24 Noyabr 2026 09:15
78
İQTİSADİYYAT
A- A+
Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb


Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Prezident Administrasiyasının ərazi sektor müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov və Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Habil Manafov "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində rayonda görülən işlərlə yerində tanış olublar.

Bu məqsədlə onlar öncə "Astara FİSH" MMC-yə baş çəkiblər. MMC  tərəfindən ümumi sahəsi 198 kvadratmetr olan 22 balıqartırma hovuzu tikilib, 3 min 146 ədəd 100-110 qramlıq nərə cinsli balıq körpələri alınıb. İştirakçıların olduqları "Beluga Astara" MMC tərəfindən isə ümumi sahəsi 1100 kvadratmetr olmaqla 18 balıqartırma hovuzu tikilib. 

Onlar həmçinin "İMANNA" MMC tərəfindən əkinə hazırlıq vəziyyətinə gətirilmiş 50 hektar yeni intensiv sitrus meyvə bağına baş çəkiblər. Bağıın 23 hektarına 15 min naringi tingi əkilib, qalan sahənin əkilməsi üçün isə tinglər sifariş verilib.    

Fermer və sahibkarlarla görüş zamanı RİH-in başçısı Qəzənfər Ağayev deyib: "Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əsas prioritetlər müəyyən edilmişdir. Müasir texnologiyalardan və innovativ üsullardan istifadə etməklə istehsal və emal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bu hədəflərə çatmaq üçün fermer və sahibkarlara hər bir dəstək göstərilir".

Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev görüşlərdə Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələri bir daha xatırladaraq dövlət proqramının əhəmiyyəti barədə ətraflı məlumat verib.

Fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, dövlət proqramında nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması və bu sahənin daha da inkişafı üçün bütün imkanlarını səfərbər edəcəklərinə söz veriblər. 


Seyran CAVADOV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Goranboyda pambıq istehsalı məhsuldarlıq hesabına artır

09:20
24 Noyabr

Balıqçılıq və sitrusçuluğun inkişafı üçün əlavə imkanlar açılıb

09:15
24 Noyabr

Mehmandarov - cümhuriyyət ordusunun qurucusu

09:10
24 Noyabr

Son nəfəsədək Vətən uğrunda...

09:05
24 Noyabr

Nişanlısına aldığı qızıl güllər solmamış döyüşlərə yollandı 

09:00
24 Noyabr

20 yaşı bir neçə ay idi tamam olmuşdu...

08:55
24 Noyabr

"Yoldaş" rəqəmsal mütaliə dostu… 

08:50
24 Noyabr

Sənaye, innovasiya və investisiya gündəmində yeniliklər

08:45
24 Noyabr

Ermənistan tarixi sınaq qarşısındadır

08:40
24 Noyabr

Müstəqil dövlətçiliyimizin təməl məfkurəsi azərbaycançılıqdır

08:35
24 Noyabr

Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi

08:30
24 Noyabr

Hasilatı artırmaq üçün laylar "canlandırılır"

08:25
24 Noyabr

2027-ci ilin dövlət büdcəsi zərfi: maliyyə təhlükəsizliyindən fiskal dayanıqlığa

08:20
24 Noyabr

Tarixə söykənən dostluq və genişlənən əməkdaşlıq

08:15
24 Noyabr

Azərbaycan-Vyetnam: uzaq coğrafiya strateji tərəfdaşlıq üçün sədd deyil

08:10
24 Noyabr

Azərbaycan-Vyetnam əlaqələri yeni mərhələyə yüksəlib

08:05
24 Noyabr

"Yeni Azərbaycan Partiyası: Heydər Əliyev dühası və siyasi varislik"

08:00
24 Noyabr

"Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə

03:11
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:10
24 Noyabr

"Banklar haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

03:09
24 Noyabr

"Ətraf mühitin mühafizəsi haqqında" və "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

03:08
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!