Sözdə sülhdən danışan ermənilər əməldə başqa mövqe tutduqlarını göstərirlər
Son zamanlar Ermənistan rəhbərliyi sülh sazişini imzalamağa hazır olması barədə çoxsaylı bəyanatlar verməkdə davam edir. Ermənistanın xarici işlər naziri A.Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə keçirdiyi brifinqdə yenə iki ölkə arasında imzalanacaq sülh sazişini gündəmə gətirərək qeyd etmişdir: "Uzunmüddətli sülhün təmin edilməsi üçün qarşılıqlı məqbul həllərin tapılması ilə bağlı işi davam etdirmək, danışıqlar aparmaq lazımdır".
XİN başçısı bildirib: "Bunun alternativi sadəcə yoxdur". O əlavə edib ki, İrəvan Bakı ilə sülh sazişini mümkün qədər tez imzalamağa hazırdır. Ermənistanın baş naziri Nikol Paşinyan başda olmaqla digər erməni rəsmiləri də hər fürsətdə sülh sazişini imzalamağa hazır olduqlarını vurğulayırlar. Onlar sanki sübut etməyə çalışırlar ki, Ermənistan regionda sülhün və sabitliyin tərəfdarı olan ölkədir, Azərbaycan isə sülh sazişini imzalamamaqla regionda sülhə təhlükə yaradır. Amma bu zaman unudurlar ki, iki ölkə arasında sülh sazişi imzalamaq barədə təkliflə ilk dəfə Azərbaycan tərəfi çıxış edib. Müxtəlif bəhanələrlə beş ildir ki, sazişi imzalamaqdan yayınan isə Ermənistandır.
Rəsmi Bakının qəti olaraq tələbi belədir ki, sülh sazişinin imzalanması üçün Ermənistan iki şərti yerinə yetirməlidir: Ermənistan Konstitusiyasındakı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaları aradan qaldırmalı, eləcə də ATƏT-in Minsk qrupunun və aidiyyəti strukturlarının buraxılmasını dəstəkləməlidir. Sülh sazişini imzalamağa hazır olduğunu ifadə edən Ermənistan rəhbərləri nədənsə bu iki məsələnin üstündən sakitliklə keçməyə çalışırlar.
Görünən budur ki, Ermənistan sülh sazişi bəyanatları ilə manipulyasiya edir. İrəvan özünü "sülhpərvər" göstərməklə ölkəmizə qarşı beynəlxalq təzyiqlər yaratmağı hədəfləyir. Eyni zamanda Ermənistan yaxşı anlayır ki, Bakı bu şərtlər yerinə yetirilməsə, yarımçıq sazişi imzalamayacaq. Və düz də edəcək. Əgər İrəvan gerçəkdən sülh sazişinin imzalanmasını istəyirsə, nədən Minsk qrupunun de-yure ləğvi üçün Azərbaycanla birgə ATƏT-ə müraciət etmir? Digər şərt: məlumdur ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən maddə var. Əgər Ermənistan gerçəkdən sazişi imzalamağa hazırdırsa, həmin maddənin Konstitusiyadan çıxarılması haqqında təcili referendum keçirərək konkret mövqe nümayiş etdirməlidir. Bunu isə ləngidir. Deməli, işğalçı dövlətin sülh sazişi imzalamaq barədə səsləndirdiyi fikirlər dünya ictimaiyyətini çaşdırmaq üçün düşünülmüş siyasi oyundur.
Belə olmasaydı, Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsinin tam razılaşdırılması barədə məlumat yayılandan dərhal sonra İrəvan təxribatlara start verməzdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarına əsasən, Ermənistan şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutur. Görünən budur ki, Ermənistanın baş naziri Nikol Paşinyan da xələflərinin yolu ilə getmək istəyir. Bir yandan özünü beynəlxalq ictimaiyyətə sülh tərəfdarı kimi göstərməyə çalışır, digər tərəfdən də şərti sərhədlərimizdə atəşkəsin pozulmasını intensivləşdirir.
Məsələ burasındadır ki, şərti sərhədlərimizdə baş verənlər heç də təsadüfi hadisə deyil, koordinasiyalı şəkildə, məqsədli təşkil olunur. Ermənistan ordusunun təxribatlarından dərhal sonra Aİ müşahidə missiyasının nümayəndələri sərhəd bölgəsində görünürlər. Şübhəsiz ki, sərhədlərimizdə hərbi təxribatlar törədən Ermənistanın hərbi-siyasi rəhbərliyi və onların beynəlxalq miqyasda havadarları elə zənn edirlər ki, bu faktorlardan sülh sazişinin razılaşdırılması prosesində Azərbaycanı qeyri-konstruktiv tərəf kimi təqdim edib ölkəmizə qarşı təzyiq kimi istifadə edə biləcəklər. Ermənistan rəhbərləri zənn edirlər ki, bununla da beynəlxalq arenada təhlükə altında olduqları görüntüsü yaratmağa nail olacaqlar.
Baş verən təxribatların bir səbəbi də Ermənistanın daxilindəki ictimai-siyasi gərginliklə bağlıdır. Son vaxtlar ölkədə revanşist qüvvələrin fəallığı, müxtəlif əhali qruplarının mütəmadi olaraq etiraz aksiyaları keçirmələri, hakimiyyətə qarşı olan qüvvələrin narazılıqlarının artması vəziyyəti daha da gərginləşdirib. Bu səbəbdən Ermənistan hökumətinin bilərəkdən ictimai diqqəti daxili problemlərdən yayındırmaq məqsədi ilə Azərbaycanla sərhəd zonasında təxribatlar törətməsi istisna olunmur.
Sözdə sülh sazişini imzalamağa hazır olduğunu hər addımda təkrarlayan Ermənistan əgər səmimidirsə, sülhə süni maneə yaradan əməllərindən əl çəkməli, bu prosesdə səmimi iştirak etməli və hərbi təxribatlar yolu ilə danışıqları pozmaq yolunu tutmamalıdır. Davamlı sabitlik və təhlükəsizlik üçün Ermənistan öz siyasətini dəyişməli, regionda sülhün təmin olunmasına töhfə verməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir.
Elşən QƏNİYEV,
"Azərbaycan"
Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir
Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq
Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub
Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb
Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb
Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
“Sabah” qəzeti: “Yaşıl enerji dəhlizi” haqqında memorandum Ankara-Bakı əməkdaşlığının dərinləşdirilməsi yolunda mühüm addımdır
Almaniyanın Reynland-Pfalts əyalətində bir evdə üç nəfərin meyiti aşkarlanıb
Azərbaycan-Gürcüstan-Türkiyə parlament sədrlərinin üçtərəfli əməkdaşlıq formatı yaradılacaq
Ölkə ərazisində bəzi yerlərdə küləkli və yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
Azərbaycanın xizək alpinistləri Dünya Kubokunda çıxış ediblər
Numan Kurtulmuş: Birqütblü və ya ikiqütblü dünya olmayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!