04 Iyul 2024 16:09
125
DÜNYA
A- A+

“Microsoft” Çində bütün mağazalarını  bağlayıb

 

Texnologiya nəhəngi “Microsoft” Çin bazarındakı bütün mağazalarını bağlayıb. Bundan sonra şirkət proqram təminatı və bulud xidmətləri kimi digər sahələrdə fəaliyyətini davam etdirəcək.

1992-ci ildən Çində fəaliyyət göstərən “Microsoft” əhəmiyyətli bazar payı qazanıb. Lakin son illərdə Çin hökumətinin yerli texnologiya şirkətlərinə dəstək siyasəti və rəqabəti gücləndirməsi “Microsoft”un bazardakı mövqeyini çətinləşdirib. Lakin bu qərar təkcə Çinə aid deyil. “Microsoft” 2020-ci ildə qlobal miqyasda bir çox pərakəndə mağazalarını bağlamaq qərarına gəlib. Şirkət rəqəmsal satış kanallarına və bulud xidmətlərinə diqqət yetirmək strategiyasını qəbul edib. Çində mağazaların bağlanması bu qlobal strategiyanın bir hissəsi kimi qəbul edilir.

 

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video