Bakı Konqres Mərkəzi texniki səbəblərlə əlaqədar olaraq qısa müddətli təmir işlərinə başlayır. Bu müddət ərzində Mərkəzdə keçirilməsi planlaşdırılan bütün tədbirlər tam şəkildə dayandırılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzdən yayılan məlumatda bildirilir. Belə ki, aprelin 5-də Mərkəzdə keçirilmiş konsert proqramından sonra “Auditoriya” zalında quraşdırılmış innovativ hərəkətli döşəmə sistemində yaranan texniki nasazlıq səbəbi ilə, avadanlığın təmiri, yoxlanılması və kalibrlənməsi üçün xarici mütəxəssislərin dəvət edilməsi tələb olunur. Yüksək texnoloji və kompleks quruluşa malik bu sistemin yalnız istehsalçı şirkət tərəfindən sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən bərpa edilə biləcəyi qeyd olunur.
Mərkəzdən verilən məlumata görə, təhlükəsizlik və avadanlığın düzgün fəaliyyəti təmin olunmadan tədbirlərin keçirilməsi mümkün deyil. Qeyd olunan səbəblərlə əlaqədar olaraq yaxın müddətdə “Auditoriya” zalında hərəkətli döşəmə sistemindən istifadəni nəzərdə tutan bütün planlaşdırılmış tədbirlər təmir işləri başa çatanadək tam şəkildə dayandırılıb. Mərkəz yaranan narahatlığa görə üzr istəyib və tədbirlərin təhlükəsiz və keyfiyyətli şəkildə keçirilməsi üçün bütün zəruri addımların atıldığını bildirib.
Məlumata görə, təmir bərpa işləri dövrünə təsadüf edən və ləğv olunmuş tədbirlər üzrə əldə olunmuş biletlərlə bağlı məsələlər üzrə iticket.az-a müraciət edilməsi tövsiyə olunub.
Qeyd olunur ki, artıq xarici mütəxəssislərin cəlb edilməsi və ehtiyat hissələrinin sifarişi ilə bağlı zəruri işlərə başlanılıb. Prosesin nə qədər vaxt alacağı barədə dəqiq müddət göstərilməsə də, Mərkəzin komandası işlərin mümkün qədər tez başa çatdırılmasına çalışır.
Texniki sistemin funksionallığı bərpa edildikdən sonra Bakı Konqres Mərkəzi tədbirlərin qəbulunu əvvəlki səviyyədə davam etdirəcək.
IV Antalya Diplomatiya Forumu başa çatıb
Şuşa, Xankəndi və Xocalıda keçirilən buraxılış imtahanında 60-dan çox şagird iştirak edib
Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya gəlib
Qəbələ-Xankəndi ultramarafonuna yekun vurulub, qaliblər müəyyənləşib
Ölkə ərazisində küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA
Binəli Yıldırım: Qarabağ Zəfəri ilə Türk dünyası canlandı
Xəzər dənizinin ölkəmizə mənsub ərazi sularında aşkarlanan narkotik vasitə götürülüb
Sabaha gözlənilən hava proqnozu açıqlanıb
Qarabağ Universitetində keçirilən ikigünlük beynəlxalq konfrans yekunlaşıb
Tramp Ukraynanın nizamlanma prosesini yüksək qiymətləndirib
ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib
Qəbələ-Xankəndi ultramarafonunun sonuncu mərhələsinə start verilib
COP29 Sədrliyi 2035-ci ilədək Bakı-Belem Yol Xəritəsini hazırlamaq üçün COP30 Rəyasət Heyəti ilə sıx əməkdaşlıq edir
Antalyada mədəniyyətin birləşdirici və bölücü tərəfləri müzakirə mövzusu olub
ABŞ-da göyərtəsində 6 nəfərin olduğu təyyarə qəzaya uğrayıb
Rumıniya Parlamenti Senatının Sədri Azərbaycana rəsmi səfərə gəlib
Tramp bir il ərzində ABŞ-dan bir milyon miqrantı deportasiya etməyi planlaşdırır
Antalyada yeni dövrdə iqlim diplomatiyası və enerji təhlükəsizliyi mövzusu müzakirə edilib
Bilmək istəyirəm
Ulduzlardan süzülən gözəllik
Fırçası ilə səhnəni həyata çevirirdi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!