02 Aprel 2025 08:40
262
SİYASƏT
A- A+
"Fransanın dekolonizasiya istiqamətində addımlar atmaması narahatlıq doğurur"

"Fransanın dekolonizasiya istiqamətində addımlar atmaması narahatlıq doğurur"


"Ötən həftə ölkəmizdə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən "Kolonializm: Dini-Milli Kimliyin Silinməsi" adlı beynəlxalq konfransda əsas diqqətçəkən məqam Yeni Kaledoniya və digər dənizaşırı ərazilərin azadlıq hərəkatı zamanı Fransa hökumətinin qərarı ilə həbs edilmiş fəallara azadlıq tələb edilməsi idi. Bununla bağlı konfransda siyasi məhbuslara həsr edilmiş sərgi və fləş-mob keçirilib". 

Bu barədə qəzetimizə Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib. O bildirib ki, Fransa müstəmləkəsi altında olan dənizaşırı əraziləri hazırda idarə etməkdə davam edir: "De-fakto yerli xalqların həqiqi hakimiyyəti yoxdur. Fransanın Ma'ohi Nui və Kanakidə referendumlar vasitəsilə tətbiq etdiyi yanaşma ədalətli deyil. Rəsmi Paris qərəzli davranır və BMT qətnamələrini icra etməkdən imtina edir, müstəmləkəçi güc olaraq hələ də öz öhdəliklərini yerinə yetirmir. Fransa siyasəti beynəlxalq hüquqa əsasən tələb olunduğu kimi, müstəmləkələrində yaşayan xalqlara öz müqəddəratlarını təyin etmək hüququndan sərbəst şəkildə istifadə etməyə imkan vermir. Belə ki, 1946-cı ildə BMT Baş Assambleyası özünüidarəetmə hüququ verilməyən 74 ərazini siyahıya alıb. Bu ərazilər arasında Fransız Qvianası, Martinika və Yeni Kaledoniya kimi Fransaya məxsus torpaqlar da var idi. 1947-ci ildə isə Fransa bu ərazilər haqqında BMT-yə hesabat verməyi dayandıraraq, onları BMT-nin nəzarətindən çıxarıb. Bu, BMT-nin özünüidarəetmə üzrə standartları tam formalaşdırmasından əvvəl baş verib və bu standartlar yalnız 1960-cı ildə Dekolonizasiya Bəyannaməsi ilə müəyyən edilib. Fransa 1947-ci ildə 1946-cı ildə qəbul edilmiş Dördüncü Respublikanın Konstitusiyasını əsas gətirərək, müstəmləkələrini birtərəfli qaydada BMT siyahısından çıxarıb. Bu addım beynəlxalq hüququn normalarını pozaraq, Fransaya bağlı ərazilərin tam və hərtərəfli dekolonizasiyasına mane olub. 1953-cü ildə BMT qərara alıb ki, bir ərazinin tam özünüidarəetmə səviyyəsinə çatıb-çatmadığına nəzarət edən dövlətlər deyil, məhz BMT olmalıdır", - deyə siyasətçi əlavə edib.

Deputat qeyd edib ki, BMT-nin siyahıdan çıxarılan əraziləri yenidən siyahıya qaytarması təxminən 40 il çəkib və Kanaki (Yeni Kaledoniya) və Ma'ohi Nui (Fransız Polineziyası) müvafiq olaraq 1986 və 2013-cü illərdə yenidən BMT-nin qeyri-muxtar əraziləri siyahısına qaytarılıb. "Digər Fransa əraziləri, məsələn, Vallis və Futuna, Qvadelupa və Martinik isə hələ də "asılılıq vəziyyətində olan periferiyalar" olaraq qalır.

BMT-nin 2024-cü il üçün Fransız Polineziyası ilə bağlı İllik İş sənədində vurğulanır ki, xüsusi institusional təşkilata baxmayaraq, ərazi siyasi muxtariyyətə deyil, yalnız Fransa qanunvericiliyinə tabe olan inzibati muxtariyyətə malikdir. Fransız Polineziyası Prezidentinin səlahiyyətləri məhduddur və yerli qanunlar Fransa Dövlət Şurası tərəfindən ləğv edilə bilər ki, bu da son qərarvermə səlahiyyətinin Fransaya məxsus olduğunu bir daha sübut edir. 2024-cü il təhlili də göstərdi ki, Fransa BMT Nizamnaməsinə əsasən Polineziyanın özünüidarəyə doğru irəliləməsini təmin etmək üzrə beynəlxalq öhdəliklərinə əməl etmir" - deyən P.Vəliyeva Fransanın həqiqi dekolonizasiya istiqamətində addımlar atmamasının narahatlıq doğurduğunu bildirərək, yalnız BMT-nin nəzarəti nəticəsində ərazinin tam özünüidarəyə doğru irəliləməsini təmin edə biləcəyini, Fransanın isə status-kvonun davam etməsinə çalışdığını qeyd edib: "Yeni Kaledoniya ilə bağlanan Matinyon və Numeya razılaşmaları müstəqilliyə doğru bir çərçivə təqdim etsə də, Fransa burada nəzarətini zəiflətməyib. Bu razılaşmalar onillik keçid dövrü üçün nəzərdə tutulsa da, 1998-ci ildə referendumla yekunlaşmalı idi, lakin bu, öz müqəddəratını təyinetmə və muxtariyyət məsələlərinə uzunmüddətli həll yolu təqdim etməyib. Kanak xalqının daha geniş özünüidarə və müstəqillik arzuları ürəklərində qalıb". 

  Bakı Təşəbbüs Qrupunun beynəlxalq qeyri-hökumət təşkilatı olduğunu xatırladan siyasətçi Fransanın dənizaşırı ərazilərində, xüsusilə də Yeni Kaledoniyada dekolonizasiya və insan haqları məsələləri üzrə fəaliyyət göstərdiyini vurğulayıb: "2023-cü ildən etibarən fəaliyyət göstərən BTQ bu müddət ərzində əhəmiyyətli nəticələr əldə edib. Məqsədi müstəmləkə altında yaşayan xalqların azadlıq uğrunda mübarizəsinə dəstək vermək olan təşkilat dünyada neokolonializmə qarşı mübarizədə mühüm rol oynayır. Nəticədə dünyada ən güclü müstəmləkəçi ölkə kimi tanınan Fransa geri çəkilməyə məcbur olub, bir çox nüfuz dairələrində zəifləyib, yerli xalqlar üzərində öz imicini və gücünü itirib". 

Deputat yekunda vurğulayıb ki, BTQ həmin ərazilərin dekolonizasiyası üçün vasitəçilik edə bilər.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib

11:01
07 Aprel

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb

10:51
07 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:41
07 Aprel

Azərbaycanın ilk satirik jurnalının yaranmasından 119 il ötür  

10:35
07 Aprel

Şuşada növbəti əmək yarmarkası keçirilib

10:18
07 Aprel

Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT

09:24
07 Aprel

Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb

23:57
06 Aprel

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

20:45
06 Aprel

Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq

19:33
06 Aprel

Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub

18:23
06 Aprel

Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb

18:03
06 Aprel

Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

17:53
06 Aprel

Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb

17:53
06 Aprel

Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb  

17:06
06 Aprel

Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb  

16:31
06 Aprel

Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib

16:10
06 Aprel

Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb

16:08
06 Aprel

Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb

16:05
06 Aprel

Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb

15:52
06 Aprel

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ

15:51
06 Aprel

Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb

15:50
06 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!