Yaxın Şərq neftinin qiyməti maksimum rekord səviyyəyə qalxaraq dünyada ən yüksək həddə çatıb. Xam neftin bu rekord qiyməti ABŞ və İsrailin İrana qarşı müharibəsi səbəbindən ticarətin çökməsinə rəğmən baş verib.
AZƏRTAC xəbər verir ki, Asiyaya göndərilən milyonlarla barel Yaxın Şərq neftinin qiymətini müəyyən etmək üçün istifadə edilən etalon dəyərlərin kəskin artması Asiya neft emalı zavodlarının xərclərini artırır və onları alternativlər axtarmağa və ya qarşıdakı aylarda hasilatı daha da azaltmağa məcbur edir.
“S&P Global Platts”ın məlumatına görə, Dubay istehsalı olan “Brent” markalı xam neftin qiyməti bazar ertəsi günü may yükləri üçün rekord həddə - 153,25 dollara çatıb ki, bu da 2008-ci ildə “Brent” fyuçersləri üçün əldə edilən 147,50 dollarlıq rekord həddi keçib.
“Reuters”in məlumatına görə, nəticədə Dubay xam neft svopları üzrə əlavə qiymət bazar ertəsi günü neft qiymətinin təxminən üçdəbir hissəsinə və fevral ayında orta hesabla 90 sentdən yuxarı olmaqla 56,01 dollara çatıb. Analoji olaraq, Oman xam neft fyuçersləri rekord həddə çataraq bir barel üçün 147,79 dollara çatıb və Dubay svopları üzrə əlavə qiymət fevral ayında qeydə alınan 75 sentlik orta qiymətdən xeyli yüksək olaraq barel üçün 50,57 dollara yüksəlib.
“Kpler” analitik şirkətinin məlumatlarına görə, Hörmüz boğazından daşımaların dayandırılması səbəbindən Yaxın Şərqdən Asiyaya neft ixracı mart ayında fevral ayındakı təxminən 19 milyon bareldən 11,665 milyon barelə (gündəlik) düşüb.
Asiyanın bəzi neft emalı zavodları istehsal templərini azaldıb.
Bəzi neft emalı sənayesi mənbələri qiymətlərin kəskin artımını agentlik boğazdan keçən üç növ xam nefti siyahıdan çıxardıqdan sonra “Platts Market on Close” proseduru çərçivəsində çatdırılma üçün mövcud olan tədarükün azalması ilə əlaqələndiriblər.