13 Aprel 2025 09:20
699
Mədəniyyət
A- A+
Fırçası ilə səhnəni həyata çevirirdi

Fırçası ilə səhnəni həyata çevirirdi


Məşhur italyan rəssamı Koizani deyirdi: "Dekorasiya göz üçün musiqidir". Haqqında söhbət açacağımız rəssam həyatını teatr rəssamlığı sənətinə həsr etmiş, ömürboyu yüksək yaradıcılıq əzmi, rəssam təxəyyülü ilə neçə-neçə operanın  bədii biçimdə qavranılmasına, bədii estetik zövq mənbəyinə çevrilməsinə əmək sərf etmiş və özünün zəngin dünyası ilə Azərbaycan təsviri sənət tarixində məxsusi yer qazanmışdır. Söhbət 100 yaşı tamam olan Azərbaycanın Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdən gedir.

Əyyub Cəfər oğlu Fətəliyev 1925-ci ildə Azərbaycanın əzəli torpaqlarından olan İrəvan şəhərində dünyaya göz açıb. Onun rəssamlığa marağı erkən yaşlarından başlayıb. Əvvəlcə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu (1944) bitirmiş, bir müddət işlədikdən sonra ali rəssamlıq təhsili almaq üçün Moskva şəhərinə yollanmış və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunmuşdur. 

Ə.Fətəliyev 1952-ci ildə Azərbaycanın tanınmış bəstəkarı Soltan Hacıbəyovun "Gülşən" baletinin səhnə tərtibatı mövzusunda diplom işini uğurla müdafiə edərək institutun Teatr rəssamlığı fakültəsini müvəffəqiyyətlə bitirmişdir. 1952-1955-ci illərdə Moskvada yerləşən və o zaman sovetlər məkanında ən nüfuzlu teatr hesab olunan SSRİ Dövlət Akademik Böyük Teatrında əvvəl təcrübəçi rəssam, sonra isə baş rəssam assistenti kimi çalışmışdır. Gənc rəssam Böyük Teatrda rejissorlar B.Pokrovski, L.Baratov, teatrın baş rəssamı Vadim Rindinin rəhbərliyi ilə çox böyük yaradıcılıq təcrübəsi keçərək, teatr sənətinin ən incə mətləblərinə yiyələnmişdir. Ə.Fətəliyev üç il müddətində baş rəssamın assistenti kimi teatrda C.Verdinin "Traviata", N.A.Rimski-Korsakovun "Qar qız", D.Kabalevskinin "Nikita Verşinin", A.Rubinşteynin "Demon" tamaşalarının bədii tərtibatının hazırlanmasında yaxından  iştirak etmişdir. Təbii ki, bu cür peşəkar təcrübə və işbirlyi gənc teatr rəssamının yaradıcılığının inkişafı və püxtələşməsində ələdüşməz fürsət idi. 

1955-ci ildə rəssam doğma Bakıya qayıdaraq ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmışdır. O, teatrda əvvəlcə quruluşçu rəssam, 1957-ci ildən isə teatrın baş rəssamı kimi bir çox məşhur opera tamaşasına bədii tərtibat vermiş və səhnə əsərlərinin tamaşaçılar tərəfindən daha dərindən  qavranılması və bədii zövq alması üçün yüksək yaradıcılıq əzmi ilə fəaliyyət göstərmişdir. 

Ə.Fətəliyev bədii yaradıcılıqla yanaşı, ölkəmizdə ixtisaslı teatr rəssamı kadrlarının hazırlanmasına da əmək sərf etmiş, 20 ildən artıq Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 

Rəssamın uzunmüddətli uğurlu bədii və pedaqoji yaradıcılıq fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1964-cü ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.  

Ə.Fətəliyevin Akademik Opera və Balet Tearında ilk müstəqil işi gürcü bəstəkarı Zaxari Paliaşvilinin "Daisi" (1956, quruluşçu rejissor Şəmsi Bədəlbəyli) operası olmuşdur. Rəssam əsərin ideya qayəsinin daha mükəmməl şəkilləndirilməsi və açılmasına xidmət edən uğurlu səhnə tərtibatı hazırlamışdır. İlk işinin uğurlu alınmasından fərəhlənən rəssam bundan sonra özünün peşəkar yaradıcılıq təcrübəsinə əsaslanaraq bir çox tamaşanın bədii tərtibatını hər bir əsərin öz ruhuna uyğun və tamaşanın ideya qayəsinə xələl gətirmədən, əsl peşəkarlıqla və yüksək zövqlə həyata keçirmişdir. 

Ə.Fətəliyevin bədii tərtibat və quruluşunu hazırladığı opera tamaşalarına Cahangir Cahangirovun "Azad" (1957), "Xanəndənin taleyi" (1979), Fikrət Əmirovun "Sevil" (1959), Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (1959, 1975, xalq rəssamı Tahir Salahovla birgə), Süleyman Ələsgərovun "Bahadur və Sona" (1961), Cüzeppe Verdinin "Aida" (1961), "Traviata" (1964), "Otello" (1982), Aleksandr Borodinin "Knyaz İqor" (1964, 1975), Modest Musorqskinin "Boris Qodunov" (1966), Vasif Adıgözəlovun "Ölülər" (1967), Pyotr Çaykovsknin "Qaratoxmaq qadın" (1968), Qara Qarayevin və Cahangir Hacıyevin "Vətən" (1973),  Zakir Bağırovun "Aygün" (1973)  və başqalarını qeyd etmək olar.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə "Koroğlu" və "Sevil" operalarının səhnə tərtibatı rəssamın yüksək peşəkarlığı, dərin bədii duyma qabiliyyəti və gərgin yaradıcılıq axtarışları hesabına ərsəyə gəlmişdir. Rəssamın uğurlu yaradıcılıq fəaliyyəti o zaman tamaşaçılar və mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. 

Tanınmış incəsənət xadimləri, tənqidçi, sənətşünas və mütəxəssislər Ə.Fətəliyevin yaradıcılığını yüksək qiymətləndirmişlər. "Azad" tamaşasını hazırlayanda bədii şurada opera sənətimizin korifeylərindən olan, Xalq artisti Bülbül rəssamın yaradıcı əməyindən danışarkən "Mən teatrda neçə illərdir işləyirəm, teatr səhnəsinin belə dərinliyini görməmişəm" demişdir. Həmçinin xalq yazıçısı Mirzə İbrahimov "Azad" tamaşasına münasibətini bildirərkən rəssamın yaradıcılığını xüsusi vurğulayaraq, bunu "gücləndirici vasitə", "rəssam ustalığı" kimi qeyd etmişdir. Sənətşünaslıq doktoru Nurəddin Həbibov isə rəssamın yaradıcılığı barədə yazırdı: "Ə.Fətəliyev üslub və bədii obrazlar cəhətdən bir-birindən fərqlənən tamaşalar üçün müxtəlif təsvir vasitələri tapa bilir, səhnə meydançasından, hadisələrin ritminə uyğun yığcam və ahəngdar formalardan, rənglərdən səmərəli istifadə edir, səhnə mühitinin şərti və realist səpkidə baxılmasına səy göstərir". 

Sevilən rəssam daim yüksək sənət amallarına sadiq qalaraq, əsl coşqu ilə opera və balet əsərlərinin bədii təsir qüvvəsinə və yüksək estetik meyarlarına uyğun bir-birindən gözəl bədii səhnə tərtibatları hazırlamışdır.  Bu il həm də dünyasını dəyişməsindən 25 il ötən məşhur teatr rəssamı Əyyub Fətəliyevin bədii yaradıcılıq fəaliyyəti Azərbaycan təsviri sənət tarixində əbədi qalacaqdır. 


Əsəd QULİYEV,

 Azərbaycan Rəssamlar İttifaqının üzvü, sənətşünas

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb

12:03
21 Aprel

Bu ilin birinci rübündə 2 tondan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb

12:00
21 Aprel

Aprelin 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

11:49
21 Aprel

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib  

11:41
21 Aprel

Vyanada COP29-un energetika təşəbbüsləri müzakirə olunub

11:35
21 Aprel

Ali məktəblərə qəbul imtahanının 1-ci cəhdi üçün abituriyentlərin qeydiyyatı davam edir

11:23
21 Aprel

Polis əməkdaşları tərəfindən ötən iki gündə 91 cinayətin açılması təmin olunub

11:16
21 Aprel

Azərbaycanın və İraqın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin ikinci iclası olub  

11:03
21 Aprel

Cenevrədə “Bakıdan Belenə: COP29 və COP30” adlı yüksəksəviyyəli sessiya keçirilib  

11:00
21 Aprel

Eldar Əzizov: Bakı şəhərinin inkişafı yeni mərhələyə qədəm qoyur

10:57
21 Aprel

Hərbi xidməti başa vuran sərhədçi əsgərlər ehtiyata buraxılıblar

10:44
21 Aprel

Mayın 1-dən “e-bülleten” sisteminə keçilir

10:43
21 Aprel

Əlcəzair Hava Yolları aviabiletlərdən fransız dilində yazıları çıxarıb

10:40
21 Aprel

Keçmiş məcburi köçkün: Doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

10:38
21 Aprel

Sarıcalı sakini: Bizə göstərilən diqqət və qayğıdan razıyıq

10:24
21 Aprel

Böyük Qayıdış: Sarıcalı və Ballıcaya növbəti köç karvanları yola salınıb

10:23
21 Aprel

Tramp Rusiya və Ukraynanın bu həftə razılığa gələcəyinə ümid edir  

10:21
21 Aprel

İsrail ordusu Livandakı “Hizbullah” hədəflərinə zərbələr endirib

09:56
21 Aprel

Ağdam-Əsgəran-Xocalı-Xankəndi yolunun tikintisi sürətlə davam etdirilir

09:44
21 Aprel

Azərbaycanda zəlzələ qeydə alınıb

09:39
21 Aprel

Ukrayna Prezidenti atəşkəs üçün yeni format təklif edib  

09:37
21 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!