18 İyul 2026 08:00
2422
SİYASƏT
A- A+
Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi

Şuşa Forumu: müdrikliyin və qətiyyətin təntənəsi


İnformasiya dövründə beynəlxalq medianın rolunun sürətlə artması yaşadığımız dövrün təkzibedilməz reallığıdır. Azərbaycan bu reallığı nəinki dərindən dərk etdiyini, habelə və dövlət maraqları naminə ondan faydalanmaq bacarığını illərdir ki, uğurla nümayiş etdirir. Ölkəmizdə gözəl ənənə halını almış Qlobal Media Forumu deyilənlərin ən bariz nümunələrindəndir. Forumların daha böyük mənasını beynəlxalq icmanın və mətbuatın Prezident İlham Əliyevin müdrik siyasətçi baxışlarını və tövsiyələrini dünyaya yaymaq istəyindən ibarət olduğunu sübut etməyə elə də ehtiyac yoxdur. Forum iştirakçılarının sayı, coğrafiyası və statusları etibarlı dəlil rolunu, düşünürəm ki, uğurla yerinə yetirir.


Azərbaycana artmaqda olan beynəlxalq maraq


Azərbaycanın böyük beynəlxalq dialoq mərkəzinə çevrilməsi, çoxsaylı dünya səviyyəli möhtəşəm tədbirlərə evsahibliyi etməsi, eləcə də Qlobal Media Forumu kimi diqqətəlayiq ənənənin əsasını qoyması ölkəmizin artmaqda olan rolunun və nüfuzunun birbaşa nəticəsidir. SSRİ-nin süqutundan sonra ağır iqtisadi, siyasi və sosial mirasla üz-üzə qalan gənc Azərbaycan dövləti Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində ən qısa zamanda iqtisadi-siyasi sabitliyi təmin etməyə, Ermənistanın ölkəmizə qarşı başladığı müharibəni dayandırmağa, iqtisadi tənəzzülün qarşısını almağa, nəinki Azərbaycanın və regionun, hətta bütün dünyanın enerji xəritəsini dəyişdirməyə əsas yaradan Əsrin Neft Müqaviləsini imzalamağa nail oldu. Artıq 30 ildən çoxdur ki, Azərbaycan Respublikası beynəlxalq icmanı bir-birindən əzəmətli uğur və nailiyyətləri ilə təəccübləndirməkdədir. Ən ümumi şəkildə bu uğurların sadəcə sadalanması ölkəmizin keçdiyi yolun əzəməti haqqında aydın təəssürat yaradır: iqtisadiyyatın sıçrayışla yüksəlməsi  və Azərbaycanın iqtisadi modeli adlanan fenomenin meydana gəlməsi, ölkəmizin ən uğurlu dövlət statusuna sahib olması, ard-arda baş verən diplomatik nailiyyətlər, ölkəmizin müasirləşməsi və simasının sürətlə yenilənməsi, yeni və perspektivli beynəlxalq enerji aktoruna çevrilməsi, 30 ilə yaxın müddət ərzində davam edən erməni işğalına son qoyulması... Qarabağın və Şərqi Zəngəzurun azad edilməsindən sonra sadalanan bu tarixi nailiyyətlərə yeni möhtəşəm layihə əlavə olunmaqdadır. Böyük qayıdış adlandırılan bu layihə əsasında işğal dövründə bütünlükdə yerlə yeksan edilmiş ərazilərdə  həyat tamamilə yenidən qurulur, regionun yeni möcüzəsi yaradılır. 

Dünya, əslində, Azərbaycan Respublikasının timsalında qətiyyətlin, mübarizliyin, qalib gəlmək bacarığının, eyni zamanda quruculuğun, müasirliyin yeni nümunəsinin şahidi olmaqdadır. Lakin düşünürəm ki, ölkəmizin bütün dünyaya fəxrlə nümayiş etdirdiyi digər və daha əhəmiyyətli amil İlham Əliyev fenomeni, onun rəhbər və siyasətçi təcrübəsidir. Xalqımız cənab İlham Əliyevin bir ölkənin prezidenti çərçivəsini aşaraq geniş beynəlxalq hörmət və ehtiram daşıyıcısına çevrilən nüfuzlu dövlət xadimi və siyasətçi qismində tanınmasına məmnunluqla şahidlik etməkdədir.

Ümummilli Lider Heydər Əliyevin və onun layiqli varisi Prezident İlham Əliyevin sayəsində Azərbaycan bir sıra əzəmətli nailiyyətlər qazanıb ki, onların hər biri, əslində, böyük dəyəri olan milli sərvətlər sayılmağa layiqdir. Bir həqiqət də ondan ibarətdir ki. ölkəmizin qürur duyduğu milli sərvətlər sırasında onun beynəlxalq nüfuzu, Prezident İlham Əliyevə olan dərin hörmət və ehtiram xüsusi yer tutur. Bu mənada ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərin, o cümlədən IV Media Forumunun başlıca cazibə qüvvəsinin Prezident İlham Əliyevdən ibarət olması qətiyyətlə qeyd oluna bilər və qeyd olunmalıdır.


Azərbaycan təcrübəsinin öyrənilməsi və təbliği


Böyük nailiyyətlər qazanmış ölkələrin təcrübəsinin öyrənilməsi qədim tarixə malik ənənə sayılır. Qürurverici haldır ki, müasir dövrdə təcrübəsi öyrənilən və təbliğ edilən dövlətlər arasında Azərbaycanın adı getdikcə daha tez-tez çəkilməkdədir. Müşahidə edilən odur ki, ölkəmizin çoxşaxəliliyi ilə seçilən uğurları hər bir konkret dövlət üçün faydalı ola bilir və  buna görə də Azərbaycanın cazibədarlığı artıq sanki beynəlxalq brendə çevrilib. 

Yaşadığımız dövr bir sıra uzun sürən qanlı münaqişələr və müharibələrlə müşayiət olunur. Bu kontekstdə 2020-ci ildə qazandığımız əzəmətli Qələbənin və 2023-cü ildə separatizm yuvasının birdəfəlik ləğv edilməsinin tarixi əhəmiyyəti yalnız dünya hərb tarixinin "qızıl fondu"na daxil olması ilə yekunlaşmır. Vətən müharibəsi nəinki Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad etdi, Azərbaycanın tam ərazi suverenliyini bərpa etdi, habelə böyük beynəlxalq siyasi hadisəyə çevrildi. Söhbət müasir münaqişələri uğurla, qısa vaxtda aradan qaldırmaq bacarığının və nümunəsinin dünya birliyinə təqdim edilməsindən gedir. Beynəlxalq ekspertlərlə yanaşı, münaqişə ağrılarını yaşamağa məhkum olmuş ölkələrin rəhbərlərinin Azərbaycan təcrübəsinə dərin marağını anlamaq o qədər də çətin deyil. Ədalət naminə vurğulanmalıdır ki, ölkəmiz qazandığı zəngin təcrübəni həvəslə bölüşür və bununla da dünyada sülhün və anlaşmanın bərqərar olmasına mühüm töhfə verir. 

Onu da ayrıca qeyd etməkdə  fayda var ki, Azərbaycanın  bölüşdüyü təcrübə tək Qələbə nümunəsi ilə yekunlaşmır. Sıçrayışlı iqtisadi yüksəliş, müasirləşmə, innovativ inkişaf yolları, ənənəvi enerji ilə yanaşı, bərpaolunan enerji növlərinin istifadə edilməsi kimi problemin uğurla uzlaşdırılması və sair Azərbaycan təcrübəsinin zənginliyindən xəbər verən reallıqlardır. 

30 il işğala məruz qalan Azərbaycanın möhtəşəm qələbəsindən dərhal sonra regionda sülh və əməkdaşlıq çağırışlarının onun  xarici siyasət gündəliyinin əsas qayəsinə çevrilməsi ölkəmizin beynəlxalq təcrübəsinin cazibədarlığını xüsusilə artırır. Uzun sürən münaqişə və müharibə dövrünü yaşayan ölkələrin əməkdaşlıq gündəliyini bərpa etməsinə onilliklər lazım olduğu halda Azərbaycanın ən qısa vaxtda əməkdaşlıq çağırışlarına sadiq qalması özlüyündə beynəlxalq həyatın unikal hadisəsidir. Təbii ki, Prezident İlham Əliyev siyasətinin ən parlaq xüsusiyyətləri sırasında yer tutan sadalanan məqamlar çoxları üçün faydalı və cəlbedici olduğundan onların Şuşa Qlobal Media Forumunda xüsusi diqqət mərkəzində olması tamamilə təbii və anlaşılandır. 

Diqqətçəkən digər Azərbaycan təcrübəsi sırasında regionda beynəlxalq kommunikasiya layihələri qeyd oluna bilər. Ölkəmizin qeyri-adi coğrafi imkanlarının qüdrətli geopolitik amilə çevrilməsi İlham Əliyevin diplomatik konsepsiyasının ayrıca tərkib hissəsini təşkil edir, ciddi iqtisadi dividendlər vəd edir və buna görə də öz növbəsində xüsusi cazibə amilinə çevrilir.

Beləliklə, Azərbaycan və onun tarixi əhəmiyyət kəsb edən təcrübəsi ilə yanaşı, Prezident İlham Əliyevin aydın müşahidə olunan zəngin təcrübəsi beynəlxalq medianın diqqətindən kənarda qalmır. Tanınmış jurnalistlərin, ekspertlərin, qlobal media nəhənglərinin aparıcı nümayəndələrinin yolunun tez-tez Azərbaycana düşməsi ölkəmizə və onun zəngin təcrübəsinə qlobal marağın ibrətamiz nümunəsidir. Bu, eyni zamanda yenidən qurulan Qarabağ və Şərqi Zəngəzurun timsalında Azərbaycanın imkan və bacarıqlarının, Prezident İlham Əliyevin idarəçilik baxışlarının genişliyinin parlaq nümayişidir.


Prezident İlham Əliyevin sülh tövsiyələri


Azərbaycan dünyada uğurlu keçidin diqqətəlayiq məkanlarından biridir desək, düşünürəm ki, səhvə yol vermərik. İqtisadiyyatda və sosial sferada tətbiq olunan müasir innovativ yanaşmalar, "yaşıl keçid", digər çoxsaylı yeniliklər sözügedən reallıqlardan xəbər verir. Cəmi bir neçə il bundan əvvələ aid olan müharibə ritorikasından sülh və əməkdaşlıq gündəliyinə keçid, bir yandan ölkəmizin beynəlxalq cazibədarlığını əhəmiyyətli dərəcədə artırıb, digər yandan isə Azərbaycana və ölkəmizin təcrübəsinə marağı inanılmaz dərəcədə gücləndirib. Tanınmış beynəlxalq informasiya kanallarının günlərdir davam edən Şuşa Qlobal Forumundan materiallar paylaşması bu marağın aydın ifadəsidir. 

Forumda ən çox yaddaqalan məqamlar sırasında iştirakçıların Prezident İlham Əliyevin müxtəlif sahələrlə əlaqədar tövsiyələrini xahiş etməsi xüsusilə vurğulanmağa layiqdir. Əvvəla, beynəlxalq media nəhənglərinin Azərbaycan Prezidentinin ayrı-ayrı məsələlərlə əlaqədar tövsiyələrini öyrənməyə çalışması olduqca diqqətəlayiq haldır. Digər tərəfdən isə inanırıq ki, bu tövsiyələr müxtəlif ölkələrdə qarşıya çıxan problemlərin aradan qaldırılmasında stimulverici rol oynaya biləcək, çünki səsləndirilən tövsiyələr müdrik Prezidentin qazandığı təcrübə kimi ciddi əsasa istinad edir.

Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, Prezident öz tövsiyələri ilə qarşımızda təcrübəli dövlət xadimi olmaqla yanaşı, eyni zamanda dərin insani keyfiyyətlərə malik olan lider kimi dayanır. O, zorən müharibəyə cəlb edilən ölkələrə qətiyyət nümayiş etdirməyi arzulamaqla yanaşı, münaqişənin dayandırılması istəyini  özünün insani mövqeyi olaraq təqdim edir və bu baxımdan fundamental humanist dəyərlər  carçısı mahiyyətini ortaya qoyur.

Düşünürəm ki, artıq ənənə halını almış Qlobal Media Forumu təkcə Azərbaycanın uğurlarının dünyaya təqdimatı baxımından mühüm əhəmiyyət kəsb etdirmir. Onun daha geniş beynəlxalq missiya daşıyıcısı olması gündəliyinin zənginliyindən, müasir qlobal proseslərə həssaslığından, Prezident İlham Əliyevin çoxşaxəli baxışını dolğun və ilk mənbə əsasında şərh etmək imkanına malik olmasından qaynaqlanır. ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin forumda çıxışını öz sosial şəbəkə səhifəsində paylaşması həm foruma, həm də dövlətimizin başçısının baxışlarına və qiymətləndirilməsinə ən yüksək beynəlxalq reaksiya hesab oluna bilər. Azərbaycanın, onun uğurlarının və Prezidentinin fəaliyyətinin müasir dünyanın diqqət mərkəzində olması müasir tariximizin ruhlandırıcı reallığına çevrilib. Ölkəmizin böyük və etibarlı gələcəyə doğru qətiyyətli addımları bu reallıqlar zəminində  daha inamlı görünür. Təqdirəlayiqdir ki, "Azərbaycan dünyaya günəş kimi doğacaq" deyən Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və uzaqgörənliyi onun 1969-cu il iyul ayının 14-də Azərbaycanın rəhbəri seçilməsinin ildönümü ərəfəsində Şuşa Qlobal Media Forumunun timsalında bir daha təsdiqini tapır. 


Əli ƏHMƏDOV, 

Yeni Azərbaycan Partiyası Sədrinin müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb  VİDEO  

23:18
24 Avqust

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

21:44
24 Avqust

Dünya okeanlarında temperatur rekord həddə çatıb

21:09
24 Avqust

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub 

20:40
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

19:57
24 Avqust

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

18:51
24 Avqust

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:07
24 Avqust

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

18:01
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

17:54
24 Avqust

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək  

17:46
24 Avqust

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

17:17
24 Avqust

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq  

17:15
24 Avqust

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

17:13
24 Avqust

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

16:53
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

16:49
24 Avqust

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq

16:41
24 Avqust

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB  

16:41
24 Avqust

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

16:27
24 Avqust

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!