13 Aprel 2025 09:25
2342
Elm və texnika
A- A+
Ulduzlardan süzülən gözəllik

Ulduzlardan süzülən gözəllik


Təbiətin qoynunda hara baxırsan gözəllikdi, hansı səmtə boylanırsan bənzərsizlikdi. Gör Tanrı dünyamızı insanlar üçün necə də gözəl yaradıb. Onun təkcə dağları, dərələri, çölləri, düzləri, gölləri, dənizləri və okeanları deyil,  gecəsi də gözəldir, gündüzü də. Gündüzü gecəsindən, gecəsi də gündüzündən gözəldir. 

Amma bir şey təəssüf doğurur ki, dünya binə olandan əsl aşiqlər kimi gecə gündüzün, gündüz də gecənin həsrətini çəkir. Yüz illər, min illərdir ki, bu, belədir. Nə qədər çalışıb, cəhd göstərsələr də, bir-birlərini görə bilmirlər. Səhər gözünü açıb gecəyə baxmaq istəyəndə o, qəflətən görünməz olur, gecə gözünü açıb gündüzün tamaşasına dayanmaq, onunla mehribancasına danışmaq, pıçıldaşmaq istəyəndə isə səhər gözə dəymir. Beləcə, gecəylə gündüz bir-birini görmək ümidiylə, həsrətiylə hər gün dünyaya boylanırlar. Amma görüşə bilmirlər, qovuşa bilmirlər, həsrət odunda yanıb qovrulurlar, əsib-kəsməyən küləklərdə sovrulurlar.

Günəş üfüqə qırmızı rəng çəkə-çəkə günümüzün, gündüzümüzün üstünə işıq salır, yaraşıq verir, onu daha da gözəlləşdirir. Günəşin işığında, gözqamaşdırıcı şəfəqləri altında dünyamız bənzərsiz rənglərə bürünür. Bu rənglərin içində yer üzü də, göy üzü də daha təmiz, daha əsrarəngiz görünür. Bəlkə də elə buna görə həyat olduğundan da, göründüyündən də şirindir. Şirindir ki, qolları arasına alıb buraxmaq istəməyən bu gözəlliyə baxmaqdan, qoynunda yaşamaqdan doymuruq. Bu fikri özümüzə, sözümüzə yaxın qoymuruq. Heç kim könüllü olaraq dünyadan əl götürmür, ömür qapısını o üzdən bağlayıb getmək istəmir. Bir günü də, bir dəqiqəni də, hətta bir anı belə qənimət bilir, danışır, deyir, gülür. Dünyada yaşadıqca yaşamaq, qaldıqca qalmaq istəyir.

Dünyamızın gündüzünə Günəş işıq verir, yaraşıq verir. Gecələrinə isə Ay və ulduzlar nur çiləyir, gözəllik ələyir. Nədəndirsə, nə sirdirsə, nə möcüzədirsə  gecələr daha gözəl, daha əsrarəngiz görünür. Sükutu ilə, sakitliyi ilə, gözəlliyi ilə, bənzərsizliyi ilə, səssizliyi ilə qəlbimizi oxşayır, ovqatımıza ovqat qatır, rəng qatır. Gündüz yorğun gözlərini yuman kimi, gecə dünyaya yeni doğulan körpə kimi göz qapaqlarını sevinə-sevinə açır. Bu anlarda ulduzlar da göy üzündən yer üzünə boylanır. Kim bilir, bəlkə elə gecəni gözəlləşdirən buğda dənələri kimi səmanın  ənginliyinə, sonsuzluğuna səpələnmiş ulduzlardır. Əgər günlərin birində hansısa qüdrətli bir əl ulduzları səmadan silsə, onda gecəmiz necə görünər? Yəqin ki, ətrafa çökən zülmət qaranlıq darıxdırıcı olar, göy üzü yaraşıqdan düşər. Səmanın işıqları sönər, yerə, göyə zülmət çökər. Amma göy üzündən ulduzları silməyə heç kimin gücü çatmaz. Çünki həyat, zaman və dünya kimi ulduzlar da əbədi-əzəlidir. Dünyamızın ən bənzərsiz, misilsiz gözəlidir. Deməli, gecələrimiz də, gündüzlərimiz də olduğu kimi həmişə gözəl olaraq qalacaq. İnsanlar da bu gözəllikdən, bənzərsizlikdən zövq aldıqca alacaq.

Gecələr ulduzların seyrinə dalmaq, sirli-sehrli bir aləmlə üz-üzə qalmaq necə də xoşdur. Bu gözəllikdən zövq aldıqca qəlbimizdə bir-birindən dəyərli fikirlər doğulur. Elə buna görə də gecənin sakitliyində əl çatmayan səmaya səpələnmiş ulduzlara baxmaqdan doymuruq. Baxdıqca baxırıq, səmanın kitab kimi qarşımızda geniş açdığı gözəllikdən gözümüzü çəkmirik. Ulduzların düzülüşü, sıralanması, alışıb yanması, hərdən sayrışması zövqümüzü oxşayır. 

Heç gecələrin birində ulduzların tökülməsinə, necə deyərlər, "ulduz yağışı"na baxmısınızmı? O möcüzəli anları yaşamısınızmı, o gözəl mənzərəni görmüsünüzmü, onun sevincini duymusunuzmu? Hərdən görürsən ki, budur, gecənin bir aləmində göyün üzündən ulduzlar bir-bir sanki arxalarınca işıq quyruğu buraxa-buraxa üzü aşağı axır. Elə bil həmin anlarda ulduzlar yer üzünə gözəllik süzür, nur ələyirlər, insanlara Tanrıdan xoşbəxtlik diləyirlər. O axşamlarda sanki ulduzların sayı göydə azalır. 

Bəzən görürük ki, səmanın bir tərəfində ulduzlar topa-topadır, bir tərəfində tək-təkdir, bir az seyrəkdir. Səmanın lap kənarında, yerə yaxın hissəsində bir ulduz tək dayanıb. Nədənsə bir az başqa rəngə boyanıb. Bunu görəndə düşünürük ki, nədən ulduz tək qalıb, niyə fikrə dalıb. Bəlkə o biri ulduzlarla sözü düz gəlməyib, aralığa inciklik düşüb. Yox, yox, ulduzlar mehriban olurlar, bir-biriləri ilə dalaşmazlar, küsüşməzlər. Yəqin ulduzu yuxu aparıb, onu yoldaşlarından qoparıb. Yuxusuzluqdan çaşıb, yolu səhv salıb. Bir azdan oyanar, qayıdıb öz yerində dayanar, yenə də par-par yanar.

Ulduzlar lap uzaqlarda olsalar da, zaman-zaman  insanlarla dostluq ediblər, onlara yol gostəriblər, qayğılarına qalıblar. İnsanlar da həmişə ulduzları çox seviblər, övladlarına bu adı qoyublar. Uzaq keçmişlərdə texnologiyanın olmadığı çağlarda səfərlərə çıxan karvanlar yollarını ulduzların düzülüşü ilə müəyyənləşdiriblər. Ulduzların göstərdiyi yollarla gediblər, gəliblər. Səfərləri də həmişə uğurlu olub, xeyirli olub. 

İllər, əsrlər bir-birini əvəz etdikcə, sıralanıb dəyişdikcə, zaman keçdikcə sanki ulduzlar daha da gözəlləşirlər. Gecələr göy üzündən yer üzünə daha çox işıq süzür, nur çiləyirlər. Ulduzlardan süzülən işıq, nur dünyamızı daha da gözəl göstərir, hər tərəfə yaraşıq verir, işıq verir. Belə gözəl dünyada yaşamaq isə həmişə xoşdur.     


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çin Xalq Respublikasının səfiri Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib 

15:12
17 Mart

Energetika naziri: Yeni qanunvericilik aktları sektorun səmərəliliyinin artırılmasında mühüm rol oynayır

15:11
17 Mart

Yaxın Şərq neftinin qiyməti dünyada ən yüksək həddə çatıb  

15:10
17 Mart

İzmir səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Parkını ziyarət edib  

15:06
17 Mart

Kaya Kallas: Heç bir ölkə Hörmüz boğazında öz xalqını təhlükəyə atmağa hazır deyil  

15:04
17 Mart

Qazaxıstan Prezidenti yeni Konstitusiyanı imzalayıb

15:03
17 Mart

Horovlu kəndində daha 30 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:51
17 Mart

Tərbiyə etmək məqsədilə uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim cərimələnəcək 

14:49
17 Mart

İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər qəbul edilib 

14:48
17 Mart

İxraca göndərilən neft məhsullarının həcmi azalıb

14:36
17 Mart

Azərbaycanın təbii qaz ixracı 5 faizədək artıb

14:30
17 Mart

“Neftçi” növbəti dəfə azarkeşlərinə görə yüksək məbləğdə cərimələnib

14:28
17 Mart

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

13:52
17 Mart

Mərkəzi Bank: 2025-ci il üzrə ölkənin xalis xarici maliyyə aktivləri 5,4 milyard dollar artıb

13:41
17 Mart

Dövlət vəsaitlərindən təyinatı üzrə istifadə etməməyə görə cəzalar müəyyənləşir

13:33
17 Mart

San-Marinanın Kapitan-Regenti: Azərbaycan bir sıra beynəlxalq iqtisadi əlaqələrin inkişafına dəstək verən layihələrin iştirakçısıdır  

13:23
17 Mart

Gürcüstan Patriarxı II İlya xəstəxanaya yerləşdirilib

13:01
17 Mart

Ağdam şəhərində Novruz yarmarkası açılıb

12:56
17 Mart

Donald Trampa Fars körfəzində İranın qisas tədbirləri ilə bağlı xəbərdarlıq edilibmiş  

12:50
17 Mart

Xocavənd kəndində daha 11 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

12:47
17 Mart

Sabah gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək

12:46
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!