24 Noyabr 2026 08:15
80
SİYASƏT
A- A+
Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq


Azərbaycan ilə Vyetnam arasındakı münasibətlər zəngin tarixə söykənir. Coğrafi uzaqlığa baxmayaraq, iki xalqı birləşdirən səmimi dostluq, qarşılıqlı hörmət və ortaq mübarizə tarixi bu gün özünün ən yüksək - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Noyabrın 19-da Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bu tarixi bağların müasir dövrün çağırışlarına uyğun olaraq yeni məzmunla zənginləşdiyini göstərən mühüm siyasi hadisə oldu. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlər və imzalanan sənədlər Bakı ilə Hanoy arasında siyasi dialoqun intensivliyini və qarşılıqlı etimadın yüksək səviyyəsini bir daha nümayiş etdirdi. 


Ardıcıl strateji kurs


İki ölkə arasındakı dostluğun təməli 1959-cu ildə Vyetnamın böyük lideri Ho Şi Minin Bakıya unudulmaz səfəri ilə qoyulub. Həmin dövrdə Azərbaycanın neft sənayesi ilə yaxından tanış olan Vyetnam liderinin səfərindən sonra bir çox azərbaycanlı mütəxəssis Vyetnamın neft-qaz sektorunun qurulmasına və inkişafına böyük töhfələr verib. 1983-cü ildə isə Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Vyetnama səkkizgünlük səfəri və imzalanan razılaşmalar bu ölkənin iqtisadi dirçəlişinə güclü təkan olub. 

Prezident İlham Əliyev Vyetnama rəsmi səfəri ərəfəsində Vyetnam Xəbər Agentliyinə müsahibəsində bu tarixi bağları xüsusi vurğulayıb: "Azərbaycan-Vyetnam münasibətlərinin təxminən yetmişillik tarixindən bəhs edərkən, hər şeydən əvvəl, bu dostluğun köklərinə qayıtmaq və onun əsasını qoymuş iki böyük lideri səmimi minnətdarlıq hissi ilə xatırlamaq istəyirəm. Sözsüz ki, başlanğıc nöqtəsi 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri idi. 1983-cü il əsl sıçrayışla əlamətdar oldu. Həmin vaxt Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin başçılığı ilə sovet nümayəndə heyəti Vyetnama səfər etdi".

Azərbaycan ilə Vyetnam arasındakı dostluq təkcə xoş günlərdə deyil, həm də ən çətin sınaq anlarında özünü göstərib. Azərbaycan xalqı vaxtilə Vyetnamın azadlıq mübarizəsini qətiyyətlə dəstəklədiyi kimi, Vyetnam da 2020-ci il Vətən müharibəsi zamanı ölkəmizin haqq işinə dəstək verərək güclü həmrəylik nümayiş etdirib. Hanoyda Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşdə dövlətimizin başçısı bu dəstəyin heç vaxt unudulmayacağını xüsusi qeyd edib: "Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib. 2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən eyni həmrəyliyi gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında". 

Azərbaycan 2024-cü ildə "Yaqi" fırtınasının və 2025-ci ildə baş verən dağıdıcı daşqınların fəsadlarını aradan qaldırmaq üçün Vyetnama maliyyə yardımı göstərməklə əsl dostluq nümunəsi ortaya qoyub.

Son illərdə ölkələrimiz arasında yüksəksəviyyəli qarşılıqlı səfərlər əlaqələrin dinamikasını daha da artırıb. Ötən ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi, Prezident To Lamın Bakıya dövlət səfəri zamanı strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatın qəbul edilməsi münasibətləri keyfiyyətcə yeni müstəviyə çıxarıb. Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnama başlayan rəsmi səfəri və Hanoyda Prezident İlham Əliyev və Vyetnam Prezidenti To Lamın "Azərbaycan Respublikası Prezidentinin və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul etmələri isə bu strateji kursun ardıcıllığını təsdiqləyir.


İkitərəfli əlaqələrdə yeni səhifə


Dövlətimizin rəhbərinin Prezident To Lam ilə geniş tərkibdə görüşü zamanı  ölkələrimiz arasındakı əlaqələrin qarşıdakı perspektivlərindən söhbət açılıb.

"2025-ci ilin mayında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi ikitərəfli əlaqələrimizdə yeni səhifə açan tarixi mərhələdir. Hər iki ölkə qarşısında bütün səviyyələrdə və bütün sahələrdə duran mühüm vəzifə əməkdaşlığımızın məzmununu şaxələndirərək, onu konkret proqramlara, layihələrə və nailiyyətlərə çevirərək xalqlarımıza əhəmiyyətli faydalar qazandırmaqdır", - deyə Vyetnam Prezidenti To Lam vurğulayıb. 

Azərbaycan ilə Vyetnam arasında iqtisadi sahədə əlaqələr də kifayət qədər uğurludur. 2025-ci ilin yekunlarına görə, iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon dolları ötüb. Lakin mövcud rəqəmlər hələ real potensialı tam əks etdirmir. Bu gerçəkliyi yuxarıda sözügedən müsahibəsində ölkəmizin rəhbəri də qeyd edib: "Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək". 

Bu istiqamətdə artıq konkret addımlar atılır. Ötən il SOCAR ilə "PetroVietnam" arasında imzalanmış Anlaşma Memorandumu neft-qaz yataqlarının kəşfiyyatı və mütəxəssis hazırlığı sahəsində yeni imkanlar açır. Bundan əlavə, Vyetnamın "ROX Group" şirkəti Azərbaycanda tikinti, infrastruktur, həmçinin günəş və külək enerjisi layihələrinə investisiya yatırmaqda maraqlıdır.

2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 6 dəfə artaraq 8 min tonu keçib. Azərbaycanın Orta dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizlərindəki əlverişli mövqeyi Vyetnam yüklərinin Avropaya və əks istiqamətə daşınması üçün böyük perspektivlər vəd edir.

Azərbaycan Prezidentinin Vyetnama səfəri çərçivəsində baş tutan Hanoy görüşlərində hər iki ölkənin üzləşdiyi mina problemindən də bəhs olunub və minatəmizləmə, eləcə də müdafiə sənayesi, kibertəhlükəsizlik və turizm sahələrində tərəfdaşlığın genişləndirilməsi razılaşdırılıb.

Bakı və Hanoy arasındakı münasibətləri möhkəmləndirən əsas amillərdən biri də mədəni və humanitar əlaqələrdir. Sovet dövründə təxminən 5 min vyetnamlı gəncin Azərbaycanda təhsil alması bu gün də öz bəhrəsini verir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin Memorial otağının açılması, Qoşulmama Hərəkatı çərçivəsində vyetnamlı gənclər üçün ayrılan təhsil qrantları, eləcə də Heydər Əliyev Fondunun Vyetnamın Ha Giang əyalətində məktəb tikintisi və Hanoy Ticarət və Turizm Kollecinə dəstəyi bu humanitar körpünün dayaqlarıdır.

Mədəni mübadilə də öz axarı ilə davam edir. Qara Qarayevin "Vyetnam süitası"ndan və rejissor Əjdər İbrahimovun Vyetnam kinosunun yaradılmasındakı xidmətlərindən başlanan ənənə bu gün Bakı və Qəbələdə keçirilən Vyetnam Günləri, şair Mai Van Phanın şeirlər toplusunun və Əjdər İbrahimovun "Vyetnamda gördüklərim" kitabının nəşri ilə davam etdirilir.

Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri bir daha göstərdi ki, Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkəsi Vyetnam ilə Cənubi Qafqazın əsas enerji və logistika mərkəzi olan Azərbaycanın güclərini birləşdirməsi həm iki xalqın rifahına, həm də geniş coğrafiyada əməkdaşlığın möhkəmlənməsinə xidmət edir.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:03
24 Noyabr

A.Y.Əsgərovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:02
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:00
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:59
24 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nda dəyişiklik

02:58
24 Noyabr

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:56
24 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

02:55
24 Noyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:53
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!