22 İyul 2026 08:55
263
SİYASƏT
A- A+
Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı


Ötən əsrin 80-ci illərinin sonlarından etibarən SSRİ miqyasında, o cümlədən ittifaq respublikalarında milli özünüdərk düşüncəsinin, siyasi fəallığın yüksəlməsi prosesi başlandı. Həmin dövrdə Sovet Konstitusiyasının 6-cı maddəsində - yəni Kommunist Partiyasının rəhbər rolunu təsbit edən müddəada dəyişiklik aparıldı, prezidentlik institutu yaradıldı, çoxmandatlı əsasda xalq deputatları seçkiləri keçirildi.

Bu addımlar imperiyanın dağılmasının qarşısını almağa yönəlsə də, real nəticə vermədi. Çünki qeyd edilən proseslər mahiyyət etibarilə Kremlin labüd süqut taleyi qarşısında vaxt udmaq, ictimai narazılığı nəzarətdə saxlamaq üçün apardığı təbliğat xarakterli tədbirlər idi. M.Qorbaçovun ətrafında cəmləşmiş erməni mənşəli siyasi dairələr isə yaranmış vəziyyəti Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş separatçı planlarını həyata keçirmək üçün fürsət kimi görürdülər.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunları Bakı şəhərinə - əliyalın vətəndaşların üzərinə yeridildi. Hərbi müdaxilə nəticəsində 131 nəfər mülki şəxs qətlə yetirildi, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu.

Moskvada yaşayan və imperiya rəhbərliyinin ağır təzyiqləri ilə üzləşən Ulu Öndər Heydər Əliyev faciənin səhəri günü oğlu İlham Əliyev ilə birgə Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi, heç bir təzyiq və təhdiddən, həbs olunmaq, hətta ölüm təhlükəsindən çəkinməyərək imperiya rəhbərliyinin, şəxsən M.S.Qorbaçovun cinayətlərini bütün dünyanın gözləri önündə ifşa etdi. Heydər Əliyevin mətbuat konfransındakı çıxışı 20 Yanvar faciəsi haqqında ilk düzgün siyasi qiymət idi.

Çətin məqamlarda xalqının yanında olmağı məqsədəuyğun sayan Heydər Əliyev 1990-cı il iyulun 20-də Azərbaycana qayıtdı. Amma bu böyük siyasətçi Moskvada nə qədər təhdid və təzyiqlər altında yaşayırdısa, Bakıda da  xalqa zidd hakimiyyət tərəfindən ona qarşı bir o qədər təzyiq və hədələr gözlənilirdi. Bütün təzyiqlərə baxmayaraq, Ümummilli Lider Heydər Əliyev Bakıya gəldi. Bundan iki gün sonra - iyulun 22-də isə hakimiyyətin təhdidləri nəticəsində Bakıdan Naxçıvana gəldi. Bu qayıdış təkcə qədim Naxçıvanın deyil, ümumilikdə Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcı oldu. Ulu Öndərin Moskvadan Naxçıvana qayıdışı, o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə yox, vətənə, böyük siyasətə fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli qayıdışı idi.

22 iyul 1990 -cı il salnaməmizə yazılan ən şanslı tarixlərdən biridir. Naxçıvana qayıdan Ulu Öndəri həmyerliləri doğma övladı kimi qarşıladılar.

Həmin illərdə Naxçıvan olduqca gərgin bir vəziyyətdə idi. Bu dövrdə Dağlıq Qarabağ problemi ətrafında yayılan dalğanın zərbəsinə sərhədyanı kəndləri ermənilər tərəfindən hücumlara məruz qalan, dincliyi əlindən alınan Naxçıvan, doğrudan da, "taleyin ümidinə buraxılmış tənha bir ada"nı xatırladırdı.

Ölkənin çətin bir dövründə Ulu Öndər Azərbaycan xalqının və dövlətinin xilas missiyasına Naxçıvandan başladı. Ulu Öndərin 1990-cı ilin ortalarında, Naxçıvanın çətin vaxtlarında bura qayıtması bu qədim Azərbaycan torpağını təhlükələrdən sovuşdurdu. Ən əsası, bu qayıdışla Azərbaycanda müstəqillik uğrunda mübarizə özünün yeni mərhələsinə qədəm qoydu, imperiya qüvvələri ilə mübarizə daha da genişləndi. Xalqımızın dahi oğlunun alovlandırdığı istiqlal mücadiləsi milli dirçəliş prosesinin bütün Azərbaycanda aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. SSRİ hökumətinin hələ fəaliyyətdə olduğu dövrdə Naxçıvan MSSR-in adından "Sovet Sosialist" sözlərinin çıxarılması zamanın dahisi Heydər Əliyevin sarsılmaz siyasi iradəsinin və böyük uzaqgörənliyinin nəticəsində mümkün oldu. Eyni zamanda həmin sessiyada dahi rəhbərin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da, sadəcə, sözün redaktəsi  deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran möhtəşəm bir ölkənin strukturunda dəyişiklik edilməsi demək idi. 1990-cı il noyabrın 17-də Ulu Öndərimizin sədrliyi ilə keçirilən tarixi sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın Dövlət bayrağı kimi qəbul olundu. Bütün bunlar yalnız və yalnız Naxçıvan Muxtar Respublika Ali Məclisinin sessiyasına sədrlik edən Ulu Öndərin həm böyük siyasi iradəsinin, yüksək azərbaycançılıq idealının, həm də qeyri-adi cəsarətinin sayəsində həyata keçirilmişdi.

Naxçıvanda atılan bu addımlar tezliklə bütün Azərbaycan üçün nümunəyə çevrildi. Azərbaycan SSR Ali Sovetinin 1991-ci il 5 fevral tarixli sessiyasında bir sıra tarixi qərarlar qəbul olundu. Dövlətin adı - "Azərbaycan SSR" dəyişdirilərək "Azərbaycan Respublikası" adlandırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Dövlət bayrağı kimi təsdiqləndi.

Ümummilli Liderin uzaqgörənliyini tarix bir daha sübuta yetirdi, 1991-ci ilin 30 avqustunda Azərbaycan Respublikası Ali Sovetinin sessiyası "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə" qəbul etdi. Bu sənədin qəbul olunduğu növbədənkənar sessiyada Ulu Öndər Heydər Əliyev də Azərbaycanın müstəqilliyinin elan olunması ilə bağlı tarixi çıxış etdi. Belə bir bəyannamənin qəbulu ölkənin SSRİ tərkibindən çıxması və suveren dövlət kimi beynəlxalq hüquq subyektliyini bərpa etməsi yolunda atılmış ilk fundamental siyasi-hüquqi addımlardan oldu.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Heydər Əliyev gördüyü işlərlə, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi. Ali Məclisin 16 dekabr 1991-ci il tarixli sessiyasında isə "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" qərar qəbul olundu. Ali Məclisin sədri Heydər Əliyev müzakirələrə yekun vurarkən geniş nitq söylədi və məsələnin siyasi əhəmiyyətinə xüsusi önəm verdi: "Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında" məsələnin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında müzakirə olunması, böyük əhəmiyyətli qərar qəbul edilməsi Azərbaycan türklərinin uzun illər ayrılıqdan sonra birləşməsi yolunda ilk addımdır. Biz böyük qürur hissi ilə deyirik ki, bu, Naxçıvanda, qədim türk diyarında irəli sürülmüşdür".

Ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər də bir daha təsdiqlədi ki, müstəqilliyin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. Ölkədə 1991-1993-cü illərdə hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermişdi. Belə ağır şəraitdə respublikanın tərəqqipərvər qüvvələri, mütərəqqi ruhlu ziyalıları çıxış yolunu Ulu Öndər Heydər Əliyev kimi müdrik şəxsiyyətin hakimiyyətə gəlməsində görür, hər cür riskə rəğmən bu istəklərini açıq ifadə etməkdən çəkinmirdilər.

Xalqın rəyini ifadə edən bir qrup ziyalı Ümummilli Liderə müraciətində ölkəni anarxiya mühitindən çıxarıb aydın sabaha doğru aparacaq, müstəqilliyimizi əbədi və yenilməz edəcək, millətimizi bir bayraq, eyni amal ətrafında birləşdirəcək, milli həmrəyliyə, vətəndaş cəmiyyətinə qovuşduracaq siyasi partiyanın yaradılmasına yardımçı olmağı xahiş edirdilər. Müraciəti imzalayanlar yaxşı bilirdilər ki, yeni müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. Vətənpərvər Azərbaycan ziyalılarının həmin müraciəti sonralar çağdaş tariximizə məşhur "91-lərin müraciəti" adı ilə daxil oldu. Bu tarixi müraciət, əslində, bütün Azərbaycan vətəndaşlarının istəyi, arzusu, haqlı tələbi idi. Xalqının taleyinə heç zaman biganə qalmayan, respublikanın dağılmasına dözməyən Ulu Öndər ziyalıların müraciətinə müsbət cavab verdi.

1992-ci il noyabrın 21-də müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni səhifə açan əlamətdar hadisə baş verdi. Naxçıvanda 550-yə yaxın nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının təsis qurultayı keçirildi, Ulu Öndər Heydər Əliyev yekdilliklə təşkilata sədr seçildi. Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi.

1993-cü il iyunun 9-da xalqın təkidi ilə Bakıya qayıdan Heydər Əliyev fövqəlidarəçilik keyfiyyətlərindən məharətlə bəhrələnərək ölkəni vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən qurtardı, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi daxil oldu. İyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi isə ölkədəki kütləvi inamsızlıq, hərc-mərclik mühitinin aradan qalxmasına, siyasi gərginliyin tədricən azalmasına, sözün həqiqi mənasında xalqın böyük fəlakətlərdən qurtulmasına real zəmin yaratdı.

Ulu Öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdandan sonra da Naxçıvanla bağlı gerçəkləşdirdiyi kompleks layihələr blokada şəraitində də inkişaf etməyin, tarixi nailiyyətlər qazanmağın örnəyini dünyaya sərgilədi. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən də davam etdirilərək özünün ən yüksək mərhələsinə çatdı. Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Prezident sərəncamı imzalanmış, muxtar respublikanın sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin və onun müxtəlif rayonlarının inkişafı ilə bağlı sənədlər qəbul edilmişdir. Bütün bunlar da Naxçıvan Muxtar Respublikasının hərtərəfli tərəqqisini təmin etmişdir. Prezident İlham Əliyevin 2023-cü il iyun ayının 5-də "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı isə müasir Naxçıvanın yeni yüksəlişinin yol xəritəsini müəyyənləşdirdi.

2020-ci ilin Vətən müharibəsində, 2023-cü ilin antiterror əməliyyatında Azərbaycan xalqı bilavasitə Prezident İlham Əliyevin müdrik dövlət rəhbərliyi, təfəkkürü, strateqliyi, diplomatik-siyasi ustalığı və sərkərdəlik məharəti nəticəsində şanlı tarix yazdı. Doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq etdi. Müzəffər Ali Baş Komandan ordumuzun gücü ilə əldə etdiyimiz şanlı Qələbəyə, Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin bütün dünyada - hətta Ermənistanda da qəbul edilməsi faktına qədər bu mövqeyindən bir addım da olsun geri çəkilmədi. Həyata keçirdiyi siyasəti, diplomatiyanı, strateji gedişləri məhz belə bir haqlı mövqe, belə bir aydın həqiqət ətrafında qurdu.

Bu, qətiyyətin təntənəsidir: Azərbaycan Prezidenti əsrlərin müşkülünü yoluna qoydu, təkcə Azərbaycanı deyil, ümumilikdə Cənubi Qafqazı böyük bir çıxılmazlıqdan aydın, rəvan inkişaf yoluna çıxardı, əsrlərlə bu torpaqlarda davamlı sülhün, mehriban qonşuluq münasibətlərinin, faydalı əməkdaşlıq əlaqələrinin olmasını arzulayan, bu amal uğrunda çalışan düşüncə adamlarımızın arzularını reallığa qovuşdurdu.

Bu gün ölkəmizin həyatında əldə edilən böyük nailiyyətlərin əsasında fəal yaradıcı gücə malik olan Ulu Öndərin milli dövlətçilik konsepsiyası, inkişafın Heydər Əliyev modeli dayanır. "Mənim yaratdığım hər bir şey mənim üçün əzizdir. Zavod da, fabrik də, elektrik stansiyaları da, yol da, körpü də, ev də, bina da, saray da - hər bir şey. Amma mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır" fikirləri Ulu Öndər Heydər Əliyevin xalqımızın müstəqilliyinin qorunub yaşadılması uğrunda misilsiz xidmətinin təzahürüdür.

Xalqın ümid çırağına çevrilərək ürəklərdə əbədi qalmaq heç də bütün liderlərə nəsib olmur. Hələ sağlığında canlı əfsanəyə çevrilmiş zamanın dahisi Heydər Əliyev xalqın qəlbində özünə əbədi abidə ucaldıb.      

 

Arzu ABDULLAYEV,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini, tarix üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

10:14
22 İyul

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

09:10
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!