18 Oktyabr 2024 08:55
367
SİYASƏT
A- A+
Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"


Ermənistanı idarə edən şəxslər ölkədə korrupsiya və rüşvət sistemini daim genişləndirmələri ilə seçiliblər.  İndi ölkədə elə bir yüksəkçinli məmur yoxdur ki, şəxsi biznesi olmasın, yaxud da vəzifədə olarkən hansısa yollarla böyük sərvət toplamasın. Ölkədə milli sərvətlərin yarıdan çoxu mütəmadi və sistematik şəkildə məmurlar tərəfindən oğurlanmaqdadır. 

Bu arada bəlli olub ki, 2023-cü ilin sentyabrında Ermənistan Xarici İşlər Nazirliyinə büdcədən ölkənin Londondakı səfirliyi üçün xidməti bina almaq məqsədilə 16 milyon 670 min 800 funt-sterlinq məbləğində vəsait ayrılıb.

İrəvanda binanın alınması prosesi kəskin tənqid olunub. Siyasi şərhçi İşxan Saruksyan qeyd edib ki, Qarabağ müharibəsində məğlubiyyətdən sonra Ermənistan-Azərbaycan sərhədinin çox ciddi təchizat və möhkəmləndirmə işlərinə ehtiyacı var, bunun üçün külli miqdarda vəsait lazımdır. Hökumət dövlət sərhədini təchiz etmək əvəzinə, büdcə pulunu Ermənistanın İngiltərədəki səfirliyinin binasının alınmasına sərf etmək qərarına gəlib. Hələ bu azmış kimi vurğulanır ki, Fransanın paytaxtı Parisdə ölkənin 3-cü prezidentinə  məxsus tarixi dəyərə malik bina var. Ermənistanın Fransadakı səfirliyinin uzun sürən danışıqları nəticəsində satıcı binanı 23 milyon avroya Ermənistan hökumətinə satmağa razılaşıb. 

Statistik məlumatlar və Ermənistan mediasında yayımlanan faktlarda ölkədə əhalinin 50 faizinin yoxsulluq həddə yaşadığı, həmçinin şəxsi mənzilinin olmaması qeyd edilir. Ermənistan mediasında yer alan məlumatlara görə, erməni xalqının acınacaqlı yaşayış vəziyyətində olduğu halda Paşinyan müxtəlif yollarla zənginləşmək cəhdlərindən əl çəkmir. London və Fransada səfirlik binalarına pul xərcələmək adı altında milyonlar ölkədən çıxarılaraq mənimsənilir. 

Bu arada Ermənistan İstintaq Komitəsinin rəhbəri Argişti Kyaramyan parlamentdə Paşinyanın partiyasının üzvlərinin qanunsuzluqlarını üzə çıxardıqdan sonra hakimiyyətin hədəfinə düşüb. "ArmLur.am" nəşri yazıb ki, Paşinyanın fraksiyasının "rədd edilmiş" deputatı Arpi Davoyan Ermənistan parlamentində keçiriləcək kollegiya iclasında Nikol Paşinyanın iştirakı ilə Kyaramyanın davranışını müzakirəyə çıxarmağı təklif edib. Qeyd edilib ki, Kyaramyanın cəsarətli açıqlamaları və bəyanatları Paşinyanın partiyasının üzvlərini qəzəbləndirib. 

İstintaq Komitəsinin sədri isə iqtidar deputatlarının təzyiqindən sonra bildirib: "Ölkədə elə bir adam yoxdur ki, mənim dediklərimlə bağlı replika ata bilsin".  O, sonra qeyd edib ki, Hovik Ağazaryanın oğlunun avtomobilləri işi üzrə ona zəng ediblər. "Mənə niyə zəng edirlər? Siz korrupsiyaya qarşı mübarizədən danışırsınız", - deyə Kyaramyan bildirib. 

Hakim fraksiyanın deputatı Arpi Davoyan hesab edir ki, Kyaramyan Ermənistanda kriminal vəziyyətlə bağlı Andranik Koçaryanın təşəbbüsü ilə keçirilən müzakirəni uğursuz edib. "Məlumata görə, hakim partiyanın üzvləri Kyaramyana da Qriqor Minasyanın taleyini yaşatmaq niyyətindədirlər və tezliklə İstintaq Komitəsi rəhbərinin istefaya göndərilməsi tələbi ilə yeni proses başlayacaq. Yaxud o həddə çatdıracaqlar ki, Kyaramyanın özü işdən çıxmaq üçün ərizə yazacaq", - deyə nəşr bildirib.

Bunlar hələ harasıdır. Ermənistan ən çox korrupsiyalaşmış ölkələr sırasında qalmaqda davam edir. Beynəlxalq təşkilatların bu ölkədə korrupsiya faktları ilə bağlı hesabatında bildirilir ki, korrupsiya ilə mübarizə tədbirləri hələ də kağız üzərindən əməli işə keçməyib. Qeyd olunur ki, vergi ödəyiciləri arasında keçirilən rəy sorğusu da bunu təsdiqləyir. Sahibkarlıqla məşğul olmaq istəyənlər külli miqdarda rüşvət ödədiklərini deyirlər. Onların Paşinyan hökumətinə inamı yoxdur. Ölkədə toplanan verginin korrupsiyaya qurşanmış rəsmilər və məmurlar tərəfindən mənimsənilməsi ilə bağlı çoxsaylı faktlar var. Rəyi soruşulanlar vergi qanunlarının vergi ödəyicisi olan iş adamlarına eyni dərəcədə tətbiq olunmadığını qeyd edirlər. Bildirilir ki, hazırda hakimiyyətdə olan qüvvələrin Ermənistanda bir neçə onillikdə mövcud olmuş diktaturaya son qoyulduğunu iddia etmələrinə baxmayaraq, ölkədə totalitar rejim hökm sürür və hakimiyyət yalnız özünə yaxın müəyyən çevrələrə dəstək verir. 

Baş nazir N.Paşinyanın öz siyasi rəqiblərini təqib etdiyini bildirən media portalları onun həyat yoldaşı Anna Akopyanın qeyri-qanuni kommersiya fəaliyyəti ilə də məşğul olmasına dair çoxsaylı məlumatların yayıldığını qeyd edirlər.

Bütün bunlar Hayastanı kifayət qədər narahat günlər gözlədiyindən, ölkənin üzləşdiyi ümumi böhranın daha da dərinləşəcəyindən xəbər verir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT rəsmisi: Yaşıl maliyyənin inkişafına kömək etmək üçün milli tərəfdaşlar və özəl sektorla işləməyə hazırıq  

12:23
18 Oktyabr

“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

12:09
18 Oktyabr

Əli Əhmədov: Xaricdən edilən təhdidlər Azərbaycan cəmiyyətini daha da birləşdirir

11:54
18 Oktyabr

Sahibə Qafarova: Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib

11:37
18 Oktyabr

Türkiyədə ağır yol qəzası: 6 nəfər həlak olub, 20 yaralı var

11:34
18 Oktyabr

Ötən gün polislərin aşkarladıqları silah-sursatın sayı açıqlanıb

11:33
18 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:30
18 Oktyabr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

11:24
18 Oktyabr

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:21
18 Oktyabr

“Yaşıl enerji” mənbələrinə mediatur təşkil edib

11:14
18 Oktyabr

Ombudsman Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

10:42
18 Oktyabr

Azərbaycan nefti ucuzlaşıb

10:28
18 Oktyabr

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

10:14
18 Oktyabr

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

09:46
18 Oktyabr

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var  

09:25
18 Oktyabr

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərə gəlib

09:23
18 Oktyabr

Messi tarixin ən yaxşı futbolçusu seçilib

09:21
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

09:19
18 Oktyabr

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!