17 İyul 2026 08:20
404
SİYASƏT
A- A+
IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan

IV Şuşa Qlobal Media Forumu: qlobal çağırışlar fonunda Azərbaycan


Hər bir tarixi dövr özünəməxsus çağırışları və inkişaf trayektoriyası ilə fərqlənir. Cəmiyyət isə bu çağırışlara uyğun strategiyalar müəyyən etməklə transformasiya prosesindən keçir və yeni reallıqlara uyğunlaşmağa çalışır. Qlobal münaqişələrin, geosiyasi gərginliklərin və informasiya manipulyasiyalarının artdığı müasir dövrdə sülhün təşviqi, etibarlı informasiyanın yayılması və həqiqətin qorunması xüsusi əhəmiyyət daşıyır.

Məhz bu qlobal transformasiyalar fonunda "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumu xüsusi əhəmiyyət kəsb edir. Forum çərçivəsində media mühitində mövcud çağırışlar, dezinformasiya ilə mübarizə, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya, beynəlxalq informasiya əməkdaşlığının gücləndirilməsi, eləcə də sülhün və qarşılıqlı etimadın təşviqində medianın rolu geniş müzakirə olundu.  

Qlobal siyasətdə baş verən sürətli dəyişikliklər, regional münaqişələrin genişlənməsi, informasiya müharibələrinin yeni mərhələyə keçməsi və enerji təhlükəsizliyi ətrafında formalaşan yeni geosiyasi konfiqurasiya dövlətlərin xarici siyasət prioritetlərinə yenidən baxmasını zəruri edir. Belə mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın təşəbbüsü ilə keçirilən IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin bir araya gəldiyi platforma deyil, həm də qlobal çağırışların, beynəlxalq münasibətlər sistemində müşahidə olunan transformasiyaların və gələcək inkişaf istiqamətlərinin müzakirə olunduğu mühüm siyasi dialoq məkanı oldu.

"Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunmuş forumda Prezident İlham Əliyev tədbir iştirakçılarının suallarını cavablandırdı. Dövlət başçımız Azərbaycanın xarici siyasət prioritetləri, regional təhlükəsizlik məsələləri, beynəlxalq nəqliyyat və enerji layihələrinin perspektivləri, rəqəmsal transformasiya, "yaşıl enerji" strategiyası və ölkənin dəyişən dünya nizamındakı yeri barədə fikirlərini bölüşdü.

 Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq dördüncü dəfə keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq nüfuzunu ildən-ilə artırır. Bu il 53 ölkədən 160 nümayəndənin, onlarca beynəlxalq media qurumunun və təşkilatın iştirakı isə forumun qlobal xarakter qazandığını bir daha sübut etdi.

Bu isə öz növbəsində  Azərbaycanın postmünaqişə dövründə Qarabağı beynəlxalq əməkdaşlıq və dialoq platformasına çevirmək siyasətinin praktik nəticəsidir. Bir neçə il əvvəl dağıntılarla yadda qalan Şuşa bu gün beynəlxalq forumlara, siyasi müzakirələrə və qlobal media nümayəndələrinin görüşlərinə evsahibliyi edir. 

Forumun əsas mövzusu müasir dövrdə informasiya təhlükəsizliyinin nə qədər aktual olduğunu bir daha göstərdi. Süni intellekt texnologiyalarının inkişafı, dezinformasiyanın geniş yayılması və informasiya manipulyasiyalarının artdığı bir dövrdə medianın üzərinə düşən məsuliyyət daha da artır.

Prezident İlham Əliyev forumda dəfələrlə vurğuladı ki, həqiqətin qorunması və etimadın bərpası müasir jurnalistikanın əsas missiyası olmalıdır. Bu yanaşma xüsusilə postmünaqişə regionlarında böyük əhəmiyyət daşıyır. Qarabağla bağlı uzun illər beynəlxalq mediada formalaşdırılmış birtərəfli yanaşmalar fonunda forum xarici media nümayəndələrinin bölgədə baş verən dəyişiklikləri yerində müşahidə etməsinə imkan yaradır.

Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika imkanlarından da bəhs etdi. Dövlət başçısı qeyd etdi ki, son onilliklər ərzində yaradılmış infrastruktur bu gün ölkəmizi Avrasiyanın əsas tranzit mərkəzlərindən birinə çevirib.

Burada diqqətçəkən əsas məqamlardan biri yalnız yolların, limanların və dəmir yollarının tikintisi deyil. Cənab Prezident xüsusi vurğuladı ki, tranzit ölkəyə çevrilməyin əsas şərtlərindən biri qonşu dövlətlərlə qarşılıqlı etimad və əməkdaşlıq münasibətləridir. Azərbaycanın həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərində fəal iştirak etməsi məhz bu siyasətin nəticəsidir.

Hazırkı geosiyasi vəziyyət isə bu marşrutların əhəmiyyətini daha da artırır. Orta Şərqdə davam edən gərginliklər, alternativ daşınma yollarına tələbatın artması və Avrasiya məkanında dəyişən logistika marşrutları Azərbaycanın tranzit potensialını strateji üstünlüyə çevirir.

Azərbaycanın enerji siyasəti Prezident İlham Əliyevin nitqində xüsusi yer tutdu. Dövlət başçısı Almaniya və Avstriyaya qaz ixracının başlanmasını Avropa enerji bazarında ölkənin mövqeyinin daha da möhkəmlənməsinin göstəricisi kimi qiymətləndirdi.

Bu gün Azərbaycan artıq 16 ölkəyə qaz ixrac edir və boru kəmərləri vasitəsilə qaz tədarükünün coğrafi əhatəsinə görə dünyanın aparıcı ölkələrindən biridir. 

2032-ci ilədək 8 giqavat bərpaolunan enerji gücünün yaradılması planı, Qarabağda həyata keçirilən su və günəş-elektrik stansiyaları layihələri, "yaşıl enerji" zonalarının formalaşdırılması Azərbaycanın uzunmüddətli enerji siyasətində yeni mərhələnin başlandığını göstərir.

Beləliklə, Azərbaycan paralel şəkildə həm ənənəvi enerji ixracatçısı, həm də "yaşıl enerji" istehsalçısı modelini formalaşdırır.

Prezident İlham Əliyev rəqəmsal transformasiya və süni intellekt məsələlərini də ölkənin strateji prioritetləri sırasında göstərdi. Bu istiqamətdə vahid koordinasiya mexanizminin yaradılması Azərbaycanın rəqəmsal idarəetmə modelini daha da inkişaf etdirmək niyyətindən xəbər verir.

Müasir dünyada rəqəmsal texnologiyalar artıq yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də milli təhlükəsizliyin, dövlət idarəçiliyinin və beynəlxalq rəqabət qabiliyyətinin əsas elementlərindən biridir. Azərbaycanın bu sahədə institusional islahatlara başlaması qlobal texnoloji transformasiya prosesindən geri qalmamaq məqsədi daşıyır.

Prezident İlham Əliyevin diqqət çəkdiyi əsas məqamlardan biri Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun davam etdirilməsi oldu.

Türkiyə ilə münasibətlər "bir millət, iki dövlət" prinsipinin praktiki təzahürü kimi təqdim edildi. Şuşa Bəyannaməsinin regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynadığı vurğulandı.

Dövlət başçımız ABŞ ilə strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi. 907-ci düzəlişin artıq geosiyasi reallıqlarla uzlaşmadığını bildirən Prezident İlham Əliyev bu məhdudiyyətin tamamilə ləğvinin zəruriliyini vurğuladı.

Prezident İlham Əliyev forumda regional təhlükəsizlik məsələlərinə də xüsusi diqqət ayırdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan uzun illər müharibə şəraitində yaşasa da, bu gün sülhün tərəfdarıdır. Onun fikrincə, dayanıqlı sülh yalnız beynəlxalq hüquq prinsiplərinə əsaslanmalıdır. Dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq hüququn norma və prinsipləri gələcək təhlükəsizlik sisteminin əsasını təşkil etməlidir.

Cənab Prezident vurğuladı ki, Azərbaycanın öz suverenliyini bərpa etdikdən sonra hərbi əməliyyatları dayandırması və regionda uzunmüddətli sabitliyin tərəfdarı kimi çıxış etməsi məsuliyyətli dövlət davranışı nümunəsidir.

Çıxışın mühüm hissəsi milli həmrəyliyin qorunmasına həsr olundu. Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycanın əldə etdiyi bütün uğurların əsasında xalqın dövlət ətrafında birliyi dayanır.

Dövlət başçısı xüsusilə gənc nəslə müraciət edərək milli kimliyin qorunmasının, vətənpərvərlik ruhunun gücləndirilməsinin və dövlətçilik ənənələrinin davam etdirilməsinin gələcək inkişaf üçün həlledici əhəmiyyət daşıdığını qeyd etdi.

Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlər  göstərdi ki, Azərbaycan artıq regional proseslərin formalaşmasına təsir göstərən aktorlardandır.

Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, "yaşıl enerji", rəqəmsal transformasiya, beynəlxalq hüquq, informasiya təhlükəsizliyi və sülh diplomatiyası ölkənin xarici siyasət strategiyasının əsas sütunlarını təşkil edir.

Şuşa Forumu isə bu siyasətin beynəlxalq ictimaiyyətə təqdim olunduğu mühüm platformaya çevrilməkdədir. Azərbaycanın məqsədi qlobal dialoqun, qarşılıqlı etimadın və beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdir.

IV Şuşa Qlobal Media Forumunda səsləndirilən fikirlər göstərdi ki, Azərbaycan dəyişən beynəlxalq münasibətlər sistemində öz strateji mövqeyini daha da möhkəmləndirməkdədir. Enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya, "yaşıl enerji", regional əməkdaşlıq və beynəlxalq hüquqa əsaslanan sülh siyasəti ölkənin xarici siyasət kursunun əsas istiqamətlərini təşkil edir. Forum çərçivəsində verilən mesajlar Azərbaycanın yalnız regional deyil, qlobal proseslərdə də fəal iştirak edən etibarlı tərəfdaş və konstruktiv dialoq təşəbbüskarı kimi çıxış etdiyini bir daha nümayiş etdirdi.


Ziyafət ƏSGƏROV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa şəhəri növbəti Vaqif Poeziya Günlərinə ev sahibliyi edir YENİLƏNİB

19:47
17 İyul

Sergey Lavrov: Azərbaycan Xəzər dənizinin dayazlaşması problemi ilə bağlı Rusiyanın təkliflərini dəstəkləyir

19:15
17 İyul

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında sülh de-fakto mövcuddur

17:52
17 İyul

ƏƏSMN-in təltif edilmiş əməkdaşlarına vəsiqələr və medallar təqdim olunub

17:46
17 İyul

Dağ-mədən sahəsində Azərbaycan-Özbəkistan əməkdaşlığı genişlənir

17:37
17 İyul

Fərəh Əliyeva: Güclü lider ictimai məsuliyyət hissi daşımalıdır

17:18
17 İyul

Sergey Lavrov: Rəşt-Astara dəmir yolu hissəsində praktik işlərin başlamasına şərait yaradılıb

17:00
17 İyul

Azərbaycanın və Rusiyanın XİN başçıları ikitərəfli münasibətləri və Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər YENİLƏNİB

15:37
17 İyul

Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü atılıb

15:18
17 İyul

İstanbulda COP31 çərçivəsində D-8 ölkələri nazirlərinin görüşü keçirilir

14:31
17 İyul

ADSEA sədri Füzuli şəhərində vətəndaşlarla görüşüb

13:58
17 İyul

Nazirlər Kabinetində əhalinin siyahıyaalınması ilə bağlı məsələlər müzakirə olunub YENİLƏNİB

13:19
17 İyul

Mədəniyyət naziri Şuşa şəhərində vətəndaşların müraciətlərini dinləyib

12:55
17 İyul

Rəşad Nəbiyev: "Mygov" platforması üzərindən onlayn özünü siyahıyaalınma təklif olunur

12:53
17 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb

12:33
17 İyul

Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:25
17 İyul

Prezident İlham Əliyev Omanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:24
17 İyul

Altı ayda ölkədə 13,3 milyon ton neft, 25,4 milyard kubmetr təbii qaz hasil edilib

12:23
17 İyul

Prezident İlham Əliyev Kambocanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib  

12:22
17 İyul

Prezident İlham Əliyev Braziliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 

12:21
17 İyul

Masallıda Tovuz döyüşləri şəhidi mayor Anar Novruzovun anım günü qeyd olunub  

12:18
17 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!