31 Avqust 2025 01:18
14058
Fərmanlar
A- A+
İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında

İşğaldan azad olunmuş ərazilərdə tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında tullantıların idarə edilməsi sisteminin müasir tələblərə uyğun inkişafının təmin edilməsi və bu fəaliyyətin işğaldan azad olunmuş ərazilərdə sistemli həyata keçirilməsi məqsədilə qərara alıram:

1.  Müəyyən edilsin ki:

1.1.  işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması aşağıdakı publik hüquqi şəxslər tərəfindən həyata keçirilir:

1.1.1. Şuşa şəhəri və Şuşa rayonu üzrə- Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi;

1.1.2. Cəbrayıl, Qubadlı və Zəngilan rayonları üzrə - Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.3. Ağdam, Füzuli və Xocavənd rayonları üzrə - Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.4. Laçın rayonu üzrə - Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.5. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə-Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti;

1.1.6. Kəlbəcər rayonu üzrə - Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti.

1.2.  "Təmiz şəhər" Açıq Səhmdar Cəmiyyətinin işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması ilə bağlı bütün əmlakı müvafiq olaraq bu Fərmanın 1.1.1 - 1.1.6-cı yarımbəndlərində qeyd olunan publik hüquqi şəxslərin balansına verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Fərmanın 1.1-ci bəndində göstərilən işlərin həyata keçirilməsinin maliyyələşdirilməsi üçün növbəti illərin dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, №1, maddə 28, № 3, maddə 228) ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"nin 3.1.1-7 - 3.1.1-15-ci yarımbəndləri müvafiq olaraq 3.1.1-8 - 3.1.1-16-cı yarımbəndlər hesab olunsun və aşağıdakı məzmunda 3.1.1-7-ci yarımbənd əlavə edilsin:

"3.1.1-7. rayon ərazisində və müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;".

4. "Tullantıların idarə edilməsi sahəsində əlavə tədbirlər və "Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 2 iyul tarixli 1735 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 724 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə "Bakı şəhərinin Qala qəsəbəsinin" sözləri "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun" sözləri ilə əvəz edilsin;

4.2. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.2. işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi.";

4.3. 1.3-cü bənd ləğv edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1756 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 745 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

"3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;".

6. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 iyul tarixli 1757 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 7, maddə 746 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş "Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

"3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;".

7. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 may tarixli 2151 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 655 (Cild I); 2024, № 4, maddə 373, № 7, maddə 794; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş "Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

"3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;".

8. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 1 aprel tarixli 25 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 4, maddə 372; 2025, № 1, maddə 28; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 31 iyul tarixli 458 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

"3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;".

9. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 134 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 793; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi"nə aşağıdakı məzmunda 3.1.8-1-ci yarımbənd əlavə edilsin:

"3.1.8-1. müvafiq ərazidə bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması işlərini həyata keçirmək;".

10. "Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

10.1. 2-ci hissə üzrə:

10.1.1. 2.1-ci bənddə "Bakı şəhərinin Qala qəsəbəsinin" sözləri "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun" sözləri ilə əvəz edilsin;

10.1.2. 2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

"2.2. işğaldan azad edilmiş ərazilərdə əmələ gələn bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsi.";

10.1.3. 2.3-cü bənd ləğv edilsin.

10.2. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:

"4. Bakı şəhərinin ərazisində ("Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi istisna olmaqla) əmələgəlmə mənbəyindən asılı olmayaraq bərk məişət tullantılarının, habelə digər təhlükəsiz bərk tullantıların yığılması və daşınması Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilsin.".

11. "Məişət tullantıları ilə bağlı idarəetmə sahəsində bəzi məsələlərin tənzimlənməsi və "Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 2701 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 631 (Cild I) 1-ci hissəsinə "şəhərinin" sözündən sonra "və Şuşa rayonunun" sözləri əlavə olunsun və həmin hissədən "bütün",  "yığılmasını, daşınmasını," sözləri çıxarılsın.

12. Bu Fərman 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 29 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan nefti 94 dollara satılır

10:00
24 Noyabr

Neptundan kənarda Yerdən iki dəfə böyük planet mövcud ola bilər – Araşdırma

09:56
24 Noyabr

Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib  

09:51
24 Noyabr

Hörmüz boğazında üç neft tankeri minaya düşərək alovlanıb

09:49
24 Noyabr

Antibiotiklərdən düzgün istifadə sağlam həyatın təminatıdır

09:45
24 Noyabr

Prokurorluq orqanlarında qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsi keçirilib

09:40
24 Noyabr

Qışdır, soyuqdur deyib istirahətinizi yaya saxlamayın

09:35
24 Noyabr

Tarixi keçmişdən soraq verən memarlıq abidəsi 

09:30
24 Noyabr

Gördü, sevdi, seçdi

09:25
24 Noyabr

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!