22 İyul 2026 08:40
165
CƏMİYYƏT
A- A+
Mətbu söz zamanın salnaməsidir

Mətbu söz zamanın salnaməsidir


Azərbaycan jurnalistikası tarix baxımından uzaq keçmişə aid olmasa da, 151 illik çox zəngin, lakin son dərəcə ziddiyyətli mərhələlərdən keçmişdir. Buna baxmayaraq,  sözün həqiqi mənasında, milli jurnalistika fenomeni xalqımızn  mənəvi dəyərlərini və etnik özünüdərkini formalaşdıran bir institut kimi qiymətli irsə çevrilmişdir. Ümummilli Lider Heydər Əliyev məhz bunu nəzərə  alaraq deyirdi: "Azərbaycan mətbuatı tarix boyu daim mütərəqqi ictimai idealların carçısı kimi çıxış etmiş, xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş,  onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır".

XIX-XX əsrlərdə milli jurnalistika ciddi maneələrlə, qadağalarla üzləşsə də, müstəqillik və azadlıq ideyalarının milli təfəkkürə nüfuz etməsində böyük rol oynamışdır. Məlumdur ki, cəmiyyətdə baş verən mühüm hadisələr - qarşıdurmalar, iğtişaşlar, inqilablar, müharibələr və s. mətbuatda fəallığın daha gur "alovlanması"na səbəb olur. XX əsr Azərbaycan tarixinin əvvəlinə və sonuna diqqət etsək, bu cür "alovlanmalar"ı bir neçə dəfə müşahidə etmək mümkündür. 1917-1918-ci illərdə Rusiya imperiyasının dağılması, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması,  daha sonra  Xalq Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı, Azərbaycanın SSRİ-nin tərkibinə daxil olması, 1980-ci illərdən Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında olması, ən nəhayət,  44 günlük Vətən müharibəsində qazanılan Zəfər - bütün bunlar Azərbaycan milli mətbuatının ana xəttini təşkil edən fakt və tarixləşmiş hadisələrdir. 

Mətbuat yarandığı gündən milli dəyərlərin qorunmasına, dilimizin, incəsənətimizin və mədəniyyətimizin inkişafına böyük töhfələr verib.  Xüsusilə 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının rəhbəri seçildikdən sonra digər sahələr kimi, milli mətbuatın inkişafında və  milli jurnalist kadrların yetişməsində çox mühüm tədbirlər həyata keçirilib. Məhz Ulu Öndərin qətiyyəti sayəsində  1978-ci ildə Azərbaycan SSR-nin yeni Konstitusiyası qəbul edilərkən orada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasına, habelə milli mətbuatımızda ədəbi dilin, anadilli mətbuatın inkişafına və milli jurnalist kadrlarının hazırlanmasına xüsusi diqqət ayrılıb.   

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə qayıdışı ilə Azərbaycan mətbuatı yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu qayıdış ölkə üçün çox ağır bir dövrə təsadüf etsə də, müstəqil dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasında müstəsna rol oynadı. Media ilk növbədə Ulu Öndərin irəli sürdüyü həmrəylik missiyasında fəal iştirak etməyə başladı. Paralel olaraq milli mətbuatın söz azadlığı  və demokratik prinsiplər əsasında inkişafı strateji xarakter aldı. Bu strateji xəttin təməlini də  bir zamanlar qırmızı imperiyanın hakim-mütləq olduğu illərdə belə "Qoy ədalət zəfər çalsın!" müsahibəsi ilə Kremli silkələyən Heydər Əliyev qoydu.

Heydər Əliyev müstəqillik illərində milli mətbuatın tarixi rolunu yüksək qiymətləndirərək deyirdi: "Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir". Elə bu səbəbdən Ulu Öndər milli medianın yeni dövrün tələbləri səviyyəsindən fəaliyyətini təmin etmək üçün mətbuat və söz azadlığının, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının  möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər  həyata keçirirdi. 

Jurnalistlərə,  media nümayəndələrinə son dərəcə böyük dəyər verən, sözün qiymətini, mətbuatın dövlətçilikdə yerini və rolunu yüksək dəyərləndirən Ümummilli Lider 2000-ci ilin ortalarında Rusiyanın "Jurnalist" jurnalının baş redaktoruna verdiyi müsahibədə deyirdi: "Demokratik mətbuat nə deməkdir? Çox ümumiləşdirilmiş şəkildə desək,  bu, rəsmi və sırf fərdi nöqteyi-nəzərlərin ifadəsi üçün  hüquqların bərabərliyinə nail olmaqdır, hakimiyyətin  müxtəlif qollarının (o cümlədən də "dördüncü" qolunun, yəni mətbuatın özünün) fəaliyyəti haqqında operativ xəbərlər axınıdır. Nəhayət, mətbuat dövlətlə cəmiyyəti birləşdirən canlı əlaqə vasitəsidir".

Bu canlı əlaqənin bariz nümunəsinin vətənin ən ağır vaxtlarında Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra şahidi olduq. Milli ideologiyanın formalaşmasına kəskin ehtiyac duyulduğu bir vaxtlarda jurnalistlər ölkəmizi vətəndaş müharibəsindən xilas edən liderin rəhbərliyi ilə milli müstəqilliyin müdafiəsinin önünə keçdilər. Xalqdan gizlədilən həqiqətləri hər cür təzyiqlərə  və təhdidlərə baxmayaraq, xalqa çatdırdılar.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və ənənəyə çevrilmiş mediaya dövlət dəstəyi bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2008-ci ildə kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasını təsdiq etməsi Azərbaycan mediasının inkişaf istiqamətlərini müəyyənləşdirmişdir. Azərbaycan dövləti heç bir sosial layihəni, o cümlədən də mediaya dövlət dəstəyini dayandırmır, əksinə, daha da artırır. Artıq dörd ildir ki, Qarabağın ürəyi sayılan Şuşada ənənə halını almış Qlobal Media Forumu keçirilir. Bu tədbirdə dünyanın aparıcı mətbuat rəhbərləri, radio, televiziya və agentlik nümayəndələri təmsil olunurlar. Ən nəhayət, 21 ildir ki, ölkəmizdə Milli Mətbuat  və Jurnalistika Günü dövlət səviyyəsində qeyd edilir. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

10:14
22 İyul

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

09:10
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!