05 Aprel 2025 19:39
388
DÜNYA
A- A+
Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb

Almaniyada quraşdırılan günəş enerjisi batareyalarının sayı beş milyonu ötüb

Almaniyada enerji keçidi prosesində əlamətdar mərhələ qeydə alınıb.

AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, Federal Şəbəkə Agentliyi ölkədə istismarda olan günəş enerjisi batareyalarının (fotovoltaik qurğuların) sayının 5 milyon 5 minə çatdığını açıqlayıb.

Almaniya Günəş Enerjisi İttifaqı (BSW-Solar) bu nəticəni enerji islahatları baxımından böyük uğur kimi qiymətləndirib. Bildirilib ki, hazırda ölkədə ümumilikdə 104 qiqavatlıq günəş enerjisi gücü quraşdırılıb. Bu gücün 38 faizi fərdi evlərin, 29 faizi müəssisələrin dam örtüklərində, 32 faizi açıq ərazilərdə, 1 faizə qədəri isə balkonlarda yerləşdirilib.

Ötən il ölkə üzrə enerji sisteminə 17 qiqavatlıq yeni günəş enerjisi sistemi əlavə olunub. Artıq günəş enerjisi Almaniyanın ümumi elektrik tələbatının 15 faizini ödəyir. Xüsusilə son illərdə populyarlaşan və əsasən balkonlarda quraşdırılan kiçik sistemlər artan dinamikaya müsbət təsir göstərib. 2024-cü ilin əvvəlindən etibarən quraşdırılan 1,25 milyon panelin 500 mindən çoxu balkonlarda quraşdırılan panellərdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:17
10 Aprel

Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

14:16
10 Aprel

Azərbaycan Moldova ilə bərpaolunan enerji və dekarbonizasiya sahəsi üzrə fikir mübadiləsi aparıb  

14:14
10 Aprel

Qərbi azərbaycanlı qadınların müraciəti BMT-nin Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb  

13:46
10 Aprel

Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər  

13:27
10 Aprel

Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir  

13:19
10 Aprel

Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq PROQNOZ

13:02
10 Aprel

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb  

12:51
10 Aprel

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

12:43
10 Aprel

Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb  

12:35
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir  

11:53
10 Aprel

Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

11:47
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:21
10 Aprel

Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb  

11:09
10 Aprel

“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib  

10:53
10 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb  

10:41
10 Aprel

Azərbaycan neftinin qiyməti azalıb  

10:32
10 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

10:29
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!