16 Oktyabr 2024 08:00
156
SİYASƏT
A- A+
Xilaskar Komandanın qurucu rəhbər missiyası

Xilaskar Komandanın qurucu rəhbər missiyası


"İlham Əliyev bizə  azad Cəbrayılda yeni həyat bəxş etdi"


"Oktyabrın 15-də Azərbaycan xalqı seçki məntəqələrinə gələrək Heydər Əliyev siyasətinə səs veribdir... Bu siyasətə Azərbaycanda alternativ yoxdur. Heydər Əliyevin siyasəti Azərbaycana böyük uğurlar gətiribdir... 

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün ən ağır problemdir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq, müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir"... 

Prezident İlham Əliyevin 21 ildə gerçəkləşdirmədiyi vədi qalmadı. Əlbəttə ki, yeni əsrin yeni liderinin qazandığı uğurlar təkcə gerçəkləşdirilən vədlərdən ibarət deyil. İlham Əliyev müstəqil siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxararaq ölkəmizi beynəlxalq miqyasda söz sahibinə çevirdi, Ulu Öndərin yarımçıq qalan işlərini, Azərbaycan xalqının ən böyük arzusunu, ümidini həyata keçirdi. 2020-ci ilə qədər işğalçı Ermənistanla danışıqlar apardı. Əlbəttə ki, bunun sonu olmalı idi və 2020-ci ildə həmin məqam yetişdi. Müzəffər Ali Baş Komandanın qüdrətli ordusu cəmi 44 günə BMT-nin qətnamələrinin icrasını özü həyata keçirdi. 2023-cü ilin sentyabrında isə Dağlıq Qarabağda erməni separatizminə son qoyuldu, 200 illik münaqişə, 30 illik müharibə yekunlaşdı və Azərbaycan suverenliyini tam təmin etdi. İlham Əliyev bu Şanlı Zəfərlə regionda yeni reallıqlar yaratdı. 


33 yaşayış binası, 712 mənzil, xoşbəxtliyin açarları


Bu reallıqların ən prioriteti isə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması və Böyük qayıdış proqramına uyğun olaraq soydaşlarımızın doğma yurdlarına qovuşmalarıdır. Demək olar ki, hər ay işğaldan azad olunan torpaqlarımıza böyük köç karvanları yola düşür. İndiyədək işğaldan azad olunmuş ərazilərdə 8577 nəfərin (2244 ailə) daimi məskunlaşması təmin edilib.

2022-ci il iyulun 19-dan başlayan köç karvanı ilk dəfə Zəngilan rayonunun Ağalı kəndinə yola düşüb. İlk köç karvanı 53 nəfərdən (10 ailə) ibarət olub və onlar müharibənin bitməsindən 1 il 8 ay sonra (616 gün) öz doğma torpaqlarına yenidən daimi yaşamaq üçün qayıdıblar. Azad olunmuş ərazilərdə tikinti və yenidənqurma işlərinin sürətlə davam etməsinin nəticəsidir ki, 2024-cü ilin III rübündə daha 755 nəfər (231 ailə) öz doğma torpaqlarına geri qayıdıb. Bununla da bu il işğaldan azad olunmuş ərazilərə geri qayıdan vətəndaşlarımızın sayı 3886 nəfərə (1058 ailə) çatıb.

İşğaldan azad olunmuş ərazilərimizə ən son köç isə Cəbrayıl şəhərinə olub. Oktyabrın 4-də Cəbrayıl Şəhəri Günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu şəhərdə yeni inşa olunan yaşayış kompleksinin açılışında iştirak ediblər, yeni evlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim ediblər. Şəhər sakinləri ilə görüşüb səmimi söhbətlər ediblər, fikir və arzularını dinləyib, onlara yeni həyatlarında xoş, firavan günlər arzulayıblar. 

Biz də yenicə xoşbəxt həyata başlayan Cəbrayıl şəhər sakinləri ilə görüşüb xoş təəssüratlarını eşitmək, sevinclərini paylaşmaq üçün onlara baş çəkdik. 

Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektardır. Kompleks 7-si beşmərtəbəli və 26-sı dördmərtəbəli olmaqla 33 yaşayış binasından ibarətdir. Bu binalarda ümumilikdə 712 mənzil var. Onlardan 8-i birotaqlı, 136-sı ikiotaqlı, 8-i ikiotaqlı studio tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 45-50 kvadratmetr, iki-otaqlı mənzillərin sahəsi 55-90 kvadratmetr, ikiotaqlı studio tipli mənzillərin sahəsi 98-100 kvadratmetr, üç-otaqlı mənzillərin sahəsi 90-108 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi isə 110-120 kvadratmetr təşkil edir. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, qaz plitəsi, kombi isitmə sistemi, su, qaz və elektrik sayğacları ilə təchiz olunmuş şəkildə vətəndaşlara təhvil verilir.


"Allah İlham Əliyevi bizə çox görməsin"


Şəhərcikdəyik. Yeni mənzillərinə köçənlər, xüsusən də uşaqlar sevinə-sevinə ev əşyalarını maşınlardan boşaldıb evlərinə daşıyırlar. Artıq 10 gündür ki, xoşbəxt həyata başlayan sakinlərin simasındakı yüksək əhvali-ruhiyyə açıq-aydın hiss olunur. 

Diqqətimizi ilk çəkən bir məqam bəzi şəxslərin növbə ilə başında "Bəy papağı" olan ahıl, nurani bir ağsaqqala yaxınlaşıb, gözaydınlığı verib, ondan xeyir-dua almaları oldu. Biz də nur üzlü ağsaqqala yaxınlaşıb "Gözünüz aydın, nəhayət ki, doğma yurdda, illərlə həsrətini çəkdiyiniz Cəbrayıldasınız" deyirik. 

Cavab gecikmir: "Allah bu torpağın azadlığı uğrunda canını fəda edən şəhidlərimizə rəhmət etsin! Bu torpaqlar uğrunda canından keçməyə hazır olan qazilərimizə can-sağlığı versin. Vətənin hər qarışı üçün döyüşüb ölümün üstə yeriyən, lakin taleyin qismətindən sağ qalan övladlarımızı qorusun. Allah Prezidentimiz İlham Əliyevi bizə çox görməsin. Bu torpaqlar İlham Əliyevin sərkərdəliyi ilə azad edildi. Mən inanırdım ki, bu torpaqları azad, xoşbəxt görmədən Allah canımı almayacaq. İndi çox xoşbəxtəm. Ölsəm belə dərdim yoxdur. Öz torpağımda basdırılıb, məzarımda rahat yatacam. Buna görə də hamımız Müzəffər Ali Baş Komandana borcluyuq".


"4 oktyabr üçqat sevincli günüm oldu"


Ağsaqqal deyir ki, qonağı evdə qarşılayıb, küçədə yola salarlar... Allaha şükür indi evləri, ocaqları var. Hələ tam yerləşməsələr də, bizə verməyə bir fincan çayları var...

Cəbrayılın sayılıb-seçilən ağsaqqallarından olan Məhəmməd Quliyevlə söhbətimizi onun yeni mənzilində, çay süfrəsi arxasında davam etdiririk. Ağsaqqal sanki yerə-göyə sığmır və dərhal da söhbətə başlayır: "Hərdən fikirləşirəm ki, "Hər şərdə bir xeyir var" kəlamı elə-belə deyilməyib. Doğrudur, qaçqınlıq həyatında çox çətinliklər yaşadıq. Başımız müsibətlər çəkdi. Doğma ocağımızdan didərgin düşdük. Yurdumuzun suyuna, havasına, torpağına həsrət qaldıq. İstəmirəm olan oldu deyib keçək... Amma dostu da, düşməni də tanıdıq... Əsas odur ki, xalqımızı tanıdıq. Bayaqdan hərə öz yuvasına çəkilmişdi. Qonşunu belə yaxşı tanımırdın. Halını, xasiyyətini bilmirdin. Bizi bu çətinliklər birləşdirdi. Sınaqdan üzüağ çıxdıq. Qaçqınların yaşadıqları çadır şəhərcikləri, yataqxanalar yadları bir-birinə doğma etdi. Dərdimizi, sevincimizi, son tikəmizi bölməyi bizə öyrətdi. Bizi qələbəyə aparan birlik, "dəmir yumruq", bax, belə yaranmağa başladı".

Doğma yurduna, elinə-obasına qayıdan ağsaqqal deyir ki, dünyanın hər üzünü görüb. Həcc ziyarətində olub və bütün dualarında Allahdan xalqımıza yardım, Qarabağımıza azadlıq diləyib: "Şükürlər olsun ki, indi bizim də evimiz var. Mənim üçün üçqat bayramdır. Bunu Prezidentimizlə görüşərkən də qeyd etdim. Oktyabrın 4-də doğum günümdür. Həmin gün Cəbrayıl Şəhəri Günüdür və doğma yurda qayıdış günümüzdür. Yəni 73 yaşım tamam olan günü Cəbrayıla qayıtdım. Bu evin açarlarını mənə Qarabağın xilaskarı, Müzəffər Ali Baş Komandanın özü təqdim etdi. 73 yaşında ömrümün ən böyük mükafatını almışam. Əlimiz Allaha sarı uzanıb. Bundan sonra dilimizdən dualar və şükür sözü əskik olmaz. Prezidentimizə duaçıyıq. Nə qədər ömrümüz var, ona minnətdar olacağıq".

Məhəmməd Quliyev 4 il öncə Cəbrayılın azadlığı xəbərini nəvəsindən eşitdiyini və sevincindən uşaq kimi ağladığını da gizlətmir: "Nəvəm həmişə məndən soruşardı ki, Cəbrayılın azadolma xəbərini sənə deyənə muştuluq nə verəcəksən? Deyirdim ki, canımı istəsə, çəkinmədən qurban verərəm. 2020-ci il oktyabrın 4-də qızımla Şamaxıya gedirdik. Maşında olanda Prezidentimiz Cəbrayılın azad-olma müjdəsini  verdi. İnanın, sevincimdən az qalmışdı ürəyim partlasın. Bircə onu dedim ki, əziz Prezidentim, canım sənə qurban. İlham Əliyev Qarabağın xilaskarı, bu millətin iftixarıdır".


"Qanla alınan torpaqlara can qoymağa gəlmişəm"


Həmsöhbətimiz Nuridə Əhmədova ilə söhbət isə hamımızı kövrəltdi. Onun timsalında insanın torpağa, yurda bağlılığının ən böyük nümunəsini gördük. 

Nuridə xanım deyir ki, elə bil dünyaya ikinci dəfə gəlib və indi ömrünün ən xoş anlarını yaşayır: "İlahi, artıq mənim evim var. Bilirsiniz insanın özünün evi olması nə deməkdir? İndi mən vətənimdəyəm. Mən xoşbəxtəm. Bütün bunları da dövlətim mənim üçün edib. Şükürlər olsun. Var olsun Azərbaycan dövləti! Çox sağ olsun Prezidentimiz!"

Ev sahibi deyir ki, bunu elm də sübut edib ki, insanların doğulduğu yerdə yaşaması xoşbəxtlikdir: "İnsanın ilk dəfə göz açıb gördüyü vətəndə, doğulduğu torpaqda yaşaması o qədər gözəl hissdir ki, onu sözlə ifadə etmək gücündə deyiləm. Qarabağın 30 ildən sonra işğaldan azad edilməsini dünyanın səkkizinci möcüzəsi hesab edirəm. Prezidentimiz, şəhidlərimiz, ordumuz, qəhrəman oğullarımız mümkünsüz hesab etdiyimizi gerçəkləşdirdilər. 30 ildən sonra ümidlərimizin də kəsildiyi bir zamanda  torpağın işğaldan azad edilsin, sən də çox gözəl şəraiti olan bir evə qayıdasan, bilirsiniz bu nə deməkdir? Mən 30 il küçədən, bayırdan odun yığıb evimi qızdırmaq üçün peç yandırmışam. Təsəvvür edirsiniz, mən Cəbrayıldan çıxanda onuncu sinifdə oxuyurdum. İndi onuncu sinifdə oxuyan övladımla qayıtmışam doğma yurduma...

Vətənə əsgər iki oğlum, bir qızım var. Bu torpaqlar o qədər müqəddəsdir ki... Şəhidlərimiz öz qanları ilə bu torpaqları müqəddəsləşdiriblər. İgidlərimizin qan töküb aldıqları Cəbrayıla can qoymaq üçün gəlmişəm".


"Bu xoşbəxtliyi mənə yaşadan Prezidentimizə, dövlətimizə minnətdaram"


- Bütün bu xoşbəxtlikləri bizə yaşadan, firavan həyatımız, övladlarımızın gözəl gələcəyi üçün gecə-gündüz çalışan Ali Baş Komandanımıza minnətdaram.

47 yaşım var. İndiyə kimi mən özümü qaranlıq bir dünyada hiss etmişəm. Yaşamağa normal evim olmayıb. Bu xoşbəxtliyi mənə yaşadan Prezidentimizə, dövlətimizə minnətdaram. Gecələr evimin eyvanına çıxıb səmaya baxıram. Ulduzları görürəm, ayı seyr edirəm. Səhər günəşin doğmasına tamaşa edirəm. Mən xoşbəxtəm. Sanki 30 il bunları görməmişəm. Doğulduğum yurdum düşmən tapdağı altında olduğu üçün gözümün gözəllik görməsini belə istəməmişəm. Bura gələndə fikir verdinizmi, evlər necə yaraşıqlıdır? Hər gün lifti silib təmizləyirəm. Həyətə atılan zir-zibili yığıram... Bunu mənə deyən yoxdur. Özüm edirəm. Gördüyüm işlərdən zövq alıram...

Nuridə xanım danışdıqca sevinc göz yaşlarını saxlaya bilmir. O qədər dua edir ki... "Vətən, torpaq həsrətinə qovuşan insanlar öz duyğularını ifadə etmək üçün söz tapmaqda çətinlik çəkirlər və dua edirlər. İstəyirəm ki, bu torpaqları azad edən şəhidlərimiz üçün təkcə "Allah rəhmət eləsin!" kəlamını işlətməyək. Müzəffər Ali Baş Komandanımıza sadəcə təşəkkür borcumuzu səsləndirməyək, bundan daha vüqarlı, iftixarlı sözlər deyək. Onlar daha yaxşı, mənalı ifadə verən sözlərə layiqdirlər".

Bakıdan yeni mənzilləri üçün gətirdikləri avadanlıqları, əşyaları hələ tam yerləşdirə bilməsələr də, bizdən ayrılmaq istəmirdilər. Bu, Əhmədovlar ailəsinin çox qonaqpərvər olduğundan xəbər verirdi. Yeni mənzillərin eyvanları digərilərindən fərqlənir. Eyvan adi otaq formasında olduğu üçün Nuridə Əhmədova burada maraqlı iş görəcəyini də söyləyir: "Çox əlverişli mənzillərdir. Eyvan sanki içəridə bir otaq formasındadır. Burada bitkiçiliklə məşğul olacam. Tərəvəz əkib-becərəcəm. Qətiyyən yoruldum deməyəcəm. Bu yurd bizlərə əmanətdir. Prezidentimiz necə möhtəşəm binalar tikdiribsə, biz də elə etməliyik ki, bura gələnlər, qonaqlar bu möhtəşəmliyi hər zaman görsünlər".

Nuridə Əhmədovanın ürəyi dolu idi. Cəbrayıl Şəhəri Günündə dövlət başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə görüşünü ömrünün ən maraqlı anı hesab edir. Deyir ki, xilaskar komandanla canlı görüşməyin sevincini dolğun ifadə etmək mümkünsüzdür: "Mehriban xanım Əliyeva necə səmimi, mehriban insandır. Hər kəsə xeyir-dua verib, bizlərə yeni mənzillərimizdə xoşbəxtlik arzuladı. İşimizlə maraqlandı və dedi ki, hamı işlə təmin ediləcək. Birlikdə gözəl şəkil çəkdirdik. Ömrümün ən yaddaqalan, unudulmaz anlarını yaşadım. Mehriban xanım Əliyeva ilə çəkdirdiyimiz səmimi şəkil evimizdə ən böyük divar şəkli olacaq. 

Cənab Prezidentimiz də hər zamankı kimi çox səmimi şəkildə söhbət etdi, hal-əhval tutdu və yeni həyatımızda bizlərə firavanlıq arzuladı. Dövlət başçısı hər kəslə ayrı-ayrılıqda, ailəvi formada şəkillər çəkdirdi. 

İnanın ki, Cəbrayıl Şəhəri Günü ömrümüzdə yeni səhifə açdı. Bu tarix hər zaman bizim üçün ən əziz bayram günlərindən biri olacaq..." 


(Ardı var)


Rəşad BAXŞƏLİYEV,

Elşən QƏNİYEV,

"Azərbaycan"


Bakı-Cəbrayıl-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azad olunmuş ərazilərin bərpası üçün illik nəzərdə tutulmuş vəsaitin 64 faizdən çoxu istifadə olunub

14:16
16 Oktyabr

Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı əhaliyə xəbərdarlıq edib

14:13
16 Oktyabr

Bu il Azərbaycanın icmal büdcəsinin profisiti 8,6 milyard manatı ötüb

13:53
16 Oktyabr

Mühəndisləri əvəz edən süni intellekt sistemi təqdim edilib

13:43
16 Oktyabr

Məşhur heykəl Vatikan Muzeylərinə qaytarıldı

13:37
16 Oktyabr

Gürcüstanda təxribatlar seçkilərin nəticələrinə təsir edə bilməz

13:21
16 Oktyabr

 Şimali Koreyada 1,4 milyon gənc orduya qayıdır

13:16
16 Oktyabr

Neft Fondundan dövlət büdcəsinə 9,5 milyard manatlıq transfert edilib

13:10
16 Oktyabr

Ukrayna Baş nazirinin səfəri ləğv edildi

13:09
16 Oktyabr

Okean dərinliklərində yeni dünya kəşf edilib

13:07
16 Oktyabr

İranda neftayırma zavodunda yanğın baş verdi

12:57
16 Oktyabr

İstanbul boğazında hərəkət dayandırıldı

12:56
16 Oktyabr

Azərbaycan avarçəkəni "Mingəçevir Reqatası"nda qızıl medal qazanıb

12:56
16 Oktyabr

Fövqəladə Hallar Nazirliyi qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

12:53
16 Oktyabr

Avropa Komissiyasının nümayəndəsi Orta Dəhlizin potensialından danışıb

12:45
16 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 1 milyon 167 min hektara yaxın təhlükəli ərazi var - Bəhruz Məmmədov

12:40
16 Oktyabr

“Gürcü Arzusu” seçkilərdə bir milyondan çox səs toplayacaq - İrakli Kobaxidze

12:38
16 Oktyabr

Dövlət Komissiyası: Azərbaycana gətirilən narkotik vasitələrin 95%-dən çoxu İrandan keçirilib

12:37
16 Oktyabr

Aydın Mirzəzadə: Ermənistan Azərbaycanın azad etdiyi torpaqlarda mina basdırılmasına 400 milyon dollar xərcləyib

12:35
16 Oktyabr

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib

12:33
16 Oktyabr

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 9 ayın yekununa dair məlumat açıqlanıb

12:21
16 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!