Martın 28-də Ukrayna ABŞ-dan nadir torpaq metalları üzrə sazişin yeni mətnini alıb. Sənəd üzrə iş hələ davam edir.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sıbiqa litvalı həmkarı Kastusis Budris ilə birgə mətbuat konfransı zamanı deyib: “Martın 28-də xarici işlər nazirliyi diplomatik kanallar vasitəsilə ABŞ tərəfdən mineral ehtiyatlar üzrə sazişin yeni mətnini alıb. Məlum olduğu kimi, Kiyev əvvəllər müzakirə olunmuş çərçivə sazişini imzalamağa hazır idi. İndi biz sazişin işlənib hazırlanması ilə bağlı təklifi və müvafiq olaraq, onun yeni mətnini aldıq”.
Nazir qeyd edib ki, Ukraynanın bu tip sənədlərin işlənməsi ilə bağlı öz qanunvericiliyi var. Müvafiq olaraq, dövlətdaxili prosedurlara başlamaq üçün lazımi tədbirlər həyata keçirilib.
“Həmçinin təsdiq edirəm ki, biz artıq Amerika tərəfi ilə sazişin mətni üzrə məsləhətləşmələrə başlamışıq. Bu məsləhətləşmələrin bir raundu artıq baş tutub. Ukrayna tərəfi həm ABŞ, həm də Ukraynanın qarşılıqlı milli maraqlarına cavab verəcək sənədi imzalamaq niyyətindədir”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, güclü Amerika biznesinin daha da gücləndirilməsini nəzərdə tutan sazişin mətni həm də Ukraynanın təhlükəsizlik infrastrukturuna töhfə olacaq.
“Amerika biznesinin Ukraynada mövcudluğunun gücləndirilməsi həmişə vacibdir. Ona görə də bu proses davam edəcək və biz amerikalı həmkarlarımızla birlikdə qarşılıqlı məqbul mətnin imzalanmasına nail olmaq üçün çalışacağıq”, - deyə Ukrayna XİN rəhbəri vurğulayıb.
Daşkənddə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib
Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 81 nəfər saxlanılıb
Dünya birjalarında neft ucuzlaşıb
Azərbaycanın ilk satirik jurnalının yaranmasından 119 il ötür
Şuşada növbəti əmək yarmarkası keçirilib
Piylənmənin səviyyəsi artdıqca sağlamlıq riskləri də artır - TƏDQİQAT
Serbiya Prezidenti yeni hökuməti qurmağı Duro Macuta tapşırıb
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir
Paytaxtda hava əsasən yağmursuz, bəzi dağlıq ərazilərdə isə yağıntılı olacaq
Azərbaycanın sərbəst güləş komandası Gimnaziadanı 10 medalla başa vurub
Azərbaycan-Mərakeş parlamentlərarası münasibətlərinə dair fikir mübadiləsi aparılıb
Avropa Azərbaycan Mərkəzi mina xəbərdarlığı günü ilə əlaqədar dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb
Ombudsman beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırıb
Gimnaziada: Azərbaycanın sərbəst güləşçisi qızıl medal qazanıb
Parlamentlərarası İttifaqın Assambleyasında Azərbaycanın sosial sahədəki nailiyyətlərindən danışılıb
Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirib
Fransisk xəstəlikdən sonra Vatikanda ilk dəfə ictimaiyyət qarşısına çıxıb
Milli Məclisin sədri İsrail Knessetinin sədri ilə görüşüb
Aktau şəhərinin meri Qazaxıstan-Azərbaycan münasibətlərinin inkişafından danışıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir-PROQNOZ
Bakı Konqres Mərkəzində konsertdən sonra texniki problem yaranıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!