21 İyul 2026 08:00
300
SİYASƏT
A- A+
Azərbaycanın uğurlu bağlantı modeli

Azərbaycanın uğurlu bağlantı modeli


Ölkəmiz müasir infrastruktur, çevik diplomatiya və real dividendlərlə Avrasiyanın əsas nəqliyyat mərkəzinə çevrilir


Müasir dövrdə ölkələrin geostrateji əhəmiyyətini müəyyən edən başlıca amillərdən biri onların qlobal nəqliyyat-logistika zəncirindəki önəmli mövqeyi ilə ölçülür. 

Xüsusən, qlobal iqtisadiyyatın yenidən formalaşdığı indiki dönəmdə qitələrarası tranzit xətlərini qovuşdurmaq imkanına sahib olmaq həmin ölkəyə uzunmüddətli strateji üstünlük və böyük iqtisadi dividendlər qazandırır. Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişmə nöqtəsində yerləşən Azərbaycan da öz coğrafi mövqeyini, sadəcə, xəritə üzərindəki üstünlük kimi saxlamayıb, onu məqsədyönlü siyasət nəticəsində real siyasi və iqtisadi dividendlər gətirən platformaya, əməkdaşlıq məkanına çevirib. 

Təbii ki, bu strateji baxışın əməli müstəviyə keçirilməsi uzunmüddətli ardıcıl siyasi iradənin nəticəsidir. Nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyət göstərməsi üçün fiziki infrastruktur qədər regional sabitlik və sağlam qonşuluq münasibətləri də vacibdir. Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri sərhəd qonşuları və strateji tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan münasibətlərin inkişaf etdirilməsidir. Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı və genişlənən magistral yollar ölkəmizin logistik xəritəsini köklü şəkildə yeniləyərək Orta dəhliz və "Şimal-Cənub" marşrutlarının kəsişmə nöqtəsini formalaşdırıb. Region ölkələri ilə qarşılıqlı etimada dayanan münasibətlər bu infrastrukturun tam gücü ilə çalışmasını təmin edib. Xüsusilə Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ilə qurulan sıx tərəfdaşlıq gömrük və tarif siyasətinin uyğunlaşdırılmasına, yükdaşımaların sürətlənməsinə şərait yaradıb. Beləliklə, infrastruktur imkanları ilə düzgün xarici siyasət kursunun sintezi Azərbaycanın regional logistikadakı strateji çəkisini və iqtisadi dividendlərini maksimuma çatdırıb. 

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində jurnalistlərin suallarını cavablandırarkən Azərbaycanın tranzit mərkəzinə çevrilməsində fiziki infrastrukturun və qonşuluq siyasətinin mühüm roluna diqqət çəkib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan kifayət qədər uzun müddət ərzində bağlantılar üzərində işləyib: "Biz bəlkə də 10 ildən artıqdır çalışdıq ki, coğrafi mövqeyimizin üstünlüklərindən istifadə edərək, onları çoxtərəfli əməkdaşlıq üçün real platformaya çevirək. Müxtəlif meyarlar var idi ki, bizə beynəlxalq daşımalar məkanına çevrilmək imkanını yaradırdı və ya buna mane olurdular. İlk olaraq, bu, çatışmayan fiziki infrastrukturla bağlı idi və biz onu yaratmalı idik və yaratdıq. İkincisi, qonşularla qarşılıqlı əlaqələr olmadan, siz heç zaman tranzit ölkəyə çevrilməyəcəksiniz. Əgər qonşularınızla münasibətləriniz pisdirsə, bu o deməkdir ki, heç nə alınmayacaq". 

Azərbaycanın təşəbbüskarı olduğu regional layihələrin artıq qlobal miqyasda mühüm amilə çevrildiyini bəyan edən dövlətimizin başçısı əməkdaşlığın çoxtərəfli xarakterini xüsusi olaraq vurğulayıb:  "Avrasiyanın böyük coğrafi məkanında, Azərbaycandan Şərq və Qərb, Şimal və Cənub istiqamətlərdə geniş beynəlxalq əməkdaşlığı qurmaq, prosesi apardığımız kimi inkişaf etdirmək, məsələn, Azərbaycanın təşəbbüskar olduğu, əsas maliyyə töhfəsini verən tərəf olduğu və çoxtərəfli əməkdaşlığı təşkil edən tərəf kimi enerji layihələrimizin həyata keçirilməsi həmin meyarlar sırasındadır". 

Dövlətimizin başçısının vurğuladığı kimi, coğrafi mövqe öz-özlüyündə üstünlük yaratmır, yalnız güclü infrastruktur və düzgün qonşuluq siyasəti ilə birləşdikdə real siyasi-iqtisadi resursa çevrilir. Məhz Azərbaycanın qətiyyəti, təşəbbüskarlığı və çoxtərəfli əməkdaşlıq modeli ölkəmizi regional tranzit qovşağından qlobal enerji və nəqliyyat təhlükəsizliyinin əsas zəmanətçilərindən birinə yüksəldib. 

Nəzərə alsaq ki, son dövrdə dünyada və regionda cərəyan edən geosiyasi proseslər, qlobal təchizat zəncirindəki qırılmalar alternativ və təhlükəsiz marşrutlara olan tələbatı kəskin şəkildə artırıb, onda Azərbaycanın illər öncə əsasını qoyduğu bağlantı strategiyası məhz bu günün reallıqlarına tam cavab verir. Lakin yaranmış yeni reallıqlar və gələcək hədəflər çərçivəsində mövcud imkanların daha da genişləndirilməsi zərurətə çevrilib. Dövlətimizin başçısının söylədiyi kimi, fiziki infrastruktur qurulub, indi isə biz yalnız onun genişləndirilməsi yolları üzərində çalışırıq: "Çünki biz gözləmirdik ki, coğrafiyamız son vaxtlar bu qədər lazımlı olacaq. Şərq və Qərbdəki qonşularla - istər Mərkəzi Asiya ölkələri, istərsə də Gürcüstan, Türkiyə və Avropa kimi yaxın qonşularımızla qarşılıqlı fəaliyyət çox yaxşıdır. Əlbəttə, bütün bunları bir araya gətirmək üçün bizə dəhlizi səmərəli edə biləcək bir çox addımları atmaq vacib idi". 

Zamanında atılmış strateji addımlar, tamamlanmış fiziki infrastruktur və qurulmuş etibarlı tərəfdaşlıqlar ölkəmizi Avrasiyanın mühüm nəqliyyat və enerji mərkəzi səviyyəsinə çatdırıb. Gələcək hədəf isə mövcud dəhlizlərin rəqəmsallaşdırılması, ötürücülük qabiliyyətinin artırılması və effektivliyin maksimuma yüksəkdilməsi vasitəsilə bu liderlik mövqeyini daha da möhkəmləndirməkdən ibarətdir. 

Nəticə etibarı ilə Azərbaycanın reallaşdırdığı bağlantı strategiyası təkcə geoiqtisadi dividendlərlə kifayətlənmir, həm də ölkəmizi Avrasiya məkanında mühüm siyasi güc mərkəzinə çevirir. Coğrafi üstünlüyün güclü infrastruktur, çevik diplomatiya və etibarlı tərəfdaşlıqla tamamlanması Bakının qlobal təchizat və enerji zəncirindəki strateji çəkisini daha da artırır. Bu mütərəqqi xətt Azərbaycanın uzunmüddətli milli təhlükəsizliyinin, iqtisadi dayanıqlılığının və beynəlxalq nüfuzunun etibarlı zəmanətidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burkina-Faso XİN-in rəsmi səhifəsində BTQ ilə imzalanmış memorandumla bağlı paylaşım edilib  

14:05
21 İyul

Azərbaycan mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir  

14:04
21 İyul

SEPAH Hörmüz boğazından keçməyə çalışan neft tankerlərini dayandırıb  

13:56
21 İyul

İstiqlal məfkurəsindən qlobal informasiya liderliyinə: Azərbaycan milli mətbuatının tarixi yolu və müasir strateji missiyası  

13:22
21 İyul

Səhiyyə Nazirliyi ilə Qlobal Fond arasında gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb

13:05
21 İyul

Azərbaycan mediası qlobal informasiya şəbəkəsində böyük nüfuza malikdir

13:01
21 İyul

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilib 

12:41
21 İyul

Zinəddin Zidan Fransa millisinin yeni baş məşqçisi təyin olunub  

12:37
21 İyul

Nazir Məcnun Məmmədov Kəlbəcərdə təsərrüfatlara baxış keçirib

12:33
21 İyul

Sabah hava necə olacaq?

12:16
21 İyul

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb

12:03
21 İyul

Bakı-Tbilisi-Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlanıb

11:59
21 İyul

Azərbaycan Hava Yolları donanmasına bu il dördüncü təyyarəsini əlavə edib  

11:48
21 İyul

Azərbaycanda çevik iş vaxtı rejiminin hansı sahələrə və şəxslərə tətbiq olunacağı açıqlanıb  

11:27
21 İyul

Belçikalıların Kralı Əlahəzrət Filipə

11:07
21 İyul

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi üzrə tədbirlər müzakirə edilib  

11:01
21 İyul

Bu ilin beş ayında doğulanların və ölənlərin sayı məlum olub  

10:57
21 İyul

Azərbaycan əhalisinin sayı açıqlanıb 

10:48
21 İyul

Dünya çempionatının rəmzi komandası açıqlanıb

10:46
21 İyul

Yarım ildə Bakı-Tbilisi-Ərzurum kəməri ilə 11,4 milyard kubmetr təbii qaz nəql edilib  

10:24
21 İyul

Qızılın qiyməti 4070 dollardır

10:23
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!