21 İyul 2026 18:47
146
CƏMİYYƏT
A- A+
Fərhad Abdullayev: Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

Fərhad Abdullayev: Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

İyulun 21-də Konstitusiya Məhkəməsində Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycanla Pakistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin və sarsılmaz dostluq əlaqələrinin qarşılıqlı etimada əsaslandığını vurğulayıb. Bildirilib ki, Pakistan müstəqilliyimizi tanıyan ilk dövlətlərdən biri olub və hər iki ölkə beynəlxalq təsisatlarda bütün məsələlərdə bir-birini dəstəkləyir.

Sədr qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında mövcud olan bütün sahələr üzrə qarşılıqlı anlaşma strateji müttəfiqliyin inkişafı, ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və əlaqələrin yeni məzmunla zənginləşdirilməsi üçün möhkəm zəmin yaradır.

Daha sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin fəaliyyət istiqamətləri, qərar qəbuletmə proseduru, konstitusiya ədalət mühakiməsinin həyata keçirilməsi mexanizmi, insan hüquq və azadlıqlarının müdafiəsində məhkəmənin rolu, habelə hüquqi dövlət quruculuğu və Konstitusiyanın aliliyinin təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Müasir dövrdə Konstitusiya məhkəmələri arasında peşəkar dialoqun, qarşılıqlı təcrübə mübadiləsinin və hüquqi əməkdaşlığın genişləndirilməsinin konstitusiya ədalət mühakiməsinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Pakistanın hüquq və ədliyyə üzrə dövlət naziri Aqil Malik səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin hər iki xalq üçün önəmli olduğunu, hüquq-məhkəmə sahəsində əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Nazir respublikamızda hüquq sahəsində həyata keçirilən islahatlar nəticəsində əldə edilən nailiyyətləri yüksək qiymətləndirərək, Konstitusiya Məhkəməsinin fəaliyyəti ilə yaxından tanış olmaqdan məmnunluğunu ifadə edib. Qarşılıqlı görüşlərin hər iki ölkə arasında mövcud olan sarsılmaz sıx münasibətlərin daha da möhkəmlənməsinə, hüquq və məhkəmə sahəsində əməkdaşlığın genişlənməsinə, eləcə də konstitusiya nəzarətinin inkişafı istiqamətində qabaqcıl təcrübə mübadiləsinin davam etdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini nəzərə çatdırıb.

Görüşdə məhkəmə təcrübəsində müasir hüquqi yanaşmalar, insan hüquqlarının müdafiəsinin səmərəliliyinin artırılması, rəqəmsallaşmanın və süni intellektin məhkəmə sisteminə tətbiqi, eləcə də beynəlxalq hüquqi əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan, Gürcüstan və Ermənistan ekodəhlizlərin inkişaf perspektivlərini müzakirə ediblər

23:19
21 İyul

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

22:07
21 İyul

Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib

21:57
21 İyul

Gürcüstan mediası Prezident İlham Əliyevin Almaniyaya səfərindən yazır

20:48
21 İyul

AŞPA Azərbaycana münasibətdə selektiv yanaşmadan əl çəkmir  

19:51
21 İyul

Prezident İlham Əliyevin sosial media hesablarında Almaniyaya rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO

19:26
21 İyul

Azərbaycan–Almaniya münasibətləri: strateji tərəfdaşlığın yeni mərhələsi

18:48
21 İyul

Fərhad Abdullayev: Konstitusiya məhkəmələri arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır

18:47
21 İyul

Rumıniya Radiosu: Almaniya Azərbaycanla enerji əməkdaşlığını genişləndirmək niyyətindədir

18:09
21 İyul

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokurorlar çıxışa başlayıb

18:02
21 İyul

Çin Kommunist Partiyasının nümayəndə heyəti Milli Məclisdə olub

17:46
21 İyul

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

17:36
21 İyul

Baş prokuror Kəlbəcərdə olub

17:16
21 İyul

Almaniya Kansleri: Azərbaycan iqtisadi baxımdan çox maraqlı perspektivlər təqdim edir

16:57
21 İyul

Məsud Pezeşkian İranın daxilində danışıqlarla bağlı yanlış şərh verənləri tənqid edib

16:54
21 İyul

Prezident: Azərbaycanın Almaniyaya ixracının əsas hissəsini xam neft təşkil edir  

16:39
21 İyul

Ukrayna hərbçiləri Rusiyanın Kursk aerodromunda MiQ-29 qırıcısını məhv ediblər 

16:29
21 İyul

Kansler: Almaniyanın və Azərbaycanın iqtisadi maraqları böyük müharibələrin təsirinə məruz qalıb  

16:18
21 İyul

Prezident İlham Əliyev mətbuat konfransında Avropa İttifaqı ilə əlaqələrə toxunub  

16:15
21 İyul

Prezident İlham Əliyev: Azərbaycan gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir  

16:13
21 İyul

Prezident: Bağlantılar və tranzit imkanları ilə bağlı Almaniya–Azərbaycan əməkdaşlığının çox böyük əhəmiyyəti var  

16:09
21 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!