21 İyul 2026 17:36
565
SİYASƏT
A- A+
Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası (bundan sonra “Tərəflər”) Tərəflər arasında uzunmüddətli və dostluq münasibətlərini tanıyırlar. Onlar qarşılıqlı etimada və müxtəlif sahələrdə maraqların üst-üstə düşməsinə əsaslanan ikitərəfli tərəfdaşlıq və əməkdaşlığı dərinləşdirməklə bağlı qarşılıqlı arzularını təsdiqləyirlər. Tərəflər bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlərini xatırlayaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə, Helsinki Yekun Aktına, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına, sülhü və təhlükəsizliyi təşviq edən digər beynəlxalq hüquqi sənədlərə birgə sadiqliklərini bir daha təsdiqləyirlər.

Tərəflər Azərbaycan-Ermənistan münasibətlərindəki tarixi irəliləyişi, xüsusilə də 2025-ci il 8 avqust tarixli Vaşinqton Zirvə Görüşünün nəticələrini və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarını alqışlayırlar. Almaniya Federativ Respublikası iki ölkənin regionda davamlı sülhə nail olmağa hədəflənmiş səylərini tam dəstəklədiyini bir daha təsdiqləyir.

Tərəflər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayır və siyasi dialoqun və praktik əməkdaşlığın daha da dərinləşdirilməsi məqsədilə artan əməkdaşlığı qeyd edirlər. Onlar, həmçinin yenilənmiş Azərbaycan-Aİ Tərəfdaşlıq Prioritetlərinin qəbul edilməsinin və Azərbaycan Respublikası ilə Aİ arasında mövcud dialoq mexanizmlərindən tam həcmdə istifadənin əhəmiyyətini vurğulayırlar. Tərəflər, həmçinin Azərbaycan ilə Aİ üzv dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi səylərini yüksək dəyərləndirirlər.

1. Tərəflər aşağıdakı sahələrdə, lakin bununla məhdudlaşmadan, əməkdaşlıq etmək niyyətindədirlər:

a. Siyasi və Diplomatik Əməkdaşlıq: nazirliklər və qurumlar arasında müntəzəm məsləhətləşmələr, yüksəksəviyyəli səfərlərin mübadiləsi; qarşılıqlı faydalı əməkdaşlıq sahələrinin daha da dərinləşdirilməsi üçün məxsusi-məzmunlu yüksəksəviyyəli dialoqlar; ortaq maraq kəsb edən ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə praktiki əməkdaşlığın gücləndirilməsi.

b. İqtisadi və Ticarət Əməkdaşlığı: ikitərəfli ticarətin və sərmayə imkanlarının təşviqi, ikitərəfli iqtisadi əlaqələrin təşviqi mexanizmi kimi ticarət və sərmayə üzrə Almaniya-Azərbaycan Yüksək Səviyyəli İşçi Qrupunun fəaliyyətinin davam etdirilməsi; kənd təsərrüfatı, davamlı iqtisadi inkişaf, yaşıl enerji, yaşıl və aşağıkarbonlu hidrogen, enerji səmərəliliyi kimi sahələrdə əməkdaşlığın tam potensialından istifadə edərək, bağlantılar və infrastruktur, qaz da daxil olmaqla enerji axınları, iqlim fəaliyyəti və ətraf mühitin mühafizəsi, eləcə də davamlı su ehtiyatlarının idarə olunması kimi qlobal və regional əhəmiyyətli məsələlər üzrə əməkdaşlığın artırılması.

c. Təhlükəsizlik və Müdafiə: insan və narkotiklərin qanunsuz dövriyyəsi, mina təmizləmə sahəsində əməkdaşlıq və yardım da daxil olmaqla regional və qlobal təhlükəsizlik məsələləri üzrə nazirlər səviyyəsində dialoqun davam etdirilməsi; müdafiə sənayesində əməkdaşlığın təşviqi; Müdafiə Akademiyaları və qurumları arasında mütəxəssis və tələbə mübadiləsinin davam etdirilməsi; ortaq narahatlıq doğuran sahələrdə məlumat və ən yaxşı təcrübələrin mübadiləsi.

d. Mədəniyyət, Təhsil, Dil və İnsanlararası mübadilələr: qarşılıqlı anlaşmanı, mədəniyyətlərarası və dinlərarası dialoqu təşviq edən mədəni mübadilə fəaliyyətləri və proqramları; innovativ və rəqəmsal təhsil, peşə təhsili, birgə tədqiqat layihələri və akademik mübadilələr üzrə gələcək əməkdaşlıq imkanları barədə dialoq perspektivləri.

e. Elm, Texnologiya və İnnovasiya: rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişafda olan texnologiyalar sahəsində əməkdaşlığın təşviqi; təhsil və elm sahələrində əməkdaşlıq.

2. Bu siyasi bəyannaməyə əsasən fəaliyyətlərin həyata keçirilməsi resursların mövcudluğuna tabe və Tərəflərin müvafiq qanun və qaydalarına uyğun olacaqdır.

21 iyul 2026-cı il tarixində Berlin şəhərində ingilis dilində iki nüsxədə imzalanmışdır.

 

Azərbaycan Respublikası adından
İlham Əliyev
Prezident
 
Almaniya Federativ Respublikası adından
Fridrix Merts
Kansler

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!