Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) kimi tanınmış istixana qazı emissiyalarını necə azaldacağımızı əks etdirən planlar hazırlamalıyıq. Bu NDC-lərin sentyabr ayından gec olmayaraq təqdim edilməsi son dərəcə vacibdir. Bu, həmin sənədlərin COP30 konfransına qədər ümumiləşdirilərək kollektiv irəliləyişimizi qiymətləndirməyə imkan verəcək.

Bundan sonra bizə iqlim dəyişikliyinin nəticələrinə necə uyğunlaşacağımıza dair milli adaptasiya planı lazımdır. Və nəhayət, etibar və əminliyi gücləndirmək üçün şəffaflıqla bağlı ilk hesabatlarımızı təqdim etməliyik. İnkişaf etməkdə olan bir ölkə kimi Azərbaycan belə hesabatların hazırlanmasının çətinliyini anlayır. Tərəfimizdən Bakıda potensialın artırılması üçün seminarlar təşkil olunub, BMT sistemi ilə birlikdə dəstəyi səfərbər etmişik. Bu gün bu dəstək bütün ehtiyacı olanlar üçün əlçatandır.

Biz, həmçinin hesab edirik ki, bu hesabatların maksimum dərəcədə etibarlı və şəffaf olması hər kəsin marağındadır. Çünki məhz belə hesabatlar yaşıl investisiyalar üçün yaşıl işıq yandıra bilər. Hədəf və müddətlərin müəyyənləşdirilməsi, prioritetlərin təsnifatı, hökumətlərin iqlim dəyişiklikləri ilə sadiqliyinin nümayişi və şəffaf hesabatlılıq güclü bazar siqnalları verəcək. Bu siqnallar kapitalı cəlb edəcək və yönəldəcək. Gələcəyimizi formalaşdırmağın yeganə yolu kollektiv fəaliyyətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hacıqabul Sənaye Parkında Günəş Elektrik Stansiyası qurulacaq

15:50
10 Aprel

“Xəzri-2025” birgə taktiki təliminin planlaşdırma konfransı keçirilib  

15:49
10 Aprel

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

15:28
10 Aprel

Ağdamın Sarıcalı kəndinə köçən ailələrə evlərin açarları təqdim edilib  

15:27
10 Aprel

Azərbaycan ilə Qətər arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:25
10 Aprel

Tədqiqat: Səudiyyə Ərəbistanının ərazisi 8 milyon il əvvəl yaşıl vahə olub  

15:01
10 Aprel

Melikset Paşayan Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qanunsuz hərbi xidmət keçdiyini etiraf edib  

14:46
10 Aprel

Rəvan Həsənov: Multikulturalizm dünyada sülhü təşviq etmək üçün əsas vasitədir  

14:39
10 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:17
10 Aprel

Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

14:16
10 Aprel

Azərbaycan Moldova ilə bərpaolunan enerji və dekarbonizasiya sahəsi üzrə fikir mübadiləsi aparıb  

14:14
10 Aprel

Qərbi azərbaycanlı qadınların müraciəti BMT-nin Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb  

13:46
10 Aprel

Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər  

13:27
10 Aprel

Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir  

13:19
10 Aprel

Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq PROQNOZ

13:02
10 Aprel

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb  

12:51
10 Aprel

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

12:43
10 Aprel

Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb  

12:35
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!