18 Oktyabr 2024 08:30
348
SİYASƏT
A- A+
Fransa çirkin xislətindən əl çəkmir

Fransa çirkin xislətindən əl çəkmir


Lakin Parisin müstəmləkə altında saxlamaq istədiyi ölkələrin xalqları artıq oyanıblar və öz haqlarını tələb edirlər


"Fransanın müstəmləkəçilik siyasəti XIX və XX əsrlərdə geniş coğrafiyada, xüsusən Afrika, Asiya və Karib dənizində aktiv olaraq tətbiq edilib. Bu siyasət iqtisadi, siyasi və mədəni təsirlərlə yanaşı, yerli xalqlara qarşı ciddi insan haqları pozuntuları ilə də müşayiət olunub".

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Azər Badamov deyib. O bildirib ki, fransız müstəmləkəçiliyi mədəni assimilyasiya ideyası ilə yanaşı, resursların istismarı və yerli əhalinin hüquqlarının tanınmaması ilə də xarakterizə olunub. Bu siyasət müstəmləkə ölkələrində siyasi etirazlara, hərəkatlara və münaqişələrə səbəb olub. Fransanın müstəmləkə altında saxlamaq istədiyi ölkələrin xalqları artıq oyanıblar və öz haqlarını tələb edirlər. Artıq Fransa Afrika ölkələrindən biabırcasına qovulub, amma dənizaşırı ölkələrdə öz dominantlığını qorumağa çalışır. "Hesab edirəm ki, həmin ölkələrin xalqları da öz azadlıqlarına və hüquqlarına nail ola biləcəklər. Çünki XXI əsrdə müstəmləkəçiliyin və köləliyin davam etdirilməsi qəbulolunmazdır. Amma Fransa dövləti qara səhifəsini bağlamaq əvəzinə, öz hüquq və azadlıqları uğrunda mübarizə aparan aktivistləri, siyasi fəalları  həbs edir, işgəncələrə məruz qoyur və vətəndaşlıqdan çıxarır. Öz xalqının hüquqları uğrunda mübarizə aparan belə aktivistlərdən olan nigeriyalı Kema Sebanın Parisdə polislər tərəfindən saxlanılması da Fransanın belə addımlarından biridir.  Keba Seba Fransanın müstəmləkəçilik siyasətinin əsas tənqidçilərindən biridir. O, Fransanın Afrika və dənizaşırı ölkələrə vurduğu ziyanı, insanları köləlikdə saxlamasını, yerli xalqların milli sərvətlərini taladığını və hüquqlarını ciddi şəkildə tapdalamaqda davam etməsini dəfələrlə tənqid edib. Keba Seba Bakı Təşəbbüs Qrupunun Afrikada təşkil etdiyi Fransanın müstəmləkəçilik siyasətinə həsr olunmuş beynəlxalq konfransda iştirak edərək fikirlərini ifadə edib. Təbii ki, onun bu hərəkətləri Fransanı qıcıqlandırır", - deyə deputat əlavə edib.

Siyasətçi qeyd edib ki, oktyabrın 15-də onun Parisdə saxlanılması Fransanın çirkin əmələrindən əl çəkmək istəmədiyinin göstəricidir. Fransa dənizaşırı xalqları müstəmləkəçilikdə saxlayaraq, hüquqlar vermədiyi halda, özünü dünyada sanki demokratiya carçısı kimi təqdim etməyə çalışır, o cümlədən Afrika ölkələrindən qovulduğuna görə onun əvəzini Cənubi Qafqaza yerləşməklə çıxarmağa çalışır. Məhz Makronun çirkin planının tərkib hissələrindən biri də Ermənistanı silahlandırması və Azərbaycana qarşı qərəzli siyasətini davam etdirməsidir. 

A.Badamov bildirib ki, Fransa Cənubi Qafqazda yenidən gərginlik yaratmaq əvəzinə, özünün ləkəli tarixinin problemlərinin həlli ilə məşğul olsa yaxşıdır: "Bu baxımdan Keba Sebanın həbs olunması məsələnin həlli yolu deyil. Fransa müstəmləkəçilik siyasətindən əl çəkməli və yeni münaqişə ocaqlarını yaratmaq siyasətini dayandırmalıdır".


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT rəsmisi: Yaşıl maliyyənin inkişafına kömək etmək üçün milli tərəfdaşlar və özəl sektorla işləməyə hazırıq  

12:23
18 Oktyabr

“Bələdiyyələrin statusu haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib

12:09
18 Oktyabr

Əli Əhmədov: Xaricdən edilən təhdidlər Azərbaycan cəmiyyətini daha da birləşdirir

11:54
18 Oktyabr

Sahibə Qafarova: Azərbaycan Cənubi Qafqazın lider dövlətinə və söz sahibinə çevrilib

11:37
18 Oktyabr

Türkiyədə ağır yol qəzası: 6 nəfər həlak olub, 20 yaralı var

11:34
18 Oktyabr

Ötən gün polislərin aşkarladıqları silah-sursatın sayı açıqlanıb

11:33
18 Oktyabr

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

11:30
18 Oktyabr

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

11:24
18 Oktyabr

Milli Məclisin növbəti plenar iclası keçirilir

11:21
18 Oktyabr

“Yaşıl enerji” mənbələrinə mediatur təşkil edib

11:14
18 Oktyabr

Ombudsman Bakı şəhərində vətəndaşların müraciətlərini dinləyib

10:42
18 Oktyabr

Azərbaycan nefti ucuzlaşıb

10:28
18 Oktyabr

Bəzi ərazilərdə şimşək çaxır, leysan və qar yağır - FAKTİKİ HAVA

10:14
18 Oktyabr

Bakı Şəhər DYP İdarəsi sürücülərə müraciət edib

09:46
18 Oktyabr

Gəncədə partlayış baş verən binada iki nəfər ölüb, yaralananlar var  

09:25
18 Oktyabr

ABŞ Prezidenti Cozef Bayden Almaniyaya səfərə gəlib

09:23
18 Oktyabr

Messi tarixin ən yaxşı futbolçusu seçilib

09:21
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib

09:19
18 Oktyabr

Heyvandan insana orqan nəqli

09:05
18 Oktyabr

Aİ bütün cəbhələrdə məğlubiyyətini etiraf edir

09:00
18 Oktyabr

Paşinyan dövlətdən oğurladığı pulları Londonda "yuyur"

08:55
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!