21 İyul 2026 17:16
271
CƏMİYYƏT
A- A+
Baş prokuror Kəlbəcərdə olub

Baş prokuror Kəlbəcərdə olub

İyulun 21-də Baş prokuror Kamran Əliyev Kəlbəcər rayonuna səfər edib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Baş prokuror Kəlbəcər Rayon Prokurorluğunda və Kəlbəcər Hərbi Prokurorluğunda olub, prokurorluq orqanlarının kollektivləri ilə görüş keçirərək, onların xidməti fəaliyyəti, vəzifə borclarının icrası, maddi-texniki təminatı, habelə, iş və sosial-məişət şəraiti ilə yerində tanış olub.

Səfər zamanı Baş prokurora prokurorluq orqanlarının fəaliyyətinin əsas istiqamətləri, o cümlədən vətəndaş müraciətlərinə baxılması barədə ətraflı məlumat təqdim edilib.

Baş prokuror əməkdaşlarla keçirilən görüşdə işğaldan azad edilmiş ərazilərdə hüquq qaydasının, qanunçuluğun və ictimai təhlükəsizliyin etibarlı təmin edilməsinin dövlət siyasətinin mühüm prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirilib ki, həmin ərazilərdə prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin yüksək peşəkarlıq, prinsipiallıq və məsuliyyət hissi ilə icrası, cinayət təqibinin keyfiyyətinin yüksəldilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkili, vətəndaş müraciətlərinə operativ, obyektiv və həssas yanaşılması, insan hüquq və azadlıqlarının, dövlət və ictimai maraqların etibarlı müdafiəsinin təmin olunması xüsusi əhəmiyyət kəsb edir.

Bundan başqa, prokurorluq əməkdaşlarının peşə hazırlığının davamlı olaraq artırılmasının, etik davranış qaydalarına ciddi riayət edilməsinin, iş intizamının möhkəmləndirilməsinin, icraatda olan cinayət işləri üzrə araşdırmaların keyfiyyət və səmərəliliyinin yüksəldilməsinin, prokurorluq fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və cəmiyyətin prokurorluq orqanlarına etimadının daha da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı əməkdaşlarla səmimi fikir mübadiləsi aparılıb, onların təklif və müraciətləri dinlənilib, xidməti fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Səfər çərçivəsində inzibati binalarda yaradılmış iş şəraiti və maddi-texniki təminatla da tanışlıq olub, mövcud imkanların daha da yaxşılaşdırılması və prokurorluq orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Səfər zamanı Baş prokuroru Hərbi prokuror Bəhruz Əhmədov, Baş Prokurorluğun struktur qurumlarının rəhbər şəxsləri və digər məsul vəzifəli əməkdaşlar müşayiət ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Konfrans Liqası: "Neftçi" Belarus klubuna uduzub

22:18
22 İyul

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıqlarla bağlı qurumlararası iclas təşkil olunub  

21:10
22 İyul

Bakıda Milli Mətbuat Günü qeyd olunub

20:15
22 İyul

Azərbaycanla Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb

19:56
22 İyul

Çex Respublikasının “Agrofert” Şirkətlər Qrupu ilə əməkdaşlıq imkanları müzakirə edilib

19:23
22 İyul

Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri beynəlxalq medianın diqqət mərkəzində qalmaqdadır

19:07
22 İyul

Rəsmi Berlin Almaniyanın nüvə silahı hazırlaması ilə bağlı Rusiyanın iddialarını rədd edib

17:51
22 İyul

Beynəlxalq axtarışda olan 5 nəfər Azərbaycana ekstradisiya edilib

17:36
22 İyul

Prezident Kitabxanasında Milli Mətbuat Günü münasibətilə kitab sərgisi açılıb

17:26
22 İyul

Agentlik: 121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib

17:13
22 İyul

Beynəlxalq axtarışda olan şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib

17:09
22 İyul

Milli Məclisin sədri ASEAN Parlamentlərarası Assambleyasının tədbirində çıxış edib

16:51
22 İyul

SOCAR və “Wood Mackenzie” qlobal enerji gündəliyinə dair fikir mübadiləsi aparıb

16:48
22 İyul

Özbəkistanın Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb

16:14
22 İyul

Azərbaycanda uşaq mallarının təhlükəsizlik göstəricilərinə nəzarət gücləndiriləcək

16:00
22 İyul

Almaniya XİN ikitərəfli tərəfdaşlıqla bağlı Birgə Bəyannaməni mühüm addım kimi qiymətləndirib

15:29
22 İyul

Dünya bazarında taxılın qiyməti artıb

15:13
22 İyul

Serbiya Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub

14:20
22 İyul

Güclü media etibarlı informasiya təminatını həyata keçirən vacib institutdur  

14:01
22 İyul

Azərbaycanın bəzi yerlərində temperaturun 41 dərəcəyədək yüksələcəyi gözlənilir - XƏBƏRDARLIQ  

13:59
22 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları açıqlanıb  

13:48
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!