18 Oktyabr 2024 08:35
829
SİYASƏT
A- A+
Ermənistan sülhə mane olan hərəkətlərin qarşısını almaq niyyətində deyil

Ermənistan sülhə mane olan hərəkətlərin qarşısını almaq niyyətində deyil


"Son dövrdə ümumilikdə Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamika müşahidə edilir. Həm Azərbaycan, həm də Ermənistan rəsmilərinin verdiyi açıqlamalardan da aydın olur ki, sülh sazişi layihəsinin artıq böyük hissəsi razılaşdırılıb".

Bu sözləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Mətin Məmmədli deyib. Siyasi təhlilçi qeyd edib ki, bununla yanaşı,  razılaşdırılmayan bəzi ciddi məsələlər də qalmaqdadır. Bu məsələlərə görə Ermənistanla sülh müqaviləsini və ya çərçivə sənədini imzalamaq hələ də mümkün deyil.

Ekspert yaxın perspektivdə sülh prosesi ilə bağlı müsbət mənada ciddi dəyişikliklərin olacağı qənaətində deyil. Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesində yenə ənənəsinə sadiq qalaraq ziddiyyətli mövqe nümayiş etdirir: "Azərbaycanın sülh layihəsi ilə bağlı müəyyən konkret tələbləri var. Bu da ondan ibarətdir ki, Ermənistan Azərbaycana qarşı özündə ərazi iddialarını ehtiva edən qanunvericilik sənədlərində, konstitusiyasında dəyişiklik etməlidir. Ancaq Ermənistan müxtəlif bəhanələrlə bu məsələdən yayınır, qeyri-müəyyən açıqlamalar verir. Belə görünür ki, Ermənistan sülh müqaviləsinə mane olan əsas məsələni yaxın zamanda həll etmək niyyətində deyil. Bu isə iki ölkə arasında aparılan danışıqlarda  başlıca problemdir. Eyni zamanda digər vacib məsələlər də var". 

M.Məmmədli qeyd edib ki, Ermənistanın Fransa, ABŞ, Hindistan və digər dövlətlərdən öldürücü silahlar alması, bu ölkələrlə hərbi əməkdaşlığını dərinləşdirməsi, dövlət büdcəsindən hərbiyə maliyyə vəsaitini artırması onun niyyətini göstərir. Vaxtilə Azərbaycan torpaqlarını işğal etmiş, təcavüzkar dövlət olan Ermənistanın intensiv silahlanması bütövlükdə sülh prosesinə mənfi təsir göstərir. Sülhə əngəl olan daha bir amil isə Ermənistanı himayə edən bəzi dövlətlərin, güc mərkəzlərinin, erməni lobbi və diasporunun Azərbaycana qarşı beynəlxalq müstəvidə apardığı qarayaxma kampaniyasıdır. "Xüsusilə COP29 tədbiri ərəfəsində ölkəmizə qarşı aparılan bu kampaniya intensivləşib. Bu da iki ölkə arasında sülh prosesinə olduqca mənfi təsir göstərir. Bütün bunları nəzərə alanda, yaxın zamanda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ehtimalı təəssüf ki, yoxdur. Ermənistanın belə mövqe nümayiş etdirdiyi şəraitdə bu ölkə ilə sülh sazişini imzalamağı gözləmək mümkün deyil", - deyə ekspert əlavə edib.

Siyasi təhlilçi vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda davamlı sülhün olmasında, ölkələr arasında münasibətlərin normallaşmasında, kommunikasiya xətlərinin açılmasında, iqtisadi əlaqələrin yaranmasında və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan bütün problemlərə, regiondaxili və regiondankənar təsirlərə baxmayaraq, bugünə qədər həyata keçirdiyi müstəqil siyasəti bundan sonra da davam etdirəcək.


Əsmər QABİLQIZI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dağlıq ərazilərə qar yağıb, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA  

10:31
16 Dekabr

Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb

10:07
16 Dekabr

Dünya birjalarında neft ucuzlaşıb

10:07
16 Dekabr

Azərbaycan nefti ucuzlaşıb  

10:01
16 Dekabr

Daxili İşlər Nazirliyi elektron xidmətlərdə süni intellekt texnologiyalarını tətbiq edib  

10:00
16 Dekabr

Xocavənd sakini: Torpaqlarımıza qayıtmaq bizə yeni ümid verir  

09:56
16 Dekabr

Keçmiş məcburi köçkün: Övladlarım mənim yaşaya bilmədiyim günləri yaşayacaqlar

09:47
16 Dekabr

Xocavəndin Sos kəndinə növbəti köç karvanı yola salınıb  

09:40
16 Dekabr

İsti ürəklərin qış nağılı

08:55
16 Dekabr

Suverenliyin zəfər yolu: reallaşmış ideyalar

08:50
16 Dekabr

Sənət yolunda fədakarlıq

08:45
16 Dekabr

Dənizdən güclü...

08:40
16 Dekabr

Qeyri-neft sənaye məhsullarının istehsalında 5 faizə yaxın artım qeydə alınıb

08:35
16 Dekabr

Toxumçuluq: real vəziyyət, problemlər və onların həlli yolları

08:30
16 Dekabr

Sosial xidmətçilər onlar üçün əsl dostlardır

08:25
16 Dekabr

Kiçik addımlar, böyük nəticələr

08:20
16 Dekabr

Enerji, əməkdaşlıq və dəhliz diplomatiyası

08:15
16 Dekabr

Azərbaycan bölgəni əməkdaşlıq ünvanına çevirir

08:10
16 Dekabr

Azərbaycan vətəndaşları heç bir fövqəladə hadisənin qarşısında tək deyillər

08:05
16 Dekabr

Tarixdə ilk dəfə

08:00
16 Dekabr

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!