24 Noyabr 2026 08:40
98
SİYASƏT
A- A+
Ermənistan tarixi sınaq qarşısındadır

Ermənistan tarixi sınaq qarşısındadır


Yekun sazişin imzalanması üçün yeni konstitusiya layihəsinin qəbul edilməsi vacibdir, əks halda sülh gündəliyi dalana dirənəcək


Ermənistanda ölkənin siyasi gündəmini kökündən dəyişən və regional münasibətlərdə yeni dövrün əsasını qoyan konstitusiya islahatları rəsmi müstəviyə keçib. Baş nazir Nikol Paşinyan sosial şəbəkə hesabında yeni yaradılmış xüsusi veb-sayt vasitəsilə ölkənin yeni konstitusiya layihəsini ictimaiyyətə təqdim edib və bu mühüm hadisə ilə bağlı xalqa müraciət ünvanlayıb. 

Rəsmi İrəvanın bu addımı təkcə daxili qanunvericilik islahatı deyil, eyni zamanda Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması yolundakı əsas hüquqi maneənin aradan qaldırılması baxımından həlledici dönüş nöqtəsi kimi qiymətləndirilir. Bu ali sənədin dərc olunması regionda yeni siyasi reallıqların formalaşdığını və Ermənistanın köhnə ideoloji buxovlardan xilas olmaq niyyətini açıq şəkildə nümayiş etdirir. Hökumət yeni qanunvericiliyin qəbulunu dövlətçilik əsaslarının möhkəmləndirilməsi və sənədin həqiqətən xalqın iradəsinin ifadəsinə çevrilməsi ilə izah edir. Bu yanaşmaya görə, dövlət hakimiyyətinin yeganə mənbəyi xalq olmalı, vətəndaşlar idarəçiliyə nəzarət imkanına malik olmalıdırlar. Bununla yanaşı, yeni konstitusiya konsepsiyası Ermənistanda milli kimliyin inkişafında köklü dəyişikliyi də hədəfləyir. 

Layihədə diqqətçəkən mühüm və tarixi məqam Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının yer aldığı 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yeni konstitusiya mətnindən tamamilə çıxarılmasıdır. Məlum olduğu kimi, rəsmi Bakı yekun sülh sazişinin imzalanması üçün məhz bu revanşist müddəanın Ermənistan konstitusiyasından çıxarılmasını əsas şərt kimi irəli sürmüşdü. İrəvanın bu tələbi nəzərə alaraq yeni mətni ərazi iddialarından təmizləməsi regionda uzunmüddətli sabitliyin təmin edilməsi istiqamətində atılmış praqmatik addımdır. 

Nikol Paşinyan xalqa müraciətində mövcud konstitusiyanın legitimlik böhranına toxunaraq, indiyədək keçirilmiş referendumların cəmiyyət tərəfindən qəbul edilmədiyini açıq şəkildə etiraf edib. Hökumət başçısı vətəndaşla dövlət arasındakı hüquqi uçurumu aradan qaldırmağın vacibliyini vurğulayaraq bildirib: "Yeni konstitusiyanın qəbulu ilə vətəndaşla ölkədə formalaşmış hüquq qaydası arasında üzvi yeni əlaqə yaratmağımız lazımdır". Mövcud qanunların xalqın real iradəsinə söykənmədiyini qeyd edən baş nazir sözlərinə belə davam edib: "Amma vətəndaşla ölkədə formalaşmış hüquqi qaydalar arasında üzvi əlaqə mövcud deyil. Bunun səbəbi isə əvvəlki bütün konstitusiyaların ictimaiyyətin geniş şəkildə qəbul etdiyi formada, vətəndaşların azad iradə ifadəsi ilə qəbul edilməməsidir. Bu referendumların nəticələri saxtalaşdırılıb". 

Bu etiraf Ermənistanda köhnə siyasi sistemin qeyri-legitimliyinin rəsmi səviyyədə təsdiqi olmaqla yanaşı, yeni konstitusiyanın şəffaf və ümumxalq səsverməsi yolu ilə qəbulunun nə dərəcədə zəruri olduğunu ortaya qoyur. 

Müraciətin əsas siyasi xəttini yeni konstitusiyanın qəbulundan dərhal sonra Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiya edilməsi vədi təşkil edir. Paşinyan sülhün artıq əlçatan olduğunu və Ermənistanın xarici siyasət fəlsəfəsinin kökündən dəyişdiyini bəyan edərək deyib: "Yeni konstitusiya layihəsinin 8-ci maddəsində Ermənistan Respublikasının xarici siyasətinin məqsədinin sülhün təmin edilməsi olduğu təsbit edilir. Bu, tarixi əhəmiyyət daşıyan müddəadır. Bununla, bəli, 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsinin məntiqindən, yəni münaqişə məntiqindən imtina edilir". Cəmiyyətdə yarana biləcək manipulyasiyaların qarşısını almağa çalışan hökumət başçısı bu addımın kənar təzyiqlərlə deyil, məhz Ermənistanın öz dövlətçilik maraqları naminə atıldığını xüsusi qeyd edib. Bu fikirlər Ermənistanın onilliklər boyu xarici güclərin əlində alət və ya "forpost" kimi istifadə olunması siyasətindən imtina edərək, qonşularla dinc yanaşı yaşayan dövlət qurmaq niyyətindən xəbər verir.

Bununla belə, yekun sülhə aparan bu tarixi prosesin reallaşması həm Ermənistan cəmiyyətinin, həm də siyasi qüvvələrin referendumda "hə" deməsindən bilavasitə asılıdır. Xalqın yeni konstitusiyaya dəstək verməsi təkcə hüquqi islahat deyil, həm də müharibə və təcrid siyasətinin birdəfəlik rədd edilməsi anlamına gəlir. Prosesin parlament mərhələsində isə müxalifətin konstruktiv mövqe tutması həyati əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Paşinyan sülhə gedən yolda yeganə əngəl kimi məhz parlament müxalifətini görür və cəmiyyətin bu maneəni aşacağına əminliyini ifadə edərək bildirir: "Sülh prosesini yekunlaşdırmaq yolunda irəliləyirik. Bu yolda kiçik maneə var - parlament müxalifəti. Heç bir şübhəm yoxdur ki, Ermənistan xalqı bu maneəni dəf edəcək".

Baş nazir müxalifəti siyasi məsuliyyəti bölüşməyə və referendumun keçirilməsi üçün parlamentdə çatışmayan səsləri təmin etməyə çağıraraq, siyasi karyerasını bu prosesin girovuna çevirən təklif irəli sürüb: "Əgər xalq yeni konstitusiyaya qarşı səs versə, yəni arqumentlərim ictimaiyyətimizi inandırmasa, referendumun nəticələrinin rəsmi elanından sonra bir həftə ərzində istefa verəcəyəm". Paşinyan həmçinin rəsmi şəkildə bəyan edib ki, yeni konstitusiya qəbul edilərsə, baş nazir vəzifəsinə namizədliyini irəli sürməyəcək. Bu bəyanat Ermənistan müxalifətini siyasi seçim qarşısında qoyur. Əgər müxalifət həqiqətən Paşinyanın hakimiyyətdən getməsini istəyirsə, yeganə yol referendumun keçirilməsinə razılıq verməkdir ki, bu da istənilən nəticə ilə ölkəni yeni siyasi reallığa aparacaq.

Konstitusiya islahatları və sülh gündəliyi ilə paralel şəkildə regionda iqtisadi və nəqliyyat inteqrasiyasını nəzərdə tutan konkret praktik addımların atılması da prosesin ciddiliyini artırır. Ermənistan hökumətinin TRIPP layihəsi ilə bağlı beşillik Fəaliyyət Planını təsdiqləməsi və layihənin icrasına start verməsi regional arxitekturanın kağız üzərindən reallığa keçdiyini göstərir. Artıq hökumət tərəfindən TRIPP layihəsi çərçivəsində ilkin hazırlıq işləri üçün vəsait ayrılıb. ABŞ-nin nüfuzlu AECOM mühəndislik və konsaltinq şirkəti isə dəmir yolu əlaqəsinin texniki-iqtisadi əsaslandırılması üzrə ilkin tədqiqatın nəticələrini Ermənistan baş nazirinin müavini Mqer Qriqoryana təqdim edib. ABŞ-nin bu prosesdə texniki və siyasi səviyyədə fəal iştirakı layihənin beynəlxalq zəmanət altında icra olunduğunu və regional nəqliyyat dəhlizlərinin açılmasının geridönməz xarakter aldığını təsdiqləyir.

Proseslərin təhlili göstərir ki, Ermənistan hazırda öz tarixinin həlledici yolayrıcındadır. Yeni konstitusiya layihəsinin dərc edilməsi, Müstəqillik Bəyannaməsinin münaqişə məntiqindən imtina olunması və TRIPP kimi irimiqyaslı regional kommunikasiya layihələrinin icrasına başlanılması Cənubi Qafqazda davamlı sülh və iqtisadi tərəqqi üçün real zəmin yaradır. İndi əsas söz Ermənistan cəmiyyətinin və siyasi elitasınındır. Referendumda veriləcək "hə" cavabı bütövlükdə regionun taleyini müəyyən edəcək və Cənubi Qafqazı qarşıdurma meydanından əməkdaşlıq və sülh mərkəzinə çevirəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:03
24 Noyabr

A.Y.Əsgərovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:02
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!