17 Oktyabr 2024 12:06
267
İDMAN
A- A+
Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Füzulidə "Mingəçevir Reqatası-2024" beynəlxalq turnirinin açılış mərasimi keçirilib

Füzulinin işğaldan azad olunması günü ilə əlaqədar oktyabrın 17-də şəhərin Aşağı Köndələnçay su anbarında "Mingəçevir Reqatası-2024"ün rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad olunmuş ərazilərdə bu cür idman tədbirlərinin təşkilinin tarixi hadisə olduğunu bildirib. O, işğal dövründə şəhərin yaxşı vəziyyətdə olmadığını, İkinci Qarabağ müharibəsindən sonra Füzulidə Prezident İlham Əliyevin göstərişi ilə abadlıq işləri görüldüyünü vurğulayıb. E.Hüseynov yarışın keçirildiyi Aşağı Köndələnçay su anbarının Ümummilli Lider Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edildiyini xatırladıb.

Gənclər və idman naziri Fərid Qayıbov isə reqatanın əhəmiyyətindən danışıb və idmançılara uğurlar arzulayıb.

Yarışda Azərbaycan, Estoniya, Gürcüstan, İtaliya, Macarıstan, Qazaxıstan, Litva, Moldova, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dək idmançı mübarizə aparır.

Turnirin birinci günündə Azərbaycan avarçəkənləri 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının (AKAF) birgə təşkilatçılığı ilə təşkil edilən turnirə oktyabrın 18-də Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

Şərəfli ömür yaşadı

08:50
18 Oktyabr

İlham ƏLİYEV: "Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı qaldırıldı"

08:45
18 Oktyabr

Müstəqilliyimiz əbədidir

08:40
18 Oktyabr

Ermənistan sülhə mane olan hərəkətlərin qarşısını almaq niyyətində deyil

08:35
18 Oktyabr

Fransa çirkin xislətindən əl çəkmir

08:30
18 Oktyabr

Qərb Gürcüstana təzyiq göstərməklə regiona müdaxilə etməyə çalışır

08:25
18 Oktyabr

Mehriban qonşuluq, etibarlı əməkdaşlıq, strateji tərəfdaşlıq

08:20
18 Oktyabr

Makroiqtisadi göstəricilər proqnozları üstələyir

08:15
18 Oktyabr

Azərbaycan energetikasında “yaşıl era”

08:10
18 Oktyabr

Bələdiyyələrin sayı 684-ə endirilir

08:05
18 Oktyabr

Böyük tarixi nailiyyət

08:00
18 Oktyabr

Dövlət Kontrakt Korporasiyası "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında

01:06
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında 

01:01
18 Oktyabr

“Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi” publik hüquqi şəxsin NİZAMNAMƏSİ 

00:58
18 Oktyabr

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında 

00:55
18 Oktyabr

Azərbaycan Respublikasının “Dövlət ehtiyatları haqqında” 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” 2023-cü il 19 dekabr tarixli 1056-VIQD nömrəli qanunlarının qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik və bəzi qərarlarının ləğv edilməsi haqqında

00:48
18 Oktyabr

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

00:42
18 Oktyabr

Azərbaycanın 3 boksçusu Avropa çempionatında finala yüksəlib

22:48
17 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!