22 İyul 2026 09:00
545
SİYASƏT
A- A+
Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq

Münasibətlər daha sistemli və çoxşaxəli xarakter alacaq


Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin gələcək inkişaf perspektivləri baxımından mühüm siyasi hadisə kimi dəyərləndirilə bilər. Səfər yalnız ikitərəfli münasibətlərin növbəti mərhələsi deyil, həm də Avropada dəyişən geosiyasi və geoiqtisadi reallıqlar fonunda Bakı ilə Berlin arasında əməkdaşlığın məzmununun genişləndiyini göstərən əhəmiyyətli göstəricidir. 

Milli Məclisin deputatı Sevinc FƏTƏLİYEVA qəzetimizə açıqlamasında deyib ki, son illər Avropanın enerji təhlükəsizliyi, qlobal nəqliyyat marşrutlarının transformasiyası, Orta dəhlizin strateji əhəmiyyətinin artması və Cənubi Qafqazda formalaşmış yeni reallıqlar Azərbaycanı Almaniya üçün daha mühüm tərəfdaşlardan birinə çevirib. Berlinə səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya Kansleri Fridrix Merts ilə keçirdiyi görüş, eləcə də Alman İqtisadiyyatının Şərq Komitəsinin rəhbərliyi ilə apardığı müzakirələr münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi dialoq oldu. Tərəflər enerji təhlükəsizliyi, sənaye kooperasiyası, investisiyalar, nəqliyyat-logistika, rəqəmsal texnologiyalar və "yaşıl enerji" sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər. Bu isə göstərir ki, Azərbaycan və Almaniya münasibətləri artıq ənənəvi enerji əməkdaşlığından daha geniş strateji gündəmə keçid edir.

Deputatın sözlərinə görə, Azərbaycan və Almaniya arasında münasibətlər uzun illər ərzində qarşılıqlı maraqlar əsasında inkişaf edib: "Bununla belə bəzi dövrlərdə Avropa İttifaqının ayrı-ayrı institutlarının Azərbaycana münasibətdə nümayiş etdirdiyi selektiv yanaşma siyasi dialoqun dinamikasına müəyyən təsir göstərmişdi. Lakin Almaniya hər zaman iqtisadi praqmatizmi ilə seçilən dövlət olub. Berlin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, regionun sabitliyinə verdiyi töhfəni və nəqliyyat-logistika imkanlarını strateji baxımdan yüksək qiymətləndirib. Məhz buna görə də müəyyən siyasi fikir ayrılıqları iqtisadi əməkdaşlığın inkişafına ciddi maneə yarada bilməyib. Hazırda isə münasibətlərin inkişafı üçün daha əlverişli beynəlxalq şərait formalaşıb. Avropada enerji təhlükəsizliyi artıq iqtisadi məsələ olmaqdan çıxaraq milli təhlükəsizlik məsələsinə çevrilib. Azərbaycan isə son illərdə özünü etibarlı və məsuliyyətli enerji tərəfdaşı kimi təsdiqləyib. "Cənub qaz dəhlizi"nin uğurlu fəaliyyəti, Azərbaycanın Avropaya qaz ixracının ardıcıl şəkildə artırılması və uzunmüddətli öhdəliklərə sadiqliyi Almaniya da daxil olmaqla, Avropa dövlətləri üçün ölkəmizin əhəmiyyətini daha da artırıb". 

Azərbaycanın strateji əhəmiyyətinin yalnız enerji ilə məhdudlaşmadığını deyən S.Fətəliyeva əlavə edib ki, son illər Orta dəhlizin qlobal logistika sistemində rolu əhəmiyyətli dərəcədə artıb. Avropa ilə Mərkəzi Asiyanı və Çin bazarını birləşdirən bu marşrut qlobal təchizat zəncirlərinin şaxələndirilməsi baxımından xüsusi önəm kəsb edir. Azərbaycanın müasir nəqliyyat infrastrukturu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu və digər tranzit imkanları Almaniyanın ixracyönümlü iqtisadiyyatı üçün mühüm üstünlüklər yaradır. Bu səbəbdən Berlin Azərbaycanı yalnız enerji təchizatçısı deyil, həm də Avrasiyanın mühüm logistik qovşaqlarından biri kimi qiymətləndirir. "Diqqətçəkən məqamlardan biri də Almaniyada yeni hökumətin fəaliyyətə başlamasıdır. Kansler Fridrix Mertsin rəhbərlik etdiyi hökumət iqtisadi rəqabət qabiliyyətinin artırılmasını, yeni bazarlara çıxışı və etibarlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini xarici siyasətin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib. Bu yanaşma Azərbaycanla münasibətlərin inkişafı üçün də yeni imkanlar yaradıb. Çünki Azərbaycan regionda sabitlik, siyasi etibarlılıq və uzunmüddətli əməkdaşlıq baxımından Almaniyanın maraqlarına cavab verən azsaylı tərəfdaşlardan biridir. Prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndələri ilə görüşü də bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Alman şirkətləri Azərbaycanın sənaye parklarında, bərpaolunan enerji layihələrində, rəqəmsal iqtisadiyyatın inkişafında, nəqliyyat-logistika infrastrukturunda və sənaye istehsalında iştirak imkanlarını genişləndirməkdə maraqlıdırlar. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri alman biznesi üçün yeni əməkdaşlıq platformaları yarada bilər. Bu, iqtisadi münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsinin göstəricilərindən biridir", - deyə o bildirib.

Deputat qeyd edib ki, münasibətlərin inkişafına təsir edən digər mühüm amil regionda yaranmış yeni siyasi reallıqdır. Azərbaycan öz suverenliyini tam bərpa edib. Artıq Cənubi Qafqazın gündəliyi münaqişə deyil, regional əməkdaşlıq, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin icrasıdır. Avropanın aparıcı dövlətləri, o cümlədən Almaniya da bu reallığı nəzərə alaraq regionla bağlı siyasətini tədricən daha praqmatik əsasda qurmağa başlayır. Bu yanaşma həm iqtisadi maraqların təmin olunmasına, həm də Cənubi Qafqazda uzunmüddətli sabitliyin möhkəmlənməsinə xidmət edir. Müasir beynəlxalq münasibətlər göstərir ki, qarşılıqlı hörmətə, dövlətlərin suverenliyinə və milli maraqların nəzərə alınmasına əsaslanan praqmatik əməkdaşlıq daha dayanıqlı nəticələr verir.

S.Fətəliyeva vurğulayıb ki, bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir: "Əgər əvvəlki dövrdə əməkdaşlığın əsasını enerji sektoru təşkil edirdisə, hazırda gündəlik sənaye kooperasiyası, yüksək texnologiyalar, rəqəmsal iqtisadiyyat, "yaşıl enerji", logistika və investisiyalar istiqamətində əməkdaşlıq əhəmiyyətli dərəcədə genişlənir. Mövcud geosiyasi şərait və tərəflərin qarşılıqlı maraqları nəzərə alındıqda Bakı ilə Berlin arasında münasibətlərin yaxın illərdə daha sistemli, çoxşaxəli və strateji xarakter alacağı gözlənilir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

01:17
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:16
13 Avqust

E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:15
13 Avqust

Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında

01:14
13 Avqust

N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

01:13
13 Avqust

Naxçıvan Muxtar Respublikası ərazisində əsaslı təmir olunacaq kəndlərarası, şəhər və kəndlər ərazilərindəki avtomobil yollarının SİYAHISI

01:12
13 Avqust

Aktau şəhərindəki logistika kompleksi şəbəkəsi Azərbaycanı da əhatə edəcək  

22:09
12 Avqust

Süni intellekt həllərinin təhlükəsizlik auditi artıq zərurətə çevrilir   

22:07
12 Avqust

Naxçıvanın yeni dövrü: logistika qovşağı, sənaye və regional inkişaf 

22:05
12 Avqust

“Azərkosmos” şəhər təsərrüfatının idarə edilməsində “WebGIS” platformasını tətbiq edir  

20:30
12 Avqust

Bu ilin ikinci Günəş tutulması başlayıb  

20:25
12 Avqust

Parlamentlərdə gənclərin təmsilçiliyi diqqət mərkəzindədir  

20:20
12 Avqust

Prezident İlham Əliyevin Naxçıvana səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

20:15
12 Avqust

Uşaq Səfirlər Məclisinin məzunlarına təşəkkürnamələr, yeni üzvlərə kartlar təqdim olunub  

20:10
12 Avqust

Naxçıvanın yeni inkişaf salnaməsi yazılır ŞƏRH  

20:05
12 Avqust

Xocavənddə buldozer minaya düşüb, 2 nəfər xəsarət alıb  

20:02
12 Avqust

Mütəxəssis: Xəzər dənizinin səviyyəsinin enməsi 2040-2050-ci illərə qədər davam edəcək  

19:05
12 Avqust

Naxçıvan regional və beynəlxalq nəqliyyat sisteminin mühüm qovşaqlarından birinə çevrilir ŞƏRH  

19:00
12 Avqust

Azərbaycan Batumidə keçirilən musiqi festivalında təmsil olunub  

18:55
12 Avqust

Pakistanlı ekspert: Azərbaycanın coğrafi mövqeyi iqtisadi və strateji təsir imkanlarına çevrilə bilər  

18:50
12 Avqust

Politoloq: Naxçıvanın qarşısında böyük inkişaf imkanları açılır  

18:46
12 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!