24 Noyabr 2026 02:53
93
Nazirlər Kabineti
A- A+
“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə


№ 389


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I); 2024, № 1, maddə 122, № 5 (II kitab), maddə 583, № 9, maddə 1050; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 28 oktyabr tarixli 362 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:

1.1. 4-cü hissə üzrə:

1.1.1. 4.11-ci bənddə “icbari tibbi sığortanın tətbiqini təmin edən quruma” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə (bundan sonra - Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi)” sözləri ilə əvəz edilsin;

1.1.2. 4.12-ci bənddə “icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.1.3. 4.14-cü bənddə “icbari tibbi sığortanın tətbiqini təmin edən quruma” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə” sözləri ilə əvəz edilsin;

1.2. 5-ci hissə üzrə:

1.2.1. adında “icbari tibbi sığortanın tətbiqini təmin edən qurumun” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin” sözləri ilə əvəz edilsin;

1.2.2. 5.1-ci bənddə “icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” sözləri ilə əvəz edilsin;

1.2.3. 5.3-cü bəndin ikinci cümləsində (hər iki halda) “icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” sözləri ilə və “orqanda (qurumda)” sözləri “qurumda” sözü ilə əvəz edilsin;

1.2.4. 5.4-cü bəndin ikinci cümləsində “icbari tibbi sığortanın tətbiqini təmin edən qurum” sözləri “Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 12 iyul tarixli 93 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 584 (Cild I); 2024, № 4, maddə 473) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin, büdcədənkənar dövlət fondları büdcələrinin tərtibi, icrası və icrasına nəzarət üzrə əməliyyatların əlaqələndirilməsinə dair Tədbirlər planı”nda aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1-ci hissə üzrə:

2.1.1. 1.1-ci bəndin birinci və ikinci abzaslarının “Tədbirlərin məzmunu” sütunundan “müvafiq olaraq” və “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri çıxarılsın;

2.1.2. 1.2-ci bəndin “İcraçılar” sütunundan “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın;

2.1.3. 1.3-cü bəndin “a”, “e” və “f” abzaslarının “İcraçılar” sütunundan “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın;

2.1.4. 1.4-cü bəndin “Tədbirlərin məzmunu” sütunundan “müvafiq olaraq” və “və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə” sözləri çıxarılsın;

2.1.5. 1.5-ci bəndin “İcraçılar” sütunundan “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın;

2.2. 3.2-ci bəndin, 4.1-ci bəndin “a” abzasının, 4.5-ci və 4.6-cı bəndlərin “İcraçılar” sütunlarından “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” sözləri çıxarılsın.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 782 (Cild I); 2024, № 3, maddə 296; 2025, № 4 (II kitab), maddə 426, № 6, maddə 589, № 11, maddə 1096) ilə təsdiq edilmiş “Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nın 5.11-ci bəndində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 4 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 62 (Cild I); 2024, № 4, maddə 473, № 5 (II kitab), maddə 583; 2025, № 8, maddə 804) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin gəlirlərinin, o cümlədən dövlət büdcəsinin qeyri-neft gəlirlərinin və dövlət büdcəsinin neft gəlirlərinin proqnozlaşdırılması Qaydası”nın 3.2.4-cü yarımbəndində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1-ci abzasda “Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondu (rayon və şəhərlər də daxil olmaqla)” sözləri “Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq Agentliyi və Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi” sözləri ilə, “öz” sözü “dövlət sosial müdafiə fondu, işsizlikdən sığorta fondu və icbari tibbi sığorta fondunun” sözləri ilə əvəz edilsin;

4.2. 3-cü abzas ləğv edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 68 (Cild I); 2024, № 7, maddə 925; 2025, № 10, maddə 967; 2026, № 5 (II kitab), maddə 484) ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2-ci bənddə “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

5.2. 2.6-cı bənddən “, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş” sözləri çıxarılsın;

5.3. həmin Qaydaya əlavə - “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyasının Qərarı” üzrə:

5.3.1. adında “Tibbi-Sosial Ekspertiza və Reabilitasiya” sözləri “Tibbi Sığorta və Ekspertiza” sözləri ilə əvəz edilsin;

5.3.2. 4.7-ci bənd ləğv edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 12 mart tarixli 78 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026, № 3, maddə 280) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın 3.5-ci bəndindən “, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin” sözləri çıxarılsın.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 20 ” “ noyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 510-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:07
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:06
24 Noyabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 511-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:05
24 Noyabr

Azərbaycan Respublikası vətəndaşlarının 2027-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında

03:04
24 Noyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

03:03
24 Noyabr

A.Y.Əsgərovun"Şöhrət" ordeni ilə təltif edilməsi haqqında

03:02
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

03:00
24 Noyabr

"Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 oktyabr tarixli 503-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

02:59
24 Noyabr

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 iyun tarixli 752 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən əlavə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarının (dövlət orqanlarının strukturuna daxil olan qurumların) siyahısı"nda dəyişiklik

02:58
24 Noyabr

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:56
24 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 30 sentyabr tarixli 374 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Milli Elmlər Akademiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında

02:55
24 Noyabr

“Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 19 mart tarixli 631 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:53
24 Noyabr

Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik

22:26
23 Noyabr

Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib

20:32
23 Noyabr

Sərdar Berdiməhəmmədovun Türkmənistanın bitərəflik siyasətinə dair kitabı Azərbaycan dilində təqdim olunub  

19:54
23 Noyabr

Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub  

19:39
23 Noyabr

Şeyxülislam Allahşükür Paşazadə Moskva və Ümumrusiya Patriarxı Kirillə görüşüb  

19:26
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!