№ 387
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 8, maddə 555 (Cild I); 2024, № 2, maddə 236, № 5 (II kitab), maddə 575, № 7, maddə 910; 2025, № 4 (II kitab), maddə 424, № 7, maddə 697; 2026, № 1, maddə 78; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 5 oktyabr tarixli 324 nömrəli və 15 oktyabr tarixli 342 nömrəli qərarları) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş 1 nömrəli əlavə - “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsinin 22-ci və 23-cü bəndləri aşağıdakı redaksiyada verilsin:
| | Azıx mağara düşərgəsi | paleolit dövrü | Xocavənd rayonu, Azıx kəndi |
| | Tağlar mağara düşərgəsi | paleolit dövrü | Xocavənd rayonu, Böyük Tağlar kəndi |
2. Həmin Qərarla təsdiq edilmiş 2 nömrəli əlavə - “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə:
2.1. “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə aşağıdakı məzmunda 483-1-ci bənd əlavə edilsin:
483-1. | Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq | 2012-2013-cü illər | Quba şəhəri, Nəriman Nərimanov küçəsi, 1A |
2.2. “Arxeoloji abidələr” bölməsi üzrə:
2.2.1. “Astara rayonu” hissəsinə aşağıdakı məzmunda 830-1-ci bənd əlavə edilsin:
830-1. | Əlişa qala kompleksi | e.ə. IV - e. XVI əsrlər | Alaşa kəndi |
2.2.2. “Quba rayonu” hissəsinə aşağıdakı məzmunda 1399-1-ci bənd əlavə edilsin:
1399-1. | Xatirə abidəsi – kütləvi məzarlıq | 1918-ci il | Quba şəhəri, Nəriman Nərimanov küçəsi, 1A | |
3. Həmin Qərarla təsdiq edilmiş 3 nömrəli əlavə - “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə:
3.1. “Memarlıq abidələri” bölməsi üzrə:
3.1.1. “Gəncə şəhəri” hissəsinə aşağıdakı məzmunda 3990-1–3990-3-cü bəndlər əlavə edilsin:
3990-1. | Yaşayış evi | XIX əsr | Hacıkənd qəsəbəsi |
3990-2. | Yaşayış evi | XIX əsr | Heydər Əliyev prospekti, 353 |
3990-3. | Yaşayış evi | XIX əsr | İsrafil Məmmədov küçəsi, 50 |
3.1.2. “Sumqayıt şəhəri” hissəsinə aşağıdakı məzmunda 3993-1-ci və 3993-2-ci bəndlər əlavə edilsin:
3993-1. | Hacı Məcid hamamı | XVI əsr | Corat qəsəbəsi, Cəfər Cabbarlı küçəsi |
3993-2. | Hacı Əmrulla hamamı | XVII əsr | Corat qəsəbəsi, Xanməmməd Məhərrəmoğlu küçəsi, 44A |
3.1.3. “Qazax rayonu” hissəsinin 4533-cü bəndi ləğv edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 20 ” “ noyabr ” 2026-cı il