24 Noyabr 2026 08:25
139
İQTİSADİYYAT
A- A+
Hasilatı artırmaq üçün laylar "canlandırılır"

Hasilatı artırmaq üçün laylar "canlandırılır"


Prezident İlham ƏLİYEV: "Neft və qaz hələ də ən cəlbedici investisiya sahələrindən biri kimi investisiyaların həcmi nöqteyi-nəzərindən ən böyük seqment olacaqdır" 


"Azəri-Çıraq-Günəşli"dən (AÇG) hasilatın təbii azalma tempini idarə etmək və bu yataqlar blokundan maksimum neftverməyə nail olmaq məqsədilə tədbirlər davam edir. Bu tədbirlər dörd əsas istiqamət üzrə BP və SOCAR-ın əməkdaşlığı şəraitində həyata keçirilir.

Birgə səylər nəticəsində AÇG-də hasilatın illik azalma tempini 2023-cü ildəki təxminən 12 faizdən hazırda təxminən 3 faizə  endirmək mümkün olub. Bu da sənaye üzrə orta göstəricidən əhəmiyyətli dərəcədə aşağıdır. Bu nəticə yetkin mərhələdə olan bu blokdan hasilatın uzunmüddətli davamlılığının təmin edilməsi məqsədilə həyata keçirilən  tədbirlərin effektivliyini göstərir.

Prezident İlham Əliyev neft hasilatının sabitləşdirilməsini iqtisadi sahədə qarşıda duran vəzifələrdən biri kimi elan edib. Xüsusilə "Azəri-Çıraq-Günəşli" yataqlarında obyektiv səbəblərə görə hasilatın düşmə templərini qeyd edərək diqqəti onların sabitləşdirilməsinə yönəldib. 

Hasilatı artırmağın şərtlərindən biri  əməliyyat etibarlılığıdır. Hazırda AÇG təxminən 95 faiz  əməliyyat səmərəliliyi və təxminən 99 faiz qurğu etibarlılığı ilə fəaliyyət göstərir. Bu göstəricilər həm BP daxilində, həm də sənaye üzrə ən yüksək göstəricilər sırasındadır.

Şərtlərdən biri də layların "canlandırılması"dır. Bunun üçün su və qazın laylara vurulması proqramları həyata keçirilir. Məsələn, 2025-ci ildə ümumilikdə 6 injektor quyusu qazılaraq istismara verilib və 2026-cı ilin sonunadək eyni sayda injektor quyusunun təhvil verilməsi nəzərdə tutulub. 

Bu yaxınlarda "Mərkəzi Azəri" platformasında həyata keçirilmiş "Mərkəzi Azəri Qaz Genişləndirilməsi" (CAGE) layihəsi nəticəsində platformada qazın yenidən laylara vurulma gücü 20 faiz artırılıb ki, bu da mövcud quyulardan neftverməni maksimuma çatdırmağa kömək edir.

Layihə çərçivəsində platformadakı mövcud dörd qazvurma kompressoru əsaslı şəkildə modernləşdirilib. Bu işlər platformadakı əməliyyatların fasiləsizliyi təmin edilərək, yəni hasilatın dayandırılmasına və məşəldə əlavə qazın yandırılmasına ehtiyac olmadan yerinə yetirilib. 

Layihə çərçivəsində həmçinin qazın yenidən laylara vurulması gücünün artırılmasına və əməliyyat çevikliyinin gücləndirilməsinə dəstək məqsədilə kompressorun giriş xəttindəki kollektor boru sistemində modifikasiyalar həyata keçirilib. Bu modifikasiyalar avqust ayında "Mərkəzi Azəri" platformasında aparılmış profilaktik işlər proqramı zamanı yerinə yetirilib və bunun ardınca layihə üzrə bütün qalan yekun işlər tamamlanıb. 

Xatırladaq ki, hazırda AÇG-də 9 platforma - 7 hasilat platforması və 2 emal, qaz kompressiyası, suvurma və texnoloji platforma var. Bu platformalardan neft və səmt qazı Bakı yaxınlığında yerləşən, dünyanın ən böyük neft və qaz terminallarından biri olan Səngəçal terminalına nəql olunur.

AÇG-də ən son işə salınmış hasilat quyusu ACE platformasıdır. ACE texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platforma olaraq 2024-cü ilin aprel ayında hasilata başlayıb.              

Platformanın innovativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. 


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:03
24 Noyabr

A.Y.Əsgərovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:02
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:00
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:59
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!