22 İyul 2026 09:10
124
CƏMİYYƏT
A- A+
Bakıda yaşıllaşdırma işləri davam etdirilir

Bakıda yaşıllaşdırma işləri davam etdirilir


Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib. 

BŞİH-in Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə paytaxtda həyata keçirilən abadlıq-quruculuq işləri, yaşıllaşdırma sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr, kommunal xidmətlərin fəaliyyəti müzakirə olunub. Bildirilib ki, Bakı şəhərində yaşıllaşdırma tədbirləri davam etdirilir. BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni növ ağac və kolların əkilməsi həyata keçirilir.

Qeyd edilib ki, son illər aparılan tədbirlər nəticəsində şəhərdə yaşıllıq və flora müxtəlifliyi əhəmiyyətli dərəcədə artıb. Bununla yanaşı, paytaxtın iqlim şəraitinə uyğunlaşan yeni ağac, kol və gül növlərinin birliyin xüsusi istixanalarında yetişdirilməsi və daha sonra əkilməsi davam etdirilir. Bu işlər şəhərin ekoloji mühitinin yaxşılaşdırılması, biomüxtəlifliyin artırılması və urbanistik landşaftın daha da zənginləşdirilməsi məqsədini daşıyır.

Qlobal iqlim dəyişiklikləri və su ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə yaşıllaşdırma tədbirlərində əsasən quraqlığa davamlı və yerli iqlimə uyğun bitki növlərinə üstünlük verilir. Eyni zamanda müxtəlif rəngli dekorativ ağac və kolların əkilməsi şəhərin estetik görünüşünün daha da gözəlləşdirilməsinə xidmət edir.

BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən əkilən bitkilər sırasında kanna, platicodon, vinka və digər müxtəlif rəngli dekorativ güllərlə yanaşı, katalpa, meliya, sapindus, deloniks və şəhərin iqlim şəraitinə uyğun bir sıra ağac növləri də yer alır.

Sözügedən yaşıllaşdırma layihələri birliyin təcrübəli landşaft dizaynerləri və mütəxəssisləri tərəfindən aparılır. Paytaxtın yaşıllıq növləri sayının genişləndirilməsi, yeni ağac, gül və kol növlərinin əkilməsi, mövcud yaşıllıq sahələrinin qorunması və inkişaf etdirilməsi istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Berlinə rəsmi səfəri Almaniya və dünya mediasının diqqət mərkəzindədir

10:14
22 İyul

Fransanın 27 departamentində yüksək yanğın təhlükəsi elan edilib

09:25
22 İyul

Judit Polgar ölkə prezidentliyinə namizəd olmaq istəmədi

09:20
22 İyul

Vasitəçilər ABŞ və İrana 10 günlük atəşkəs təklif ediblər

09:15
22 İyul

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

09:10
22 İyul

Bakıda yaşıllaşdırma işləri davam etdirilir

09:10
22 İyul

Bakı-Berlin siyasi dialoqu yeni müstəviyə qədəm qoyur

09:05
22 İyul

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

09:00
22 İyul

Ulu Öndər xilas missiyasına Naxçıvandan başladı

08:55
22 İyul

Müstəqilliyə gedən yolun strateji təməli

08:50
22 İyul

Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolu və müasir çağırışlar

08:45
22 İyul

Qələmi qırılan aydınlar

08:45
22 İyul

Mətbu söz zamanın salnaməsidir

08:40
22 İyul

Həqiqətin və dövlətçiliyin xidmətində

08:35
22 İyul

Azərbaycan milli mətbuatının inkişaf yolu və müasir media siyasəti

08:30
22 İyul

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

08:25
22 İyul

"Sinxua" Agentliyi Qlobal Media Forumunda iştirak edən Çin jurnalistinin Şuşa haqqında oçerkini dərc edib

08:20
22 İyul

Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq dərinləşir

08:15
22 İyul

Azərbaycan mediası – beynəlxalq informasiya axınının fəal subyekti

08:10
22 İyul

"AZƏRBAYCAN"ın "Zəfər" imzası

08:05
22 İyul

AZƏRBAYCAN XALQI İLHAM ƏLİYEVİ NİYƏ SEVİR

08:00
22 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!